-
İstifadəçi adı:
Nurcan -
Ad Soyad:
Nurcan Nəcəfli -
Məqalə sayı:
2
Dərc olunma tarixi
28.11.2024 Fərdi İnkişafBaxış sayı
248Oxunma müddəti
3 dəqPomodoro texnikası beş dəqiqəlik fasilələrə bölünmüş 25 dəqiqəlik diqqətli işə əsaslanan vaxtın idarə edilməsi üsuludur.
Texnikanın yaradıcısı Francesco Cirillo 1980-ci illərin sonlarında tələbə olaraq öz vaxtını idarə etmək üçün Pomodoro texnikasını yaratdı və iş intervallarını təşkil etmək üçün pomidor formalı mətbəx taymerindən istifadə etdi.
Cirillo iki dəqiqədən başlayaraq bir saata qədər uzanan müxtəlif iş intervallarını sınadı. Bir saata çatanda o, tez başa düşdü ki, bu vaxt bir işə diqqət yetirmək üçün çox uzundur. Cirillo ehtiyacları üçün optimal vaxt olaraq 25 dəqiqə qərar verdi.
Pomodoro Texnikası insanlara bu diqqəti saxlamağa çalışdıqları vaxtın miqdarını məhdudlaşdırmaqla və bərpaedici fasilələr verməklə, mahiyyət etibarı ilə tapşırıqlara daha yaxşı diqqət yetirməyə imkan verirdi.
Pomodoro texnikasından necə istifadə etmək olar?
Pomodoro texnikasının ən yaxşı cəhətlərindən biri ondan ibarətdir ki, heç bir təlim tələb olunmadan istifadə etmək çox sadədir.
Cirillo-nun Pomodoro metodu əsasən 5 maddədə tətbiq olunur:
1. Görüləcək işlər siyahınızı yaradın
2. Cədvəlinizi 25 dəqiqəyə təyin edin və vaxt bitənə qədər işinizdən başqa heç nəyə fokuslanmayın
3. Vaxt bitdikdə 1 seansı tamamladığınızı qeyd edin
4. 5 dəqiqə ara verin
5. Bu şəkildə daha dörd pomodoro seansı tamamladıqdan sonra 15-30 dəqiqəlik uzun bir fasilə verin
Pomodoro seanslarınızdan maksimum yararlanmaq üçün gününüzə görüləcək işlər siyahısı yaradaraq və yerinə yetirməli olduğunuz vəzifələri qeyd etməklə başlayın.
Siz Cirillo texnikasını tam olaraq təqlid etməli və pomidor formalı mətbəx taymerindən istifadə etməli deyilsiniz, lakin tam Pomodoro texnikasını təcrübədən keçirmək üçün real taymerdən istifadə edin. Bunun üçün virtual və ya fiziki taymerdən istifadə edə bilərsiniz.
Taymeri təyin etdikdən sonra seçdiyiniz tapşırıq və ya tapşırıqlar üzərində 25 dəqiqə fasiləsiz işləyə bilməlisiniz. Pomodoro üsulunun əsas məqsədi diqqəti yayındıran daxili və xarici amilləri aradan götürməkdir. Pomodoro bölünməzdir; əgər pomodoro yerinə yetirdiyiniz vaxt sizin fikriniz digər bir şəxs tərəfindən yayındırılırsa, "məlumat ver - danışıq apar - planlaşdır - geri qayıt" taktikasından istifadə edin:
Vaxtdan səmərəli istifadə edərək dərs seansını doldurduğunuzda beş dəqiqəyə qədər fasilə verə bilərsiniz. Qəlyanaltı etmək və ya su butulkanızı doldurmaq üçün bu vaxtdan istifadə etməyi düşünün.
Gözlərinizə bir az istirahət verin və mümkündürsə, ekran vaxtını məhdudlaşdırmağa çalışın. Ayağa qalxın və ayaqlarınızı uzadın və ya bədəninizi hərəkət etdirin. Sağlamlığınızın qayğısına qalmaq günün qalan hissəsində motivasiyanızı qorumağa kömək edəcək.
İlk dörd addımı dörd dəfə təkrarlayın. Dörd Pomodorosun hamısını tamamladıqdan sonra dördüncü addımı keçi və birbaşa altıncı addıma keçin.
Metodun yaradıcısı və başqaları Pomodoro üsulunun sadələyini, onu tətbiq etmək üçün bir mexaniki taymer, kağız və qələmin kifayət olmasını vurğulayır.
Pomodoro texnikası həm də məhsuldarlığı artırmaq üçün nizam-intizam təcrübəsinin qurulmasına kömək edir. Digər tərəfdən, qısa fasilələrin bu texnikadan istifadə edənlərin diqqətini cəmləməsinə kömək etdiyi də bildirilir. Bundan əlavə, taymeri qoşmaq insanda bir işə başlama hissini yaradır. Taymerdə axan saniyələrin səsi insanın tapşırığı yerinə yetirmək əzmini artırır.
Təbii ki, hər kəs üçün uyğun vaxt idarəetməsi və iş texnikası qurmaq kifayət qədər çətindir. Bununla belə, başqa insanlar tərəfindən bəyənilən üsulları sınamaq və fəaliyyəti sizə uyğunlaşdırmağa çalışmaq vaxtı düzgün idarə etmək üçün yaxşı seçim ola bilər. Vaxtdan səmərəli istifadə etmək üçün bu texnikanı sınamağa nə deyirsiniz?
İstifadəçi adı:
NurcanAd Soyad:
Nurcan NəcəfliMəqalə sayı:
207.03.2021
Fərdi İnkişaf
Günümüzün qlobal problemlərindən biri: - CV göndərirəm lakin heç bir vakansiyadan geri dönüş almıram. Niyə? Bunun əsas səbəblərindən biri CV-nin düzgün hazırlanmaması və əsas məqamlara diqqət yetirilməməsidir. Bu məqalədə sizlər üçün CV-də hansı məsələlərə diqqət yetirməli olduğunuzu addım-addım qeyd etmişik.
07.03.2021
Fərdi İnkişaf
07.03.2021
Fərdi İnkişaf