employment.az employment.az

Dərc olunma tarixi

29.11.2024 Fərdi İnkişaf

Baxış sayı

eye 267

Oxunma müddəti

clock 10 dəq

Depressiya nədir?

Depressiya nədir?

Depressiya dünyada bir nömrəli sağlamlıq problemi kimi tanınır. Hətta o qədər yaygındır ki, buna psixiatrik pozğunluqların "qripi" də deyilir.
Gerçəkdə isə depressiya ilə soyuqdəymə arasında böyük fərq var. Depressiya sizi öldürə bilər. Aparılan tədqiqatlar son illərdə ərgənlər və uşaqlarda belə intihar nisbətinin yüksəldiyini göstərir. 
Bu artım son illərdə geniş yayılmış bir çox antidepresan və sakitləşdirici dərmanların istifadəsinə baxmayaraq baş verib.

Bu məlumatlar göz önündədir və həqiqətən iç qarardır. Sizə özünüzü daha pis hiss etmədən yaxşı bir xəbər verim: "Depressiya sağlıqlı bir həyatın parçası deyil, bir narahatlıq, diskomfortdur. Ən əsası da əhvalınızı yüksəltmək üçün bəzi bəsit üsullar öyrənərək bunu həll etmək mümkündür."
 

Bilişsel terapi (Koqnitiv terapiya)

Pennsylvania Universiteti Tibb Fakültəsindən bir qrup psixiatr və psixoloq əhval pozğunluqlarının müalicəsi və bunlardan qorunmada yeni bir üsul göstərdilər. Onlar depressiyanın ənənəvi müalicəsini ləng və qeyri-adekvat gördükləri üçün tamamilə yeni və yüksək müvəffəqiyyətli bir yanaşma inkişaf etdirdilər və müntəzəm olaraq sınaqdan keçirdilər. Bir çox son araşdırmalar göstərdi ki, bu üsullar depressiya əlamətlərini ənənəvi psixoterapiya və ya dərmanla müqayisədə daha tez azaldır. Bu inqilabi müalicənin adı "koqnitiv terapiya"dır.

Koqnitiv terapiya, təkbaşına öyrənə biləcəyiniz tez təsir edən "əhval-ruhiyyəni sabitləşdirmə" üsuludur. Bu, simptomlardan qurtulmanıza və şəxsi inkişafınızdan həzz almağa kömək edəcək, beləliklə, gələcək eniş-yoxuşları minimuma endirəcək və depressiya ilə daha uğurla mübarizə aparacaqsınız.

Koqnitiv terapiyanın sadə, lakin təsirli əhval sabitləşdirmə üsulları aşağıdakıları təmin edir:

  1. Simptomların sürətli yaxşılaşması: Yüngül depressiyalarda 12 həftə kimi qısa müddətdə simptomlardan qurtulduğunuzu görə bilərsiniz.
  2. 
    
    Başa düşmə: Niyə əhvalınızın pozulduğunu və əhvalınızı dəyişdirmək üçün nə edə biləcəyiniz aydınlaşır. Güclü duyğularınızın səbəblərini, "normal" və "anormal" duyğuları seçə bilməyi, bu dalğalanmaların intensivliyini ölçməyi öyrənəcəksiniz.

     3. Özünə nəzarət: Kədərləndiyiniz zaman özünüzü yenidən yaxşı hiss etdirəcək təhlükəsiz və ən təsirli mübarizə üsullarını öyrənəcəksiniz. 

    4. Qorunma və Şəxsi İnkişaf: Gələcəkdə olabiləcək eniş-çıxışlardan həqiqi və uzunmüddətli qorunma sizi ağrılı depressiyalara aparan bəzi əsas dəyərlərinizə və rəftarlarınıza yenidən nəzər salmaqla mümkün olacaq.

 

Koqnitiv terapiyanın ilk prinsipi, bütün duyğularınızın sizin “idraklarınız” və ya düşüncələriniz tərəfindən yaradıldığıdır.  İdrak sizin hadisələrə baxışınıza, qavrayışlarınıza, zehni münasibətlərinizə və inanclarınıza aiddir. Buna dünyayı necə yorumladığınız, bir şəxs və bir şey haqqında özünüzə dedikəriniz də daxildir. Hal-hazırda bu cür hiss etməyinizin səbəbi indi düşünməkdə olduğunuz şeylərdir.

Bunu biraz izah edim. Bunlarl oxuyanda nə hiss edirsən?  Bəlkə deyirsən ki, "Koqnitiv terapiya o qədər yaxşı görünür ki, gerçək ola bilməz. Məndə isə işə yaramaz" Əgər belədirsə, özünüzü şübhəli və ruhdan düşmüş hiss etməlisiniz. Bu duyğulara səbəb olan şey nədir? Duyğularınız

Bəlkə də, içinizdən ani bir parlama, canlanma hiss etdiniz. Çünki "Bunun mənə faydası olacaq kimi görünür" deyə düşündünüz. Duyğusal reaksiyalarınız oxuduğunuz cümlələrlə deyil, düşüncələrinizlə forma alır. Ağlınızdan birşey keçirib ona inandığınızda, içinizdə ani bir duyğusal reaksiya hiss edəcəksiniz. Düşüncələriniz duyğularınızı yaradır.

İkinci prinsipə görə, özünüzü çökük hiss etdiyinizdə düşüncələrinizə, hər şeyə nüfuz edən bir neqativlik üstünlük təşkil edir. Sadəcə özünüzə deyil, dünyaya qarşı da neqativ yanaşırsınız. Daha da pisi isə, hərşeyin düşündüyünüz qədər pis olduğuna inanırsınız.

Əgər ciddi olaraq depressiyadasınızsa, hər şeyin həmişə pis olduğuna və elə də qalacağına inanırsınız. Keçmişinizə baxanda başınıza gəlmiş pis şeyləri xatırlayarsınız. Gələcək xəyalları quranda boşluq, bitməyən problemlər və kədər görərsiniz. Bu bədbinlik ümidsizlik hissi yaradar. Bu duyğu mütləq şəkildə məntiqsizdir, ama həmin an o qədər real görünür ki, problemlərinizin ömür boyu davam edəcəyinə inanırsınız. 

Burda demək istədiklərim əslində vacib nüanslardır. Depressiya əslində gerçəyin dorğu olaraq dərk edilməsindən deyil, şüurumuzdakı düşüncələrdən qaynaqlanır. 

Motivasiya əksikliyiniz artdıqca, hər hansı bir fəaliyyət o qədər çətin görünür ki, heçbir şey etməmək arzusu ilə boğulmağa başlayırsınız

 

Burda yazılanlara inanmağınızın sizə nə faydası olacaq? 

Sizi narahat edən zehni təhrifləri müəyyən edib aradan qaldıra bilən üsullara yiyələnsəniz, emosiyalarınızla daha effektiv mübarizə aparmağı öyrənə bilərsiniz. Daha obyektiv düşünərək özünüzü daha yaxşı hiss etməyə başlayarsınız

 

Əhvalınızın diaqnozu - Burns Depressiya Ölçəni

Bəs həqiqətən depressiyada olu-olmadığınızı bilmək istəyirsiniz? Gəlin vəziyyətinizə baxaq. 

Burns Depressiya Ölçəni sizin depressiyada olub-olmadığınızı və səviyyəsini təyin edən etibarlı əhval ölçmə vasitəsidir. Bu sadə testi doldurmaq sadəcə bir neçə dəqiqənizi ala bilər.

BDÖ tamamlandıqdan sonra, toplam xalınıza baxaraq nəticələrin sadə şəkildə necə təfsir olunacağını göstərəcəyəm. Cədvəli doldurarkən hər maddəni dqqətli şəkildə oxuyun və son bir neçə gün içində necə hiss etdiyinizi göstərən qutucuğa "X" qoyun. 25 maddənin hər birinə ayrı-ayrı cavab verin. Əgər şübhəniz varsa, ən yaxşı təxmininizi edin. Cavabsız sual buraxmayın. Nəticə nə olu olsun, bu anketi doldurmağınız duyğusal inkişafınız üçün ilk addım olacaq.

  0-heç 1-biraz 2-orta dərəcədə 3-çox 4-aşırı dərəcə
Düşüncələr və duyğular          
1. Kədərli və ya bədbəxt hiss etmək          
2. Narahat ya da ümidsiz hiss etmək          
3. Ağlamaq kimi hisslər          
4. Cəsarətsiz hissetmək          
5. Ümidsiz hissetmək          
6. Aşağı özünəhörmət          
7. Dəyərsiz yada yetərsiz hissetmək          
8. Günah və ya utanc hissi          
9. Özünüzü təndiq etmək ya da özünüzü günahlandırmaq          
10. Qərar qəbul etməkdə çətinlik          
Fəaliyyətlər və şəxsi münasibətlər          
11. Ailəyə, dostlara və iş yoldaşlarına maraq itkisi          
12. Yalnızlıq          
13. Ailə ya da dostlarla daha az vaxt keçirmək          
14. Motivasiya olmaması          
15. İş yerinə vəya digər fəaliyyətlərə maraq itkisi          
16. İş və ya digər fəaliyyətlətdən qaçmaq          
17. Həyatdan zövq alma və məmnuniyyət itkisi          
Fiziki simptomlar          
18. Yorğun hissetmək          
19. Yuxuya getməkdə çətinlik ya da daha çox yatmaq          
20. Azalmış ya da artmış iştah          
21. Cinsi istək itkisi          
22. Sağlığınız haqqında narahat olmaq          
İntihar istəyi*          
23. İntihar düşüncəniz var mı?          
24. Həyatınıza son vermək istərmisiniz?          
25. Özünüzə zərər vermək üçün bir planınız var mı?          
1-dən 25-ə qədər aldığınız xalları toplayın:          

 

Testi tamamladığınıza görə, 25 sual üçün verdiyiniz cavablardan hər birinin xalını toplayın. İndi isə depressiyanızı dəyərləndirəcəyik

Toplam xal Depressiya səviyyəsi
0-5 Depressiya yoxdur
6-10 Normal ama xoşbət deyil
11-25 Yüngül depressiya
26-50 Orta depressiya
51-75 Ağır depressiya
76-100 Həddindən artıq depressiya

Əgər xalınız 0 ilə 5 arasındadırsa, çoxdan yaxşı hiss edirsiniz deməkdir. Bu, normal aralığındadır və bu qədər aşağı  xal ilə birçox adam olduqca xoşbəxtdir.

Xalınız 6-10 aralığındadırsa, yenə normal, amma biraz "mutsuz" tərəfdəsiniz deməkdir. Təkmilləşdirməyə, bəlkə də bir az “incə tənzimləmə”yə ehtiyac var. Gündəlik həyatın problemləri hamımızı üstələyir, lakin perspektivdə kiçik bir dəyişiklik hisslərinizdə böyük fərq yarada bilər.

Xalınız 11-25 aralığındadırsa, depressiyanız, ən azından bu səfərlik, yüngüldür və narahat olmağa gərək yoxdur. Amma mütləq bəzi şeyləri düzəltmək lazımdır və bu mövzuda özbaşınıza olduqca yaxşı irəliləyiş  yarada bilərsiniz. 

Bu arada, həmçinin ən inadcı depressiyalar da "yüngül" depressiyada olanlardır. Bu şəxslər ümumiyyətlə illərdir və ya həyatlarının bir çox hissəsiniz elə yüngül depressiyada olaraq keçiriblər. Bu şəxslər əslində çox vaxt pessimist və negativ düşüncəli şəxslərdir.

Əgər xalınız 26-50 aralığındadırsa, orta şiddətdə bir depressiyadasınızdır. Amma "orta" sözünə inanmayın! Bu aralıqdakı bir nəticə şiddətli aörılara səbəb ola bilər.  Əksəriyyətimiz qısa müddətlik cansıxıcı ola bilərik, amma adətən dərhal düzəlirik. Əgər xalınız iki həftədən artıq bu aralıqda qalsa, mütləq professional yardım almalısınız.

Əgər xalınız 50-nin üzərindədirsə, bu depressiyanızın ciddi, hətta çox ağır olduğunu göstərir. Bu intensivliyin ağrısı dözülməz ola bilər, xüsusən də balınız 75-dən yuxarı olarsa. Əhval-ruhiyyəniz son dərəcə narahat və hətta təhlükəlidir, çünki ümidsizlik və çarəsizlik hissləri intihar impulslarına səbəb ola bilər.

Nəysə ki, uğurlu bir müalicə ilə sağalma şansınız çox yüksəkdir. Əslində ən sürətli nəticə verənlər bəzən ən ağır depressiyalardır. Amma ağır bir depressiyanı özbaşınıza müalicə etməyə çalışmaq çox da ağıllı hərəkət deyil, Professional kömək vacibdir.

Kədərli və narahat olmaq yerinə, yuxarıda qeyd etdiklərimi  yerinə yetirərək daha yaxşı ola bilərsiniz.

Həyatdan və çalışmaqdan zövq almağa başlayın, depressiv olmaq üçün sərf etdiyiniz enerjini canlı və yaradıcı bir həyat qurmaq üçün istifadə edin;)

heart save
Yazar
  • İstifadəçi adı:

    Nurcan
  • Ad Soyad:

    Nurcan Nəcəfli
  • Məqalə sayı:

    2

Əlaqəli məqalələr

paper-1-img
CV hazırlayarkən nələrə diqqət yetirməli

07.03.2021

Fərdi İnkişaf

Günümüzün qlobal problemlərindən biri: - CV göndərirəm lakin heç bir vakansiyadan geri dönüş almıram. Niyə? Bunun əsas səbəblərindən biri CV-nin düzgün hazırlanmaması və əsas məqamlara diqqət yetirilməməsidir. Bu məqalədə sizlər üçün CV-də hansı məsələlərə diqqət yetirməli olduğunuzu addım-addım qeyd etmişik.

paper-1-img
Ən Yaxşı 10 Effektiv Öyrənmə Yolları

07.03.2021

Fərdi İnkişaf

Effektiv öyrənmə yolları hansılardır. Gəlin sizinlə 10 effektiv öyrənmə yollarını öyrənək.

paper-1-img
Xarici Dil Üçün 5 Tətbiqi Proqram

07.03.2021

Fərdi İnkişaf

Günümüzdə xarici dil öyrənmə prosesini asanlaşdırmaq üçün bəzi tətbiqi proqramlardan istifadə edə bilərik. Bəs bu tətbiqi proqramlar hansılardır?