-
İstifadəçi adı:
ilahabehbudova -
Ad Soyad:
İlahə Behbudova -
Məqalə sayı:
1
Dərc olunma tarixi
30.11.2024 Fərdi İnkişafBaxış sayı
136Oxunma müddəti
2 dəqHəyatın bizə gətirdiyi bir çox sürprizlər olduğu kimi, ilk doğulduğumuz andan etibarən ətrafımız, ailəmiz dediyimiz insanlar, hər kəs sürpriz şəkildə bizim formalaşmağımızda, dünyaya olan baxış açımızı genişləndirməyimizdə böyük rol oynayır. Körpə olanda ilk qığırtılar, biraz böyüyəndə ana deməyimiz, çoxlu suallar soruşmağımız kimi böyüyəndə də bu suallar yaranır əslində anamıza, ən çox sevdiklərimizə ehtiyacımız yaranır, amma nədənsə insanlar müəyyən bir yaşa çatdıqdan sonra bu sualları özlərindən soruşmaqdan belə çəkinirlər. Səbəbləri çox ola bilər, uşaqlıqdan bəri şüuraltı informasiyalar, ətraf aləm nə deyər deyə-deyə valideynlərin basqıları, düzgün formalaşdırılmamış psixologiya və ya sadəcə məktəb vaxtı səndən zəif oxuyan sinif yoldaşlarının səndə alınmaz, sənin bizdən elə də fərqin yoxdur kimi düşüncələri. Bilirdinizmi, hər yerdə deyilsə də ki, şüuraltı 0-3 yaş arası müəyyənləşir və 10 yaşa kimi davam edir. ancaq əslində insan oğlu 21 yaşına qədər özü belə fərqində olmadan ətrafı gözləmləyir və hadisələri yaddaşına həkk edir, hansı hadisələr ki gələcək həyatında seçimlərinə yön verir. Burada belə bir sual yaranır: Ətraf mühit yoxsa biz özümüz?
Hər nə qədər ətraf aləmin bizə təsiri olsa da insan həyatında baş verənlərin çoxusundan özü məsuliyyətlidir, çünki istəsə ona maneə olan bütün şüuraltı blokları terapiyalar sayəsində yox edə və ətrafındakı ona "lazımlı" və ya "lazımsız" olanları ayırd edər. Buradakı iki ifadə o anlama gəlir ki, həyatımızda olan insanları əslində özümüz seçirik, biz istədiyimiz üçün oradadırlar, əks təqdirdə bu mümkünsüzdür. Bədənimizdə, beynimizdə olan blokajlar xüsusi enerji yaradır və bu enerji bizimlə eyni frekansda olan insanları özünə çəkir. Ona görə də əgər ətrafımızı dəyişmək istəyiriksə, elə ilk öncə özümüzdən başlamalıyıq, ilk öncə özümüzü dəyişməliyik, axı özümüz istəməsək bunu bizim üçün kim edə bilər ki? Bunun üçün bir çox yollar olduğundan insan bəzən qarışdıra bilir, amma ən təməl yollar bunlardır:
• İdmanla məşğul olun(fitness, yoga, pilates və ya sadəcə gəzinti), bunlar zehninizi təmizləyib, diqqətinizi artırar.
• Balanslı qidalanmağa çalışın.
• Hədəfləriniz və günlük planlarınız olsun ki, günü məhsuldar keçirəsiniz.
• Mentorlarla əlaqələr quraraq, müəyyən vebinarlar, könüllü layihələrdə iştirak edərək məqsədlərinizə uyğun şəbəkə (network) yaradın.
Bunlardan birini belə etsəniz həyata baxışınızın necə dəyişdiyini görəcəksiniz.
İstifadəçi adı:
ilahabehbudovaAd Soyad:
İlahə BehbudovaMəqalə sayı:
107.03.2021
Fərdi İnkişaf
Günümüzün qlobal problemlərindən biri: - CV göndərirəm lakin heç bir vakansiyadan geri dönüş almıram. Niyə? Bunun əsas səbəblərindən biri CV-nin düzgün hazırlanmaması və əsas məqamlara diqqət yetirilməməsidir. Bu məqalədə sizlər üçün CV-də hansı məsələlərə diqqət yetirməli olduğunuzu addım-addım qeyd etmişik.
07.03.2021
Fərdi İnkişaf
07.03.2021
Fərdi İnkişaf