-
İstifadəçi adı:
nigar.03 -
Ad Soyad:
Nigar Baxşiyeva -
Məqalə sayı:
1
Dərc olunma tarixi
07.12.2024 Fərdi İnkişafBaxış sayı
145Oxunma müddəti
2 dəqBəzən insan öz həyatını dəyərləndirərkən özünə haqqsızlıq edir. Olduğunuz vəziyyətə baxdığınız zaman, sanki heç irəliləməmişsiniz, heç bir arzunuza çatmamısınız, heç bir şeyi bacarmamısınız kimi hiss edə bilərsiniz. Əslində düşünə bildiyinizdən daha çox irəliləmiş olduğunuzu göstərən 5 şey var:
1. Keçmişlə müqayisədə çox daha yaxşı bir vəziyyətdə olduğunuzu göstərən nişanələrdən biri ətrafınızdakı insanlar haqqında daha seçici olmağınızdır.
Gənclik illərində insan özünü daha çox sübut etmək, yalnızlıq qorxusundan özünə dəyər verməyən, sevmədiyi və ona mənfi təsir edən insanlarla vaxt keçirə bilər. Ancaq indi olduğunuz nöqtədə sevib seçdiyiniz insanlarla birlikdəsinizsə və bu insanlar sizə yaxşı hiss etdirirsə, bu inkişaf etmisiniz deməkdir.
2. Həyatda irəliləmiş olduğunuzu göstərən bir digər nişanə, qarşılaşdığınız problemlər üçün başqalarını ittiham etməməyinizdir.
Hal-hazırda yaşadığımız problemlərə görə keçmişimizi, valideynlərimizi, müəllimlərimizi və ya cəmiyyəti günahlandırma meylində ola bilərik. Bu ittihamlarda bəzən haqlı da ola bilərik, amma başqalarını ittiham etmək nə problemlərimizi həll edir, nə də bizi irəliyə aparır. Problemlərimizin məsuliyyətini öz üzərimizə almaq və "Bu vəziyyəti necə düzəldə bilərəm?" sualını vermək çox vacibdir. Öz həyatının məsuliyyətini üzərinə alan insanlar həqiqətən irəliləyiş göstərir.
3. Hədəfdən hədəfə qaçmaq yerinə dayanıb həyatın dadını çıxarmaq.
Həyatının əvvəllərində insan özünü sübut etmək, uğur qazanmaq, həyatda bir yer tutmaq üçün daima çalışır. Bu qaçışdırma ilk vaxtlar lazımlı ola bilər, amma bəzi insanlar bunu bir ömür boyu davam etdirir. Uğur qazanmaq vacibdir, amma o uğurun dadını çıxarmadıqdan sonra onun mənası olmur. Hədəfləriniz üçün çalışın, amma bəzən a nöqtəsindən b nöqtəsinə gedərkən mənzərənin də dadını çıxarmaq lazımdır.
4. Dördüncü nişanə, artıq sizi həqiqətən sevən və dəyər verən insanlara daha çox önəm verməyinizdir.
İnsanlar bəzən onlara dəyər verəni deyil, özlərinin dəyər verdiklərini həyatlarının mərkəzinə qoyurlar. Ancaq indi belə insanlarla vaxt itirməyib, sizi sevən və dəstəkləyənlərin qədrini bilir və onlara önəm verirsinizsə, bu, irəlilədiyinizin göstəricisidir.
5. Son olaraq, bir vaxtlar çox çətin, hətta qeyri-mümkün görünən bir arzuya çatmışsınızsa, bu sizin həyatda irəlilədiyinizi göstərir.
Ola bilər ki, indi bu arzu sizə adi bir şey kimi görünür, amma unutmayın ki, bir vaxtlar bu sizin üçün əlçatmaz idi. Öz uğurlarınızı normallaşdırmayın. İndiki normalarınızın bir vaxtlar qeyri-mümkün olduğunu xatırlamaq lazımdır.
İstifadəçi adı:
nigar.03Ad Soyad:
Nigar BaxşiyevaMəqalə sayı:
107.03.2021
Fərdi İnkişaf
Günümüzün qlobal problemlərindən biri: - CV göndərirəm lakin heç bir vakansiyadan geri dönüş almıram. Niyə? Bunun əsas səbəblərindən biri CV-nin düzgün hazırlanmaması və əsas məqamlara diqqət yetirilməməsidir. Bu məqalədə sizlər üçün CV-də hansı məsələlərə diqqət yetirməli olduğunuzu addım-addım qeyd etmişik.
07.03.2021
Fərdi İnkişaf
07.03.2021
Fərdi İnkişaf