Dərc olunma tarixi
21.01.2025 FilmlərBaxış sayı
Oxunma müddəti
Sizdə mənim kimi romantik deyil, fərqli mövzuları olan,filmin sonunda isə "Ah, belə deyilmiş, sən demə" deməyi sevənlərdənsinizsə, o zaman bu film tövsiyələri sizin üçündü....
DONNİE DARKO -2001
Təxminən 6-7 il əvvəl izlədiyim bir filmdi.İlk başda çox anlaqsız,darıxdırıcı və yorucu gəlir.Lakin irəliləyən dəqiqələrdə bunun heç də belə olmadığını başa düşürük.Mənim kimi hər şeydən qorxan biri üçün , hətta, bu film qorxu janrında belə sayıla bilər.İzləmək fikrindəsinizsə ,nəzərə alın😅Baş rolda filmlərini izləməyi çox sevdiyim aktyor Jacob Benjamin Gyllenhalldır.
THE OTHERS - 2001
İzləyərkən təəccübləndiyim filmlərdən biri də "THE OTHERS" - dir.İlk başlanğıca standart qorxu filmi təəsüratı yaradır.Sonlara doğru isə hər şey tamamilə dəyişir.Həssas qəlbli bir insan olduğum üçün gözyaşlarımıda saxlaya bilməmişdim😭 Sözsüz ki, bir filmdə Nicole Kidman varsa, o filmin pis olmasından söhbət belə gedə bilməz.
MEMENTO - 2000
Başa düşmək üçün ən azı üç dəfə izləmişəm.Tam fərqlilik axtarışında olanlar üçündü.Bu filmi izləyərkən, sizdə, baş obrazla bərabər gərginlik keçirir, onunla birgə intiqam axtarışına düşürsüz.
INCEPTION- 2010
Onun adına qeyd etməsək ,həqiqətən, düzgün olmazdı.Bəlkə də bir çoxlarınız bu filmi izləmisiz.Anlamaq üçün 3-4 dəfə izlədiyim filmlərdən biri idə "INCEPTION" idi.Sonu çoxlarına görə mübahisəli bitsə də , mənə görə sonluq kifayət qədər yaxşı idi.Başqa sözlə filmin sonluğu filmin adı ilə üst-üstə düşür.
THE PRESTIGE- 2006
Həm sehrbazlığı, həm 19- cu əsri sevirsizsə bu filmi mütləq izləməlisiz.Sehrbazların sirlərini paylaşan bu film , eyni zamanda sizi biraz da ağladacaq.Baş rollarda Hugh Jackman və Christian Baledir.
SHUTTER ISLAND- 2010
Leonardo Di Kaprio sevənlərin izləməli olduğu filmlərdən biri də Shutter Island- dır.Film bütünlükdə mövzusu ilə bərabər, aktyor heyəti ilə də izləyənləri təəccübləndirmişdi.Filmdəki emosiyaları sanki onlar deyildə ,özümüz yaşayırıqmış kimi bir hissiyat yaradır.