employment.az employment.az

Dərc olunma tarixi

13.05.2025 Fərdi İnkişaf

Baxış sayı

eye 3

Oxunma müddəti

clock 3 dəq

"UĞURSUZUQ" yoxsa "UĞURSUZLUQ" ?

                                            "UĞURSUZUQ" yoxsa "UĞURSUZLUQ" ? 

 

             Bu gün hərkəsin cavabını bilmək istədiyi bir sualı mövzu olaraq seçmişəm: "Mən də niyə alınmır?"

             Bu suala konkret olaraq  iki cür cavab verə bilərik:

             1.Yəqin haradasa bir boşluq var.Tam cəhd edib, bütün gücümlə hazırlaşmıram... 

                                                                                                                                                   VƏ YA

             2.Dəfələrlə sınamışam.Məndə alınmır ki,alınmır.Əldən nə gələr...

 

            Özü-Özülüyündə hər iki cavabın müəyyən mənada haqlı tərəfləri var.Bəli, sən cəhd edirsən.Çox çalışırsan.Amma gözündən qaçan  kiçik bir detal uğursuzluq yarada bilər VƏ eyni zamanda Bütün gücünlə, həqiqətən tam potensialınla çalışırsan əziyyət çəkirsən amma yenə də nəticə əldə edə bilmirsən.Bəs bu niyə baş verir?Nədən belə olur?

           Həyat bəzən biz insanlara anlamadığmız situasiyalar yaşadır.Hansı ki bu situasiyalar, həmin an üçün bizə "uğursuz" olduğumuzu hiss etdirə bilər.Lakin bu belə deyil.Bunu həmin an üçün anlamırıq.Bəlkə bir gün, bir həftə , bir il, hətta on il sonra belə, bugünkü uğursuz olmağımızın səbəbini onda anlaya bilərik.Uğur anlayışı hərkəs üçün fərqlidir .Altı aylıq bir körpənin ilk addımlarını atması onun üçün böyük bir uğur sayılsada, iyirmi yaşındakı bir gənc üçün bunu uğur hesab etmək olmaz.

            Uğursuzluq insana başıaşağılıq və utanc gətirərmi? 

          - Təbii ki yox, bu yalnız ətrafındakı insanların sənə təlqin və hiss etdirdiyi bir şeydir.Uğursuz olmaq-sənin ən azından bir dəfə belə olsa cəhd etdiyini göstərir.Dəfələrlə uğursuz olmağında normaldır.Düşün ki uzun bir pilləkənlə yuxarı qalxmalısan.Heç pilləkənin ən aşağı pilləsindən, birdən-birə ən yüksək qatına çıxmaq mümkündürmü?

          - Xeyr,bəzən büdrəyirsən,bəzən yorulursan.Bunların hamısını uğursuzluğun kiçik bir hissəsi kimi təsəvvür etmək lazımdır.Pilləkənin tam ortasına çatıb, yarı yoldan qayıtsanız  necə hiss edərsiz? Bəlkə də qazandığınız bu uğursuzluqlar elə pilləkəninin tam ortasına qədər gəlməyinizə kömək olub.Həyat həmişə asan olmur və həyatda yaxşı şeylər birdən-birə insana gəlmir.Bunun üçün cəhd etmək ,uğursuz olub öyrənmək lazımdı...

 

 

\

heart save
Yazar
  • İstifadəçi adı:

    Sahab M
  • Ad Soyad:

    Sahab Mammadova
  • Məqalə sayı:

    9

Əlaqəli məqalələr

paper-1-img
CV hazırlayarkən nələrə diqqət yetirməli

07.03.2021

Fərdi İnkişaf

Günümüzün qlobal problemlərindən biri: - CV göndərirəm lakin heç bir vakansiyadan geri dönüş almıram. Niyə? Bunun əsas səbəblərindən biri CV-nin düzgün hazırlanmaması və əsas məqamlara diqqət yetirilməməsidir. Bu məqalədə sizlər üçün CV-də hansı məsələlərə diqqət yetirməli olduğunuzu addım-addım qeyd etmişik.

paper-1-img
Ən Yaxşı 10 Effektiv Öyrənmə Yolları

07.03.2021

Fərdi İnkişaf

Effektiv öyrənmə yolları hansılardır. Gəlin sizinlə 10 effektiv öyrənmə yollarını öyrənək.

paper-1-img
Xarici Dil Üçün 5 Tətbiqi Proqram

07.03.2021

Fərdi İnkişaf

Günümüzdə xarici dil öyrənmə prosesini asanlaşdırmaq üçün bəzi tətbiqi proqramlardan istifadə edə bilərik. Bəs bu tətbiqi proqramlar hansılardır?