"Bura daha öncə gəlmişdim; Belə olacağını bilirdim " kimi cümlələri zamanla hamımız istıfadə etmişik, elə deyil mi? Bəs bu vəziyyətin psixologiyada DEJA VU adlandırıldığını bilirdiniz mi? DEJA VU- İlk dəfə baş verən bir hadisəni daha əvvəl yaşadığımız yaxud ilk dəfə gedilən yerdə artıq 1 dəfə olduğumuz hissini yaradan vəziyyətdir.
Bu proses daha çox 15-25 yaş aralığında insanlarda rast gəlinir. Tədqiqatlar göstərir ki, insanların 2/3-si həyatları boyunca ən azı 1 dəfə bu halı yaşayırlar. Bu termin ilk dəfə 1876-cı ildə Fransız fizik Emile Boiraç tərəfindən işlədilmişdir. Psixologiyada isə 1928-ci ildə Edward Titchener-in "Bir Psixoloji kitabı "adlı əsərində istifadə olunmuşdur.
Bəs görəsən Deja Vu yaşamağımıza səbəb nədir? Bunun səbəbləri həm elmi, həm dini cəhətdən açıqlanmışdır. Belə ki bəzi alimlər düşünür ki, buna səbəb sağ və sol yarımkürələrin qısa zaman fərqiylə çalışmasıdır. Bəzilərinə görə "Paralel Dünyalar" -dakı surətimizin eyni hadisəni artıq yaşamasıdır. Psixoloqlara görə isə ola bilsin ki, öncədən ona bənzər hadisəni oxumuşuq və ya TV- də çox cuzi bir zaman fərqiylə baxmışıq. Yaxud bənzər ani yaşamışıq və ya bu hadisəni xəyalımızda canlandırmışıq. Unutmayın bu hal hər birimizdə ola bilər.
Bəs, siz heç DEJA VU yaşamısınız mi?
Şərh yazmaq üçün daxil olun
ramil_vlyv2022-12-21 11:25:43
Bəli, məndə də bəzən dejavu halları yaşanır amma mən bunu təkrar görməklə əlaqələndirirəm çünki gündəlik həyatımızda demək olarki eyni plan üzrə gedirik , bu səbəbdən, nə vaxtsa eyni hadisələri yaşamağımız normaldır