-
İstifadəçi adı:
nihadzaki -
Ad Soyad:
nihad96 -
Məqalə sayı:
1
Dərc olunma tarixi
11.02.2026 Fərdi İnkişafBaxış sayı
155
Oxunma müddəti
3 dəq
IELTS imtahanına hazırlaşan əksər tələbələr düşünür ki, yüksək bal almaq üçün ingilis dilini yaxşı bilmək kifayət edir. Əslində isə uğurun böyük hissəsi düzgün strategiya seçməkdən, planlı hazırlıqdan və imtahan formatına uyğunlaşmaqdan asılıdır. Doğru metodlardan istifadə etdikdə həm vaxt itkisi minimuma enmiş olur, həm də nəticələr daha ürəyimizcə olur.
IELTS dünyada bir çox universitet, şirkət və təşkilat tərəfindən tanınır. Xaricdə təhsil almaq və ya işləmək üçün bu imtahan vacib mərhələlərdən biridir. Aşağıdakı üsullar hazırlıq prosesini daha effektiv edib bal artımına real təsir göstərə bilər.
1. Gündəlik stabil hazırlıq rejiminiz olsun.
Plansız hazırlıq ən böyük problemlərdən biridir. Hər gün eyni saatda IELTS-la məşğul olmaq bu prosesi vərdişə çevirir.
Məsələn, gündə 1 saat reading məşqi etmək həftədə bir dəfə 3 saat oxumaqdan daha effektlidir. Çünki beyniniz dili davamlı şəkildə emal edir və buna öyrəşir.
Yeni bir mövzuya yalnız əvvəlkini tam mənimsədikdən sonra keçmək vacibdir. Bu, qarışıqlığın qarşısını alır.
2. Güclü tərəflərinizə deyil, zəif tərəflərinizə fokuslanın.
Bir çox namizəd sevdiyi bölməni daha çox işləyir. Halbuki bal artımını yüksəldən əsas amil zəif tərəfləri gücləndirməkdir.
Misal üçün, reading yaxşıdırsa, amma writing zəifdirsə, reading üzərində daha çox dayanmaq ümumi nəticəni çox artırmayacaq. Writing üzrə praktikanı artırmaq daha düzgün strategiyadır.
3. Vacib məlumatların altından xətt çəkmək yaddaşı gücləndirir.
Mətn oxuyarkən əsas fikirləri qeyd etmək və ya altından xətt çəkmək:
• Diqqəti artırır.
• Təkrar zamanı vaxt qazandırır.
• Nəticə çıxarmağı asanlaşdırır.
Praktik üsul: əvvəl mətni ümumi şəkildə oxuyun, sonra əsas sözləri qeyd edin və sonda yenidən gözdən keçirin.
4. Kart metodu ilə söz bazanızı artırın.
Yeni sözləri sistemli şəkildə yadda saxlamaq üçün effektiv üsullardan biridir.
Kartın bir tərəfinə söz, digər tərəfinə isə:
• Mənası
• Sinonimi və ya antonimi
• Nümunə cümlə
yazılır. Mövzulara görə rənglərlə ayırmaq yadda saxlamağı asanlaşdırır.
5. IELTS-in 4 əsas bacarığını paralel şəkildə inkişaf etdirin.
İmtahan aşağıdakı bacarıqları ölçür:
•Listening
•Reading
•Writing
•Speaking
Misallar:
Reading — gündə ən az 3-4 saat ingiliscə mətn oxuyun.Bu qısa məqalələr də ola bilər. Yeni başlamısınızsa, özünüzdəki inkişafı 2-3 ayda görəcəksiniz.
Writing — qısa esselər yazın və səhv etməkdən qorxmayın.
Listening — 40 dəqiqə podcast və xəbərlərə qulaq asın.
Speaking — Süni intellekt və ya başqa insanlar ilə danışın.
6. İmtahan formatını dərindən öyrənin.
Formatı bilmədən hazırlaşmaq vaxt itkisinə səbəb olur.
Məsələn:
• Listening audiosu yalnız bir dəfə səslənir.
• Reading suallarının cavabları çox vaxt sinonimlərlə verilir.
• Writing tapşırığı 2 və daha çox bal gətirir.
İmtahan formatını yaxşı tanımaq imtahan zamanı stressi azaldır.
7. Mobil tətbiqlərdən maksimum istifadə edin.
Podcastlar, video dərslər və test tətbiqləri:
• Vaxtdan daha səmərəli istifadə etməyə imkan verir.
• Müxtəlif aksentlərə qulaq öyrəşdirir.
8. Real sınaq imtahanları ilə məşq edin.
Mock sınaq imtahnlarını sayğac qoyub işləyin bu çox vacibdir. Bu:
• İnsanda stressə qarşı adaptasiya yaradır.
• Imtahan zamanı vaxtınızı necə bölüşdürməyi sizə öyrədir.
• Real səviyyənizı ölçür.
Testdən sonra cavabların təhlili vacib nüanslardan biridir.
Bölmələr üzrə konkret triklər:
1. Reading üçün:
IELTS-də Reading roman oxumaq deyil, informasiya axtarışıdır.
Effektiv üsullar:
• Skimming - ümumi ideyanı tez anlamaq.
• Anchors - tarix, ad və rəqəm kimi ipucularını tapıb altından xətt çəkin.
• Sinonim axtarmaq - sual sözləri mətndə fərqli formada verilə bilər.
Bir suala ilişib qalmaq vaxt itkisinə səbəb olur.
2. Listening üçün:
Praktik triklər:
• Audio başlamazdan əvvəl sualları oxuyun.
• Açar sözləri qeyd edin.
• Bir cavabı qaçırsanız, dərhal növbətiyə keçin.
• Orfoqrafiyaya diqqət yetirin.
3. Writing üçün:
Strategiya:
• Esse yazmazdan əvvəl plan qurun.
• Sonda 2–3 dəqiqə yoxlama aparın.
• Çətin sözlərdən məcburi istifadə etməyin.
Sadə, aydın və məntiqli mətn daha yüksək bal gətirir.
4. Speaking üçün:
Axıcılıq əsas faktordur.
Bunu artırmaq üçün:
• Gündəlik düşüncələri ingiliscə ifadə edin.
• Özünüzlə səsli danışın.
• Mövzular üzrə söz ehtiyatını artırın.
Ana dilindən tərcümə etməyə çalışmaq axıcılığı azalda bilər.
IELTS sadəcə dil yox, strategiya imtahanıdır.
Yüksək bal almaq yalnız dil səviyyəsindən asılı deyil. Düzgün hazırlıq planı, davamlı praktika və strateji yanaşma tətbiq edən namizədlər nəticəni daha sürətlə yaxşılaşdırır.
Bu yanaşma ilə IELTS balını ciddi şəkildə artırmaq mümkündür. Əgər İELTS imtahanına repetitorsuz hazırlaşırsınızsa, self-study planınını linkedin üzərindən məndən ödənişsiz şəkildə ala bilərsiniz.
İstifadəçi adı:
nihadzakiAd Soyad:
nihad96Məqalə sayı:
1
07.03.2021
Fərdi İnkişaf
Günümüzün qlobal problemlərindən biri: - CV göndərirəm lakin heç bir vakansiyadan geri dönüş almıram. Niyə? Bunun əsas səbəblərindən biri CV-nin düzgün hazırlanmaması və əsas məqamlara diqqət yetirilməməsidir. Bu məqalədə sizlər üçün CV-də hansı məsələlərə diqqət yetirməli olduğunuzu addım-addım qeyd etmişik.
07.03.2021
Fərdi İnkişaf