-
İstifadəçi adı:
ameroff_05 -
Ad Soyad:
Ziya Əmirov -
Məqalə sayı:
1
Dərc olunma tarixi
14.02.2026 Fərdi İnkişafBaxış sayı
57
Oxunma müddəti
4 dəq
Müasir dünyada karyera inkişafı yalnız bilik və bacarıqlardan ibarət deyil. Bəzən insanın inkişafına ən böyük maneə onun dəyişiklikləri hiss etməməsi olur. Bu vəziyyət psixologiyada və idarəetmədə “Haşlanmış qurbağa effekti” kimi tanınır və karyera planlamasında olduqca aktual anlayışdır. Bu teoremi anlamaq üçün ilk öncə bu anlayışın necə formalaşdığına nəzər salaq.
1872 və 1875-ci illərdə Haynzmann və Fratşer tərəfindən aparılan təcrübələr göstərirdi ki, əgər su kifayət qədər yavaş qızdırlarsa, sağlam qurbağa belə heç bir reaksiya vermədən həmin suda bişib ölə bilər. Sonrakı dövrlərdə bu anlayış bəzi bioloqlar tərəfindən təkzib edilsə də, (onlar iddia edirdi ki, bu müşahidə zamanı qurbağaların beyinləri çıxarılmışdır və onlar suyun istiləşməsini beyinləri olmadığı üçün hiss etməmişdir), biznes, karyera və sair sahələr üçün güclü bir anlayışa çevrildi. (Tarix və müəlliflər Nevel Martin tərəfindən yazılmış “Bioloji laboratoriyadan tədqiqatlar” kitabından əldə edilmişdir)
Bir nümunəyə baxaq: Afrikada isti bir mühitdə yaşayan insanı bir anda götürüb Antarktidaya aparsaq, onun orqanizmi bu ani dəyişikliyə hazır olmadığı üçün müəyyən xəstəliklərə tutulacaq və sonu ölümlə nəticələnəcək. Lakin temperaturun azalması istiqamətində müəyyən ölkələrə aparsaq, sonra Antarktidaya – bədənində bu hava temperaturuna qarşı müəyyən müqavimət yaranacaq.
Son dövrlər “Microsoft”, “Intel”, “Meta”, “Wolksvagen”, “IBM”, “Amazon” və sair kimi nəhəng şirkətlərdən tez-tez hansı xəbərləri eşidirik? Məsələn, “IBM” şirkəti barədə yayılan son xəbərlərdən birində 2700 işçinin ixtisarını planlaşdırdığını bildirmişdir. Və ya “Volkswagen” şirkəti 2300, “Meta” isə 10% ixtisar planı açıqlamışdı (intellizence.com saytına əsasən)
Bütün bunların səbəbi təkcə süni intelekt və ya “robotlar insanları əvəz edəcək” iddiasıdır?
Əslində bu prosesin arxasında yalnız texnologiya faktorunu görmək düzgün olmaz. Əmək bazarı daim dəyişir, şirkətlər isə rəqabət qabiliyyətini qorumaq üçün effektivliyi artırmağa çalışır. Bu zaman ən çox risk altında olan qrup dəyişikliklərə uyğunlaşmaqda gecikən əməkdaşlar olur. Yəni problem təkcə süni intellekt və ya avtomatlaşdırma deyil, eyni zamanda insanın özünü inkişaf etdirmə sürəti ilə bazarın inkişaf sürəti arasındakı fərqdir.
Məhz bu nöqtədə “haşlanmış qurbağa effekti” karyera baxımından aktual olur. İnsan birdən-birə geridə qalmır. Bu proses çox vaxt illər ərzində, hiss olunmadan baş verir. Eyni iş rejimi, eyni bilik səviyyəsi və dəyişikliklərə passiv yanaşma zamanla insanın əmək bazarındakı dəyərinin azalmasına səbəb ola bilər.
Müasir dövrdə peşəkar inkişaf artıq seçim deyil, zərurətdir. Yeni texnologiyaları izləmək, əlavə bacarıqlar qazanmaq və bazarın tələblərini analiz etmək karyera davamlılığının əsas şərtlərindən biridir. Əks halda insan uzun müddət stabil görünən bir mühitdə qalsa da, dəyişikliklər kritik nöqtəyə çatanda bunun təsirini daha ağır hiss edə bilər.
Gəlin bir nümunə üzərindən baxaq - Təsəvvür edək ki, Həsən bank sektorunda əməliyyat mütəxəssisi kimi işləməyə başlayır. İlk illərdə iş prosesi əsasən manual əməliyyatlardan ibarət olur və onun bilikləri işini görmək üçün kifayət edir. Bank sektorunda rəqəmsallaşma başlayanda isə yeni proqram təminatları, avtomatlaşdırılmış sistemlər və data əsaslı qərar mexanizmləri tətbiq olunmağa başlayır.
Həsən isə gündəlik işlərini rahat yerinə yetirdiyi üçün əlavə təlimlərə və yeni biliklərə çox fokuslanmır. Bir neçə il sonra bank strukturunda dəyişikliklər baş verir və yeni vəzifələr üçün artıq data analitikası, rəqəmsal sistemlər və yeni proqram bilikləri tələb olunur.
Bu zaman Həsən anlayır ki, onun təcrübəsi olsa da, bazarın tələb etdiyi yeni bacarıqların bir hissəsi onda yoxdur. Yeni iş axtararkən isə görür ki, daha gənc və ya daha çevik mütəxəssislər bu biliklərə malikdir. Həsən karyerasında geriləməni birdən-birə yox, illər ərzində yavaş-yavaş yaşamış olur.
Bu nümunə göstərir ki, karyerada ən böyük risk bəzən ani dəyişikliklər deyil, hiss olunmadan baş verən kiçik dəyişikliklərdir.
Son olaraq, sizinlə bu rahatsızlıq gətirəcək komfortdan çıxmaq üçün aşağıdakı 5 bəndli tövsiyəni paylaşırıq:
1. Daim öyrənmək
2. Özünü mütəmadi qiymətləndirmək
3. Yeni çağırışlara baş vurmaq və bəzən düzgün risk almaq
4. Aid olduğunuz bazarı və dəyişən tələbləri izləmək
5. Düzgün peşəkar çevrə qurmaq
İstifadəçi adı:
ameroff_05Ad Soyad:
Ziya ƏmirovMəqalə sayı:
1
07.03.2021
Fərdi İnkişaf
Günümüzün qlobal problemlərindən biri: - CV göndərirəm lakin heç bir vakansiyadan geri dönüş almıram. Niyə? Bunun əsas səbəblərindən biri CV-nin düzgün hazırlanmaması və əsas məqamlara diqqət yetirilməməsidir. Bu məqalədə sizlər üçün CV-də hansı məsələlərə diqqət yetirməli olduğunuzu addım-addım qeyd etmişik.
07.03.2021
Fərdi İnkişaf