employment.az employment.az

Dərc olunma tarixi

15.02.2026 Fərdi İnkişaf

Baxış sayı

eye 31

Oxunma müddəti

clock 3 dəq

Beynimizin qaranlıq tərəfi: Niyə neqativ xəbərlərə daha çox meyl edirik?

Hər gün sosial şəbəkədə saatlarca vaxt keçiririk.Heç diqqət etmisinizmi, qarşımıza çıxan yüzlərcə uğur hekayəsinin yanından sürətlə keçdiyimiz halda, bir qəza və ya fəlakət xəbəri görəndə dərhal dayanırıq? Bu,əslində, bizim "pis xasiyyətimiz" deyil, beynimizin işləmə mexanizmidir.Özümüzdən asılı olmadan neqativ xəbərlərə daha çox meyl edirik.

Bəs bunun səbəbi nədir?

Əgər təkamülə nəzə salsaq görərik ki,o zamanlarda əcdadlarımız meşədə gəzərkən gözəl bir çiçəyə baxmaqdansa, koldan gələn xışıltıya yəni potensial təhlükəyə diqqət yetirirdilər. Çünki çiçəyi görməmək sənə bir təhlükə yaratmaz, amma yırtıcını görməmək sonun ola bilərdi. Beynimiz də bu köhnə "proqramla" işləməyə davam edir.Bəs bu qədim 'sağ qalma instinkti'  beynimizin hansı nöqtəsində gizlənir? Cavab isə, emosiyalarımızın idarəetmə mərkəzi olan Amigdaladadır. 

Beynimizdəki amigdala adlı kiçik hissə neqativ məlumatları pozitivlərdən daha sürətli emal edir. Bu, psixologiyada "Negativity Bias" (Neqativə meyllilik) adlanır. Biz bununla təhlükəni müəyyən etmək üçün proqramlaşdırılmışıq.

Peşəkar media qurumları isə bu bioloji zəifliyimizi çox yaxşı bilirlər. "Yaxşı xəbər xəbər deyil" prinsipi də elə məhz buradan doğur. Reytinqlər və klik sayları qorxu və narahatlıq yaradan,təhlükə hiss etdirən başlıqlar üzərindən qazanılır.

Bu vəziyyət bizə necə təsir edir?

Daim neqativ xəbərlərə fokuslanmaq beynimiz üçün bitməyən bir "həyəcan təbili" kimidir. Bu vəziyyət öz növbəsində xroniki stress, yuxu pozğunluqları və dünyanı olduğundan daha təhlükəli görməyimizə səbəb olan "Qəddar Dünya Sindromu"na (Mean World Syndrome) yol açır. İnsanlar fərqində olmasalar belə beynini daim qorxu və təlaş içində yaşamağa alışdırır. Nəticədə isə real həyatda mövcud olan gözəllikləri və uğurları görmə qabiliyyətimiz zəifləyir, həyatın müsbət tərəflərini qiymətləndirmə bacarığımız azalır.
 

Bəs bu "məlumat zəhərlənməsindən" necə qorunmalıyıq?

Beynimizin bu qədim proqramını tamamilə silmək mümkün olmasa da, onu “tərbiyə etmək”  əlbəttə ki, bizim əlimizdədir. Bunun üçün bəzi sadə, amma təsirli üsulları tətbiq etmək olar:

-İnformasiya qəbulunu azaldın: Gün ərzində xəbərləri izləmək üçün özünüzə konkret vaxt təyin edin — məsələn, cəmi 15 dəqiqə. Xüsusilə yatmazdan əvvəl neqativ başlıqlardan uzaq durmaq beyninizi sakitləşdirməyə və rahat yuxu almağınıza kömək edəcək.

-Faktlara fokuslanın: Duyğusal və narahatlıq dolu başlıqlar gördüyünüz zaman özünüzə sual verin: “Bu xəbər həqiqətən mənə faydalı məlumat verirmi, yoxsa bu, sadəcə emosional olaraq mənə təsir göstərməyə çalışır?”

-Balans yaradın: Hər bir neqativ xəbərin qarşılığında ən azı üç müsbət və ya öyrədici məlumat oxumağa çalışın ki, bu vərdiş sayəsində beyniniz dünyanı daha real və balanslı qəbul edə bilsin.

Neqativə meyllilik bizim təkamül mirasımızdır, lakin unutmayın ki, biz artıq vəhşi meşədə yaşamırıq. Bu gün ən böyük təhlükə koldan gələn xışıltı yox, məhz telefonumuzun ekranından süzülən neqativ məlumat selidir.Bu selin içində boğulmamaq üçün isə beynimizin işləmə mexanizmini anlamalıyıq. Unutmayın, diqqətinizi haraya yönəltsəniz, həyatınız da elə o yöndə formalaşacaq.

  

  

heart save

İbrahimli Sabina

16.02.2026

Tamamile düzdür heç bu terefden fikir vermemişdim olaya 🫠

Nilufar Safarli

16.02.2026

Maraqli yazidir, davamli olsun!

Aysel Guliyeva

16.02.2026

Çox gözəl, əməyiniz üçün təşəkkürlər...

Sara İbish

16.02.2026

Həqiqətən də elədir🌸Çox gözəl informasiya oldu👏

Aytən Xəlilzadə

16.02.2026

Maraqlı,fərqli bir məqalə olub🤌🏻💗

Lale Eliyeva

16.02.2026

Necə maraqlı!

Vüsala

16.02.2026

Çox maraqlıı🫠🙉

Ruxsarə

16.02.2026

Çox maraqlı və faydalı məqalədir 🤌🏻 davamlı olsun belə məqalələr 🫠❤️

Sabina ibishli

16.02.2026

Çox maraqlı və gözəl yazıdır,əllərinizə sağlıq😍

Fedaye Esedzade

16.02.2026

Davamını səbirsizliklə gözləyirəm,uğurların bol olsun!🫶🏻

Roya Feyziyeva

17.02.2026

#faydalıı😍

Yazar
  • İstifadəçi adı:

    ramila_ibishova
  • Ad Soyad:

    Ramila İbishova
  • Məqalə sayı:

    2

Əlaqəli məqalələr

paper-1-img
CV hazırlayarkən nələrə diqqət yetirməli

07.03.2021

Fərdi İnkişaf

Günümüzün qlobal problemlərindən biri: - CV göndərirəm lakin heç bir vakansiyadan geri dönüş almıram. Niyə? Bunun əsas səbəblərindən biri CV-nin düzgün hazırlanmaması və əsas məqamlara diqqət yetirilməməsidir. Bu məqalədə sizlər üçün CV-də hansı məsələlərə diqqət yetirməli olduğunuzu addım-addım qeyd etmişik.

paper-1-img
Ən Yaxşı 10 Effektiv Öyrənmə Yolları

07.03.2021

Fərdi İnkişaf

Effektiv öyrənmə yolları hansılardır. Gəlin sizinlə 10 effektiv öyrənmə yollarını öyrənək.

paper-1-img
Xarici Dil Üçün 5 Tətbiqi Proqram

07.03.2021

Fərdi İnkişaf

Günümüzdə xarici dil öyrənmə prosesini asanlaşdırmaq üçün bəzi tətbiqi proqramlardan istifadə edə bilərik. Bəs bu tətbiqi proqramlar hansılardır?