employment.az employment.az

Dərc olunma tarixi

17.02.2026 Fərdi İnkişaf

Baxış sayı

eye 16

Oxunma müddəti

clock 1 dəq

Niyə hər şeyi son ana saxlayırıq? Bu haldan qurtulmağın 3 yolu

Gəlin biraz dürüst olaq: Hamımızın içində hər işi son dəqiqəyə saxlayan, "hələ vaxta var" deyən bir tənbəl ruh var. Məsələn, bəlkə də elə indi bu yazını oxuyursunuzsa, əslində görməli olduğunuz hansısa vacib işdən qaçırsınız. Narahat olmayın, tək deyilsiniz, hamımız eyni vəziyyətdəyik.Əslində problem bizim tənbəl olmağımızda deyil.Beynimiz bizi stressdən həmişə yayındırır.Çətin və ya darıxdırıcı bir iş görəndə beynimiz həyəcan siqnalı verir: Boş ver bunu, get bir az Instagram-da gəz, video izlə, rahatla. Amma bu rahatlıq bizi aldadır. Çünki iş bitmir, vaxt daralır və stressimiz daha da artır.

Bu vəziyyətdən çıxmağın 3 sadə yolu:

1) Cəmi 2 dəqiqə hiyləsi: Özünüzü aldadın. Deyin ki, bu işi cəmi 2 dəqiqə edib saxlayacam. Məqsəd işi bitirmək yox, sadəcə başlamaqdır. İnanın ki, o ilk addımı atandan sonra gerisi su kimi gələcək.

2) Mükəmməllik axtarmayın: Hər şeyin ən yaxşısı olsun deyə gözləyəndə, əslində heç başlamırıq. İşi ilk dəfədən mükəmməl yox, sadəcə görülmüş hesab edin. Sonra düzəltmək üçün həmişə vaxt olacaq.

3) Özünüzə rüşvət verin: Balaca bir hissəni bitirdiniz? Gedin özünüzə sevdiyiniz bir şirniyyat alın və ya 5 dəqiqə sevdiyiniz mahnıya qulaq asın. Beyniniz başa düşsün ki, işi bitirmək əslində xoş bir şeydir.

heart save
Yazar
  • İstifadəçi adı:

    Zümrüd
  • Ad Soyad:

    Zümrüd
  • Məqalə sayı:

    2

Əlaqəli məqalələr

paper-1-img
CV hazırlayarkən nələrə diqqət yetirməli

07.03.2021

Fərdi İnkişaf

Günümüzün qlobal problemlərindən biri: - CV göndərirəm lakin heç bir vakansiyadan geri dönüş almıram. Niyə? Bunun əsas səbəblərindən biri CV-nin düzgün hazırlanmaması və əsas məqamlara diqqət yetirilməməsidir. Bu məqalədə sizlər üçün CV-də hansı məsələlərə diqqət yetirməli olduğunuzu addım-addım qeyd etmişik.

paper-1-img
Ən Yaxşı 10 Effektiv Öyrənmə Yolları

07.03.2021

Fərdi İnkişaf

Effektiv öyrənmə yolları hansılardır. Gəlin sizinlə 10 effektiv öyrənmə yollarını öyrənək.

paper-1-img
Xarici Dil Üçün 5 Tətbiqi Proqram

07.03.2021

Fərdi İnkişaf

Günümüzdə xarici dil öyrənmə prosesini asanlaşdırmaq üçün bəzi tətbiqi proqramlardan istifadə edə bilərik. Bəs bu tətbiqi proqramlar hansılardır?