employment.az employment.az

Dərc olunma tarixi

07.03.2021 Fərdi İnkişaf

Baxış sayı

eye 1835

Oxunma müddəti

clock 3 dəq

İş Axtarma Prosesi

Tələbələrin və yeni məzunların qarşılaşdığı ən böyük problemlərdən biri iş axtarma prosesidir. Gəlin bu proses zamanı nələr edə biləcəyiniz ilə bağlı bəzi nüanslara toxunaq:


:mag_right:Fokuslanın:
Sizi ümidsizliyə sürükləyən şeylərdən şikayət edə bilərsiniz, lakin unutmayın ki, həyat davam edir. Buna görə bilik və bacarıqlarınızı, xəyallarınızı geri plana atmayın. Özünüzü motivasiyada saxlayıb, daima məqsədlərinizə fokuslanın.

:mag_right:Neqativ şeylərdən uzaq durun: Cv göndərirəm, heç birindən geri dönüş almıram yaxud müsahibəyə çağırıldım sonra bir də zəng etmədilər, tanışları işə aldılar və.s kimi fikirlərdən uzaq durun. Bu düşüncələri bir kənara qoyub hədəflərinizə fokuslanın.

:mag_right:Qarşınıza çıxan hər vakansiyaya CV-nizi göndərməyin: Nə iş olsa edərəm düşüncəsi qarşı tərəfə nə istədiyini bilməyən, tək dərdi iş tapmaq olan bir namizəd olduğunuzu göstərə bilər. Bu əslində 'müraciət edirəm amma geri dönmürlər' şikayətinə bir cavabdır. Bacarıqlarınıza uyğun vakansiyalara CV-nizi göndərməyiniz məsləhətlidir.

:mag_right:Bir neçə karyera platformalarını izləyin: İş axtarma prosesində sadəcə bir səhifə və ya saytı izləməyin. Vakansiyalardan xəbərdar olmaq üçün iş elanlarının olduğu karyera platformaları ilə yanaşı, daima şirkətlərin sosial media hesablarını da izləyə bilərsiniz.

:mag_right:Daima özünüzü inkişaf etdirin: İş axtarma prosesində boş vaxtlarınızı fürsətə çevirib, dəyərləndirin. İştisaslaşmaq istədiyiniz yöndə seminarlara qatıla, kurslara yazıla bilərsiniz. Ən azından digərlərindən bir addım öndə olacaqsınız. İzlədiyiniz bir videodan bir cümlə belə sizin həyatınızı dəyişə bilər.

:mag_right:Yardım istəyin: İş axtarma prosesində peşəkar bir perspektivə həmişə ehtiyac var. Müxtəlif mentorluq proqramlarına müraciət edə və ya öz sahənizdə təcrübəli bir mütəxəssisdən kömək istəyə bilərsiniz.

heart save
Yazar
  • İstifadəçi adı:

    kaizen
  • Ad Soyad:

    Kaizen.az
  • Məqalə sayı:

    111

Əlaqəli məqalələr

paper-1-img
CV hazırlayarkən nələrə diqqət yetirməli

07.03.2021

Fərdi İnkişaf

Günümüzün qlobal problemlərindən biri: - CV göndərirəm lakin heç bir vakansiyadan geri dönüş almıram. Niyə? Bunun əsas səbəblərindən biri CV-nin düzgün hazırlanmaması və əsas məqamlara diqqət yetirilməməsidir. Bu məqalədə sizlər üçün CV-də hansı məsələlərə diqqət yetirməli olduğunuzu addım-addım qeyd etmişik.

paper-1-img
Ən Yaxşı 10 Effektiv Öyrənmə Yolları

07.03.2021

Fərdi İnkişaf

Effektiv öyrənmə yolları hansılardır. Gəlin sizinlə 10 effektiv öyrənmə yollarını öyrənək.

paper-1-img
Xarici Dil Üçün 5 Tətbiqi Proqram

07.03.2021

Fərdi İnkişaf

Günümüzdə xarici dil öyrənmə prosesini asanlaşdırmaq üçün bəzi tətbiqi proqramlardan istifadə edə bilərik. Bəs bu tətbiqi proqramlar hansılardır?