FƏRDI İNKIŞAF KITABLARI
Bu gün izləyicilərimizin istəyinə əsaslanaraq 5 fərdi inkişaf kitabı haqqında məlumat vermək istəyirik.
:books:1. "Her şey seninle başlar" - Mümin Sekman
Kitabın əsas mövzusu uğursuzluğun səbəbləri və uğura müvəffəq olmaq üçün nə etmək lazım olduğudur. Kitab həyatdan götürülən nümunələr sayəsində hadisələri daha yaxşı anlamağa imkan verir.
:books:2. “Think and Grow Rich” (“Düşün və varlan”)-Napoleon Hill
“Düşün və varlan” kitabı 70 il ərzində zənginliyin yaradılması üzrə klassik dərslik sayılır. Napoleon Hill hər fəsildə pul qazanmağın sirlərindən bəhs edir və bu sirlərdən istifadə edən minlərlə insan eyni zamanda öz şəxsi potensiallarını inkişaf etdirir.
:books:3. “The 7 Habits of Highly Effective People” (“Yüksək effektli insanların 7 vərdişi”) – Stephen R.Covey
Oxucuların xeyli marağına səbəb olan bu kitab iş və şəxsi həyatda uğurlu olmağınız üçün ehtiyacınız olan 7 vərdişdən bəhs edir. Kitabda problemsiz, sakit və uğurlu bir həyat üçün mənimsəməli olduğumuz bu vərdişlərin ətraflı şəkildə izahı əks olunmuşdur.
:books:4. "Alışkanlıkların Gücü" - Charles Duhigg
Kitab insanların vərdişlərə necə yiyələndiyini, pis vərdişin yaxşı bir vərdişlə əvəzlənməsini və istər şəxsi, istərsə də iş həyatımızda vərdişlərimizin arxasında nələrin dayandığından bəhs edir.
:books:5. "İçimizdeki Çocuk" – Doğan Cüceloğlu
Kitab içinizdə yaşadığınız duyğuların düşüncələrinizə və hərəkətlərinizə necə təsir etdiyindən bəhs edir. Kitabı oxuyan zaman içinizdəki uşağı nə qədər tanıdığınız, ona nə qədər söz haqqı verdiyinizlə bağlı özünüzə suallar verirsiniz.
Sizin də oxuyub, faydasını gördüyünüz kitablar varsa zəhmət olmasa rəy bölməsində qeyd edəsiniz.