employment.az employment.az

Dərc olunma tarixi

07.03.2021 Fərdi İnkişaf

Baxış sayı

eye 1064

Oxunma müddəti

clock 2 dəq

Blue-Tooth?

Faylların sürətlə ötürülməsində istifadə olunan “Bluetooth” –adının hansı mənanı kəsb etdiyindən xəbəriniz var mı? Bu ad X əsrdə Skandinaviya kralı l Kral Haralda verilən “Bluetooth” ləqəbindən götürülmüşdür. Bəs nəyə görə yeni bir texnologiyaya Skandinaviya kralının adı verilsin ki?

Intel, Ericsson və Nokia adlı üç böyük şirkət, texnologiyanı parçalanmadan inkişaf etdirməyin yeganə yolunun tək bir simsiz standartı inkişaf etdirmək olduğunu başa düşdülər. 1996-cı ilin noyabrında İsveçdə toplanan üç böyük şirkətin rəsmiləri inkişaf mərhələsində olduqları simsiz standart üçün müvəqqəti bir ad axtardılar. Intel'in səlahiyyətlilərindən Jim Kardash, Bluetooth adını təklif etdi. Səbəb sadə idi. Bir blog yazısında Kral Haraldla bağlı məqalə görən Kardash, onun Skandinaviyanı bir dam altında birləşdirməklə məşhur olduğunu oxudu. Və bu ad Kardash üçün məqsədə uyğun hesab edildi. Çünki istehsal edəcəkləri texnologiya, King Harald'ın Skandinaviyanı birləşdirdiyi kimi kompüterləri və mobil cihazları birləşdirəcəkdi.

Və sonda Kral Haralda verilən “Bluetooth” adını yeni texnologiyalarında istifadə etdilər. Belə bir sual yaranır ki, Kral Harald’a niyə “Bluetooth” ləqəbi verilib axı? Bunu Heraldın “Blueberry” yəni giləmeyvə yeməyi sevdiyinə görə dişlərinin mavi rəngə çalması ilə əlaqələndirirlər (Blue Tooth-Mavi Diş). Bluetooth logosuna gəldikdə, Kral Bluetooth’un ad və soyadının ilk hərflərinin birləşməsindən yaranan bir formadır (KB). Bunlar 9-cu əsrdən ehtibarən runik üslubda Skandinaviya hərfləridir. İkisini birləşdirərək bugünkü bluetooth logosu ortaya çıxmişdır.

Bluetooth'un bu mənanı kəsb etdiyini bilirdiz?

heart save
Yazar
  • İstifadəçi adı:

    kaizen
  • Ad Soyad:

    Kaizen.az
  • Məqalə sayı:

    111

Əlaqəli məqalələr

paper-1-img
CV hazırlayarkən nələrə diqqət yetirməli

07.03.2021

Fərdi İnkişaf

Günümüzün qlobal problemlərindən biri: - CV göndərirəm lakin heç bir vakansiyadan geri dönüş almıram. Niyə? Bunun əsas səbəblərindən biri CV-nin düzgün hazırlanmaması və əsas məqamlara diqqət yetirilməməsidir. Bu məqalədə sizlər üçün CV-də hansı məsələlərə diqqət yetirməli olduğunuzu addım-addım qeyd etmişik.

paper-1-img
Ən Yaxşı 10 Effektiv Öyrənmə Yolları

07.03.2021

Fərdi İnkişaf

Effektiv öyrənmə yolları hansılardır. Gəlin sizinlə 10 effektiv öyrənmə yollarını öyrənək.

paper-1-img
Xarici Dil Üçün 5 Tətbiqi Proqram

07.03.2021

Fərdi İnkişaf

Günümüzdə xarici dil öyrənmə prosesini asanlaşdırmaq üçün bəzi tətbiqi proqramlardan istifadə edə bilərik. Bəs bu tətbiqi proqramlar hansılardır?