-
İstifadəçi adı:
Vazifa Guliyeva -
Ad Soyad:
Vazifa Guliyeva -
Məqalə sayı:
2
Dərc olunma tarixi
22.05.2024 TexnologiyaBaxış sayı
4440
Oxunma müddəti
5 dəq
Günümüzdə süni intellekt texnologiyanın ən sürətlə inkişaf edən sahələrindən biridir.Bu yeni texnologiya insan zəkasını və problem həll etmə qabiliyyətini təkrarlaya bilən sistemlərin yaradılması ilə məşğul olur.Normal kompüter proqramı səhvləri düzəltmək və prosesləri təkmilləşdirmək üçün insan müdaxiləsinə ehtiyac duyduğu halda,süni intellekt sistemləri saysız-hesabsız məlumatı götürür,emal edir və bu məlumatları təkmilləşdirmək ehtiyacı olanda əvvəlcədən saxladığı informasiyalardan istifadə edir.
Süni intellektin tarixi
Süni intellekti yeni texnologiya hesab etsəkdə,əslində tarixi çox əvvəllərə qədər gedib çıxır.Qədim dövrlərdə ixtiraçılar insan müdaxiləsindən asılı olmayaraq hərəkət edən “avtomat” adlanan əşyalar düzəldirdilər. "Avtomat" sözü qədim yunan dilindən gəlir və "öz iradəsi ilə hərəkət etmək" deməkdir. Avtomat haqqında irəli sürülən ilk fikirlərdən biri eramızdan əvvəl 400-cü ilə aiddir və filosof Platonun dostu tərəfindən yaradılmış mexaniki göyərçindən bəhs edir.Buna baxmayaraq,alimlərin və mühəndislərin süni intellektə doğru addımları 20-ci əsrdən başlanılmışdır.Bunlara nümunə olaraq Yaponiya istehsalı olan Gakutensoku,Amerika istehsalı olan Unimate və s. misal göstərmək olar.
Əsasən 20-ci əsrdən başlayaraq,inkişaf etməyə başlayan süni intellekt və süni intellekt sistemi üzərində qurulmuş robotlar demək olar ki,bu gün əksər sahələrdə istifadə olunur.Bu sahələrə aşağıdakıları göstərə bilərik:
1.Virtual assistantlar və chatbots
Alexa,Siri,Google Assistant kimi məşhur süni intellekt sistemli çatbotlar avtomatlaşdırılmış şəkildə müştəri suallarını cavablayırlar.

2.Kənd təsərrüfatında süni intellekt
Kənd təsərrüfatı sektorlarında əkin sahələrinin məhsuldarlığını artırmaq üçün avtonom traktorlardan və süni intellektə
əsaslanan dronların monitorinqindən istifadə olunur.Robotlar və avtomatlaşdırılmış maşınlar həmçinin məhsulun
sağlamlığına və məhsul yığımına nəzarət etmək üçün bu sahələrdə istifadə olunur.

3.Avtomobillərdə süni intellekt
Artıq bir sıra böyük dövlətlərdə istifadə olunmağa başlayan özünü idarə edə bilən avtomobillərin yaxın ətrafı və
dünyanı dərk etməsi məhz süni intellekt üzərində qurulub.
4.Səhiyyədə süni intellekt
Səhiyyə sektorunda süni intellekt müxtəlif növ xəstəliklərin diaqnozu, təhlili,proqnozlaşdırılması və xəstənin
sağlamlıq vəziyyətinin monitorinqi kimi prossesləri icra edir.Bundan əlavə olaraq isə,radiologiyada müxtəlif növ kritik
xəstəliklərin aşkarlanmasında mühüm rol oynayır.
Bu gün biz istəsək də,istəməsək də robotlar artıq bizim həyatımıza müxtəlif sahələrdə daxil olub və daha da
artmağa doğru gedir.Demək olar ki,dünyanın istənilən yerində süni intellekt və onun tətbiq sahələri araşdırılır,
müzakirə mövzusu olur.Robotlar və onların yavaş-yavaş həyatımızın bir hissəsinə çevrilməsi ilə bağlı dünyanın
tanınmış şəxsləri müəyyən fikirlər irəli sürürlər.2017-ci ildə keçrilən konfransların birində Elon Maskın süni intellekt
haqqında irəli sürdüyü iddialar o zamanlardan hər kəsi heyrətləndirməyi bacarmışdı.Onun fikirlərinə görə:
Yaxşı
1."Öz-özünü idarə edən avtomobillər sizi istədiyiniz məkana aparacaq,hətta sizdən soruşmasına belə ehtiyac
qalmayacaq".
2."Teslanın uça bilməməsi üçün heç bir səbəb yoxdur".
3."Robotlar o qədər sürətlə hərəkət edəcək ki,onları görmək üçün strob işıqlarına ehtiyac duyacağıq".
Pis
1.Robotlar hər şeyi bizdən daha yaxşı edəcək-“Nəqliyyat tam avtonom rejimə keçən ilklərdən biri olacaq. Ancaq hər
şeyi deyəndə robotlar hər şeyi edə biləcəklər, heç bir şeyə mane olmayacaqlar".
Qorxunc
1.Süni intellekt üzrə rəqabət 3-cü dünya müharibəsinə səbəb ola bilər-"Ən mükəmməl süni intellektə malik ölkə
olmaq üçün qlobal rəqabət növbəti dünya müharibəsinin səbəbi olacaq".
2."Süni intellekt Şimali Koreyadan daha böyük risk hesab olunur"
Lakin Facebookun CEO-su olan Mark Zukerberq bütün bu fikirləri təkzib etmiş və Maskın fikirlərini "olduqca
məsuliyyətsiz" adlandırmışdı.Zukerberqin iddialarına görə süni intellektin inkişafı bütün dünya üçün çox yaxşı olacaq.
“Bu barədə kifayət qədər güclü fikirlərim var. Mən optimistəm”-Zukerberq deyir. “Düşünürəm ki, siz bir şey qura
bilərsiniz və dünya daha da yaxşılaşacaq. Amma xüsusilə süni intellektlə mən həqiqətən optimistəm. Düşünürəm ki,
etiraz edənlər və bu qiyamət ssenarilərini qurmağa çalışan insanlar - sadəcə, mən bunu başa düşmürəm.
Bu, həqiqətən mənfidir və bəzi mənalarda mən bunun olduqca məsuliyyətsiz olduğunu düşünürəm”-deyə Zukerberq
bildirmişdi.
Süni intellektin müsbət və mənfi tərəfləri
Süni intellektin müsbət və mənfi tərəflərinə gəldikdə aşağıdakı əsas məqamları qeyd edə bilərik:
Müsbət tərəflər
1.İnsanlardan fərqli olaraq, robotlar darıxmır,sıxılmır və yorulmur.
2.Onlar köhnələnə qədər eyni prosesi davamlı olaraq təkrarlaya bilərlər.
3.Robotlar insanlar üçün təhlükəli olan mühitlərdə, məsələn, təhlükəli kimyəvi maddələrlə işləmək və ya radiasiyanın yüksək olduğu ərazilərdə işləyə bilər.
4.Onların insanlar kimi fiziki və ya ekoloji ehtiyacları yoxdur.
Mənfi tərəflər
1.Bəzi sənaye sahələrində robotlar insanların iş yerlərini əvəz edir ki, bu da iqtisadi problemlər yarada bilər.
2.Bütövlükdə, robotlar yalnız onlara deyilənləri edə bilər, yəni improvizasiya edə bilməzlər (baxmayaraq ki, AI və maşın öyrənməsi bunu dəyişdirir).
3.Praktik tətbiqləri olan robotlar ümumiyyətlə ilkin xərc, texniki xidmət, əlavə komponentlərə ehtiyac və tapşırığı yerinə yetirmək üçün proqramlaşdırılma ehtiyacı baxımından bahadır.
Robotlar dünyanı ələ keçirəcəkmi?
İstər avtomobillərimizi yığan avtomatlaşdırılmış maşınlar olsun, istərsə də evdə bizə kömək etmək üçün danışıq interfeyslərindən istifadə edən virtual köməkçilər olsun, robotlar artıq ətrafımızdadır. Ancaq gördüyümüz kimi, onlar hazırda həyatın bütün sahələri üçün uyğun deyillər.Hesabatlar göstərir ki, dünyada robot ehtiyatı 2030-cu ilə qədər 20 milyona çata bilər, avtomatlaşdırılmış işçilər isə növbəti 10 ildə 51 milyon iş yeri tuta bilər. Beləliklə, onlar dünyanı ələ keçirməsələr də, gündəlik həyatımızda daha çox robot görəcəyimizi gözləyə bilərik.
Son olaraq isə onu deyə bilərik ki, robotlar həyatımızı yaxşılaşdırmaq potensialına malikdir. Fiziki cəhətdən tələbkar və ya təkrarlanan işlərin yükünü daşımaqla yanaşı, onlar səhiyyəni təkmilləşdirə, nəqliyyatı daha səmərəli edə və yaradıcı işlərlə məşğul olmaq üçün bizə daha çox sərbəstlik verə bilərlər.
İstifadəçi adı:
Vazifa GuliyevaAd Soyad:
Vazifa GuliyevaMəqalə sayı:
2
04.05.2023
Texnologiya
28.10.2021
Texnologiya
19.11.2021
Texnologiya
Bildiyiniz kimi, bu yaxınlarda Facebook-un qurucusu və baş direktoru Mark Zukerberq ,Facebook adının şirkətin gələcəyini adekvat şəkildə təsvir etmədiyini və ad dəyişikliyini təsdiqlədi və “Metaverse”haqqında bəzi məlumatlar verdi.İnsanlarda “Metaverse” nədir? ,Hansı xüsusiyyətlələrə malikdir? və s kimi suallar yarandı.Gəlin bu suallara cavab tapmağa çalışaq.