-
İstifadəçi adı:
kaizen -
Ad Soyad:
Kaizen.az -
Məqalə sayı:
192
Dərc olunma tarixi
14.11.2025 HekayələrBaxış sayı
42
Oxunma müddəti
3 dəq
Təsəvvür edin; əgər rəqəmlər üçölçülü olsaydı, musiqinin müəyyən bir forması, rənglərin isə səsi olsaydı… Dünya necə bir yerə çevrilərdi?
Bu fikir sizə bir az qəribə görünə bilər, amma sinestezik insanlar üçün dünya məhz belədir. Zərərsiz olan bu vəziyyət əhalinin təxminən 20 faizində müşahidə olunur.
“Sinestezi” anlayışı yunan dilindəki “syn” (birlikdə) və “aesthesis” (hiss, qavrama) sözlərinin birləşməsindən yaranır. Adından da göründüyü kimi, sinestezi — duyuların bir-birinə qarışaraq eyni anda qavranılması deməkdir. Sinestezik insanlarda bir duyunun işə düşməsi, digər duyunun da aktivləşməsinə səbəb olur. Beləliklə, iki və ya daha çox duyğu eyni anda birlikdə işləyir .
Məsələn, sinestezik biri “pencere” sözünü oxuduqda ət dadı hiss edə bilər və ya eşitdiyi bir musiqini “mavi” kimi təsvir edə bilər. Beyindəki xüsusi əlaqələr səbəbindən bu şəxslərdə bütün duyular bir-biri ilə əlaqəlidir .
Sinestezik insanlar rəqəmləri və ya hərfləri eşidə bilər, onları müəyyən rənglərdə görə bilər və hətta rəngləri müəyyən hərflərlə əlaqələndirə bilərlər. Fizikçi Richard Feynman “What Do You Care What Other People Think?” adlı kitabında belə yazır: “Bir tənlik gördüyümdə — niyə olduğunu bilmirəm — hərflər mənə rəngli görünür. Məsələn, j-lər açıq qəhvəyi, n-lər mavi-bənövşəyi, x-lər isə tünd qəhvəyi.” Bu ifadələrdən Feynmanın da sinestezik olduğunu anlamaq mümkündür.
Journal of Neuroscience jurnalında aparılan bir araşdırmada 12 sinestezik və 12 sinestezik olmayan şəxsin beyni, ayıq vəziyyətdə fMRI cihazı ilə görüntülənib. Onlardan yalnızca sakitcə dincəlmək tələb olunub. Nəticələr göstərib ki, sinestezik insanların beyinlərindəki əlaqələr digər insanlara nisbətən fərqlidir. Xüsusilə rənglə bağlı görmə sahəsi ilə eşitmə sahəsi arasında daha sıx bir əlaqə mövcuddur. Elə buna görə də rəqəmlər eşidildikdə beyində rənglərin canlanması ehtimal olunur .
Uzun müddət sinestezi insanların həyatına müsbət və ya mənfi təsiri olmayan təbii bir fərqlilik kimi qəbul edilirdi. Lakin son araşdırmalar bunun bilişsel və fizioloji proseslərlə əlaqəli ola biləcəyini göstərib. Üstəlik, bu təsirlərdən bəziləri xeyli müsbətdir. O vaxta qədər yalnız genetik olduğu düşünülən sinestezinin müəyyən hallarda ətraf mühit amilləri ilə də formalaşa biləcəyi məlum olub. Hətta sinestezinin multiple skleroz, həssas bağırsaq sindromu və bəzi baş ağrısı növləri kimi immunitet sistemi ilə bağlı xəstəliklərlə əlaqəli ola biləcəyi də müəyyən edilib.
Aparılan araşdırmalar göstərir ki, sinestezik insanlar digər insanlara nisbətən daha güclü yaddaşa malikdirlər. Məsələn, birinin adını xatırlamağa çalışdığınızı təsəvvür edin: Ahmet idi, yoxsa Mehmet? Əgər A hərfi mavi, M hərfi isə bənövşəyi kimi dərk edilirsə, həmin rəngi xatırlamaq və adla əlaqələndirmək daha asan olur.
Sinestezik insanlar həmçinin daha güclü zehni təsəvvür (mental imgeleme) qabiliyyətinə malikdirlər. Hər nə qədər gündəlik həyatda bu bacarığın az istifadə edildiyi zənn edilsə də, əslində biz onu tez-tez işlədirik: simaları xatırlayarkən, yolumuzu taparkən və ya parçalanmış şəkildə alınan mebelin yığılmasını düşünərkən.
Bundan başqa, sinestezik insanların daha yaradıcı olduqları və buna görə də rəssamlıq, musiqi kimi incəsənət sahələrinə daha yaxın olduqları müşahidə edilib .
Sinestezi haqqında hələ də çox az bilirik, amma aparılan son araşdırmalar göstərir ki, bu xüsusiyyət yaradıcılıq və şəxsiyyət xüsusiyyətlərinə təsir etdiyi üçün yuxu davranışları haqqında da yeni ehtimallar ortaya çıxır. Sinestezik şəxslərin digər insanlardan fərqli yuxu vərdişlərinə malik olduqları müəyyən edilib. Onların yaradıcılığı dəstəkləyən REM yuxusunu fərqli şəkildə təcrübə etdikləri düşünülür.
Sinestezi haqqında hər gün yeni məlumatlar əldə edilir. Amma bu sahədə biliklər hələ də məhduddur. Çünki yuxular kimi, sinestezi də şəxsi təcrübələrə əsaslanır və insanların zehinlərinin içində nələrin baş verdiyini tam şəkildə anlamaq hələ ki çox çətindir.
İstifadəçi adı:
kaizenAd Soyad:
Kaizen.azMəqalə sayı:
192
07.03.2021
Hekayələr
07.03.2021
Hekayələr
07.03.2021
Hekayələr