-
İstifadəçi adı:
Zümrüd -
Ad Soyad:
Zümrüd -
Məqalə sayı:
1
Dərc olunma tarixi
17.02.2026 Fərdi İnkişafBaxış sayı
472
Oxunma müddəti
1 dəq
Gəlin biraz dürüst olaq: Hamımızın içində hər işi son dəqiqəyə saxlayan, "hələ vaxta var" deyən bir tənbəl ruh var. Məsələn, bəlkə də elə indi bu yazını oxuyursunuzsa, əslində görməli olduğunuz hansısa vacib işdən qaçırsınız. Narahat olmayın, tək deyilsiniz, hamımız eyni vəziyyətdəyik.Əslində problem bizim tənbəl olmağımızda deyil.Beynimiz bizi stressdən həmişə yayındırır.Çətin və ya darıxdırıcı bir iş görəndə beynimiz həyəcan siqnalı verir: Boş ver bunu, get bir az Instagram-da gəz, video izlə, rahatla. Amma bu rahatlıq bizi aldadır. Çünki iş bitmir, vaxt daralır və stressimiz daha da artır.
Bu vəziyyətdən çıxmağın 3 sadə yolu:
1) Cəmi 2 dəqiqə hiyləsi: Özünüzü aldadın. Deyin ki, bu işi cəmi 2 dəqiqə edib saxlayacam. Məqsəd işi bitirmək yox, sadəcə başlamaqdır. İnanın ki, o ilk addımı atandan sonra gerisi su kimi gələcək.
2) Mükəmməllik axtarmayın: Hər şeyin ən yaxşısı olsun deyə gözləyəndə, əslində heç başlamırıq. İşi ilk dəfədən mükəmməl yox, sadəcə görülmüş hesab edin. Sonra düzəltmək üçün həmişə vaxt olacaq.
3) Özünüzə rüşvət verin: Balaca bir hissəni bitirdiniz? Gedin özünüzə sevdiyiniz bir şirniyyat alın və ya 5 dəqiqə sevdiyiniz mahnıya qulaq asın. Beyniniz başa düşsün ki, işi bitirmək əslində xoş bir şeydir.
Səbinə Mehdizadə
20.02.2026Oxuyarkən özümü gördüm 😂
Sinan
20.02.2026Oxumadan özümü gördüm 👍🏻
Aydan Nağızadə
20.02.2026Mükəmməl👍👍👍
Soltanlı Çimnaz
20.02.2026Cümlələrin hər birində haqlılıq payı çoxdur. İndi ki dövrdə bir işə başlamaq çox çətindir həiqətəndə
Gülzaman Əhmədova
20.02.2026Hamımızın problemi, amma az adam bu qədər açıq izah edir. Oxumağa dəyər
Banu
20.02.2026O çox gözəl, mütləq sınayacam😍
Gunel Mikayil
21.02.2026Tek olmadığıma sevindim 😂
Hüseyn
21.02.2026Düzgün sözlər oxumadan bildim
Hacıyeva Səbinə
21.02.2026Çoxxx Əlaa, çoxxx möhtəşəmm🤌👍👍
Kəmalə Soltanova
21.02.2026Afərin möhtəşəmm
Şükürlü
21.02.2026Ela yanasmalardir.Gunumuzun aktual problemidir,ele ozumunde amma bu metodlari sinayacam
Xanim
21.02.2026Əla,mövzu haqqında hər bir detaya toxunulub və aydın formada izah edilib👍🏻
Namazova Aysu
21.02.2026Çox faydalı və hər kəsə lazım olacaq məlumatlardır. Uğurlar.
Səidə Paşazadə
21.02.2026Əla , çox gözəlll
Səidə Paşazadə
21.02.2026Əla ,gözəlll
Mədinə Əhmədli
21.02.2026Çox doğrudur.Yazılanları tətbiq etdikdə yeni iş çətin və darıxdırıcı deyil maraqlı görünür.
Nazlı
21.02.2026Doğrudur 👍🏻
Məmmədova
21.02.2026möhtəşəm 🎀
Ülkər Temirli
21.02.2026Möhtəşəmm💓
Sunay
21.02.2026Çox doğrudur 👏🏼
Fatimə
23.02.2026Əla✨✨✨
Qəzənfər Bayramov
24.02.2026Möhtəşəm əla👍
Ayşən Kərimova
24.02.2026Əladı👍🏻
İstifadəçi adı:
ZümrüdAd Soyad:
ZümrüdMəqalə sayı:
1
07.03.2021
Fərdi İnkişaf
Günümüzün qlobal problemlərindən biri: - CV göndərirəm lakin heç bir vakansiyadan geri dönüş almıram. Niyə? Bunun əsas səbəblərindən biri CV-nin düzgün hazırlanmaması və əsas məqamlara diqqət yetirilməməsidir. Bu məqalədə sizlər üçün CV-də hansı məsələlərə diqqət yetirməli olduğunuzu addım-addım qeyd etmişik.
07.03.2021
Fərdi İnkişaf