employment.az employment.az

Dərc olunma tarixi

15.11.2021 Biznes Dünyası

Baxış sayı

eye 1811

Oxunma müddəti

clock 3 dəq

Wi-fi yoxsa Li-fi?

Bildiyimiz kimi, müasir dövrdə texnologiya daim yeniliklərlə dolu olur. İllərdir simsiz internet adı ilə istifadə etdiyimiz Wi-Fi dəyişir və 100 qat daha sürətli internet olan Li-Fi adlı sistemlə əvəz olunur.

Testlər nəticəsində əldə edilən səmərəliliyin göstəricisi gələcəkdə Wi-Fi-nin Li-Fi texnologiyası ilə əvəz ediləcəyini biruzə verir.

 

Bəs Li-Fi necə işləyir və üstünlükləri nədir?
Yeni internet bağlantısı texnologiyası kimi tanınan Li-Fi, radio dalğaları istifadə etmək əvəzinə görünən işıq spektrini istifadə edərək məlumatı ötürür. Bu metodla internetə giriş radio dalğalar ilə Wi-Fi əlaqələrindən 100 dəfə daha sürətli təmin edilir.

İlk test olaraq Estoniyada bir ofisdə Li-Fi testi aparıldı. Bu test üçün standart bir LED lampaya bənzər bir işıq mənbəyi, internet bağlantısı və foto detektoru lazım oldu.

Vellmenni meneceri Deepak Solanki tərəfindən edilən açıqlamada artıq sınaq mərhələsini başa vuran və inkişaf prosesinə qədəm qoyan Li-Fi-nin "üç il" içərisində tamamilə istifadə edilə biləcəyi bildirildi.
İlk dəfə Avropada və Yaxın Şərqdə istifadə edildiyi deyilən bu texnologiya normal internet sürətindən qat-qat çox çıxış təmin etdiyi üçün insanların bu texnologiyaya tələbinin çox yüksək olacağı gözlənilir.
Li-Fi-nin ən böyük üstünlüyü Wi-Fi texnologiyası kimi digər siqnallardan təsirlənmədən məlumatı ötürməsidir. Bu səbəbdən təyyarələr kimi siqnalların qarışacağı ehtimalı olan yerlərdə Li-Fi texnologiyası istifadə edilə bilər.

İllərdir məlumatların LED lampalar vasitəsilə ötürülə biləcəyi fikri var və indi Li-Fi sisteminin işləyən bir modeli yaradıldı. Ən son TED çıxışında Haas, mağazadan alınan LED lampa vasitəsilə günəş batareyasından noutbukda videonu yükləyə bilən Li-Fi prototiplərindən birini nümayiş etdirdi.

Li-Fi ilə Wi-Fi-nin məqsədi eynidir. Hər ikisi məlumatları ötürür yalnız kiçik bir fərq:

Burada radio siqnallarını istifadə etmək əvəzinə məlumatları simsiz ötürmək üçün LED işıqlardan istifadə edilir.

Ənənəvi Wi-Fi cihazlara məlumat ötürmək üçün radio siqnallarından istifadə edir.

heart save
Yazar
  • İstifadəçi adı:

    kaizen
  • Ad Soyad:

    Kaizen.az
  • Məqalə sayı:

    111

Əlaqəli məqalələr

paper-1-img
Wi-fi yoxsa Li-fi?

15.11.2021

Biznes Dünyası

İllərdir simsiz internet adı ilə istifadə etdiyimiz Wi-Fi dəyişir və 100 qat daha sürətli internet olan Li-Fi adlı sistemlə əvəz olunur.

paper-1-img
Gələcəkdən Xəbər Var!

11.01.2021

Biznes Dünyası

1997-ci ildə qurulan qlobal bir kiber təhlükəsizlik şirkəti olan Kaspersky, bəşəriyyətin gələcəyə dair ən vacib suallarını daha yaxşı cavablandırmağa çalışmaq üçün "Təhlükəsiz Sabah" (Safer Tomorrow) platformasını işə saldı.

paper-1-img
Spotify Azərbaycana Gəlir

11.03.2021

Biznes Dünyası

Spotify, bir neçə gün ərzində Asiya, Afrika, Karib adaları, Latın Amerikası və Avropa daxilində 80-dən çox yeni bazarda fəaliyyət göstərəcəyini bildirdi.