employment.az employment.az

Dərc olunma tarixi

11.03.2021 Biznes Dünyası

Baxış sayı

eye 2259

Oxunma müddəti

clock 5 dəq

Spotify Azərbaycana Gəlir

Spotify - bir neçə milyon dollar musiqi kolleksiyası sərbəst girişi təmin edən İsveç streaming musiqi platformasıdır. 

Dünya miqyaslı Spotify-ı Daniel Ek və Martin Lawrence 2006-cı ildə təsis edilib. 

 

Mövcud ən böyük və ən məşhur musiqi streaming xidməti olan Spotify-ın bazasında 35 milyondan artıq musiqi var və müştərilərə dinləmək üçün fərdiləşdirilmiş tövsiyələr və cross-platform təklif edir.

 

Keçən ilin sonuna qədər 345 milyon dinləyiciyə və 155 milyon abunəçiyə çatan, seçdiyiniz mahnılara kəsinti verilmədən, albom adı, mahnı tərzi, sənətçi kimi axtarış meyarları ilə istədiyiniz mahnını tapıb qulaq asa biləcəyiniz Spotify, bir neçə gün ərzində Asiya, Afrika, Karib adaları, Latın Amerikası və Avropa daxilində 80-dən çox yeni bazarda əhəmiyyətli dərəcədə yayılacağını bildirdi. Həmçinin Spotify Rumıniya, Hind dili və Suahili də daxil olmaqla 36 yeni dil də təqdim edəcək. Ümumilikdə isə Spotify 60-dan çox dili dəstəkləyir. Bütün yeni bazarlar məqalənin sonunda qeyd edilmişdir. 

 

Hal-hazırda Spotify dünyanın təxminən yarısında mövcuddur, "lakin hələ Spotify-a girişi olmayan milyonlarla yaradıcı və milyardlarla dinləyici var" deyən CEO Daniel Ek, qısa müddət ərzində daha çox yeni funksiyaların yaradılacağını bildirdi.

Yeni əlavə edilmiş funksiyalarla Spotify istifadəçiləri pulsuz və ödənişli Premium planları üçün qeydiyyatdan keçə biləcəklər; seçilmiş bazarlarda Spotify həmçinin Fərdi, Ailə, Duo və Tələbə Planı seçimlərini təqdim edəcəkdir. Şirkət, Spotify-ı önümüzdəki aylarda televizorlar, dinamiklər, geyilə bilən əşyalar və avtomobillər daxil olmaqla daha çox platformada təqdim etmək üçün artıq tərəfdaşlarla işləyəcəyini də bildirdi. Bazar ertəsi günü Spotify, yeni yerli bazarlara genişlənməsinin, xidmətin mümkün qədər çox yerdə mümkün qədər tez təqdim edilməsi üçün çalışacağının söylədi. 

 

Spotify-ın yeni bazarları ilə sizləri tanış edək: Angola, Antigua və Barbuda, Ermənistan, Azərbaycan, Bahamalar, Banqladeş, Barbados, Beliz, Benin, Butan, Botsvana, Bruney Darussalam, Burkina Faso, Burundi, Cabo Verde, Kamboca, Kamerun, Çad, Komorlar, Cote d 'İvoire, Curaçao, Cibuti, Dominika, Ekvatorial Qvineya, Eswatini, Fici, Qabon, Qambiya, Gürcüstan, Qana, Grenada, Gine, Gine-Bissau, Guyana, Haiti, Jamaica, Kenya, Kiribati, Kyrgyzstan, Laos Xalq Demokratik Respublikası, Lesoto , Liberiya, Makao, Madaqaskar, Malavi, Maldiv adaları, Mali, Marşal adaları, Mavritaniya, Mauritius, Mikronezya, Monqolustan, Mozambik, Namibiya, Nauru, Nepal, Niger, Nigeriya, Pakistan, Palau, Papua Yeni Gine, Ruanda, Samoa, San Marino , Sao Tome və Prinsip, Seneqal, Seyşel Adaları, Sierra Leone, Solomon Adaları, Şri Lanka, Sent Kitts və Nevis, Müqəddəs Lusiya, Sent Vinsent və Grenadinlər, Surinam, Tanzaniya, Timor-Leste, Toqo, Tonqa, Trinidad və Tobaqo, Tuvalu, Uqanda, Özbəkistan, Vanuatu, Zambiya və Zimbabve.

 

heart save
Yazar
  • İstifadəçi adı:

    kaizen
  • Ad Soyad:

    Kaizen.az
  • Məqalə sayı:

    146

Əlaqəli məqalələr

paper-1-img
Wi-fi yoxsa Li-fi?

15.11.2021

Biznes Dünyası

İllərdir simsiz internet adı ilə istifadə etdiyimiz Wi-Fi dəyişir və 100 qat daha sürətli internet olan Li-Fi adlı sistemlə əvəz olunur.

paper-1-img
Gələcəkdən Xəbər Var!

11.01.2021

Biznes Dünyası

1997-ci ildə qurulan qlobal bir kiber təhlükəsizlik şirkəti olan Kaspersky, bəşəriyyətin gələcəyə dair ən vacib suallarını daha yaxşı cavablandırmağa çalışmaq üçün "Təhlükəsiz Sabah" (Safer Tomorrow) platformasını işə saldı.

paper-1-img
Spotify Azərbaycana Gəlir

11.03.2021

Biznes Dünyası

Spotify, bir neçə gün ərzində Asiya, Afrika, Karib adaları, Latın Amerikası və Avropa daxilində 80-dən çox yeni bazarda fəaliyyət göstərəcəyini bildirdi.