employment.az employment.az

Dərc olunma tarixi

11.01.2021 Biznes Dünyası

Baxış sayı

eye 1367

Oxunma müddəti

clock 2 dəq

Gələcəkdən Xəbər Var!

1997-ci ildə qurulan qlobal bir kiber təhlükəsizlik şirkəti olan Kaspersky, bəşəriyyətin gələcəyə dair ən vacib suallarını daha yaxşı cavablandırmağa çalışmaq üçün "Təhlükəsiz Sabah" (Safer Tomorrow) platformasını işə saldı.

 

"Təhlükəsiz Sabah" ilə dünyanın istənilən yerindən hər kəs "sabah" haqqında ən vacib - "uçan avtomobillər nə vaxt adi nəqliyyat vasitəsinə çevriləcək?", "2050-ci ilə qədər 3D çap nəyə qadir olacaq?" kimi suallara cavab ala bilər. Müvəqqəti olaraq billboard sınaq məqsədli Yeni Zelandiyanın Wairarapa sahilindəki Castlepoint Stansiyasında yerləşdirilmişdir. Quruluş söküldükdən sonra təkrar emal ediləcək davamlı materiallardan istifadə edilərək ətraf mühit nəzərə alınmaqla dizayn edilmişdir. Reklam lövhəsi LED ekranında 7/24 qısa seçilmiş proqnozları göstərir.

 

Bundan əlavə, reklam lövhəsini www.safertomorrow.online vasitəsilə canlı izləyə bilərlər. Platforma qlobal reklam agentliyi BBDO-nun bir filialı tərəfindən hazırlanmış ən son maşın öyrənmə arxitekturası və üsullarından istifadə edərək bir proqnozlaşdırıcı sinir şəbəkəsi ilə təchiz edilmişdir. Alqoritm, yüz minlərlə əlaqəli mənbələrdən toplanan məlumatlar əsasında istəkləri təhlil etmək və proqnoz vermək üçün quraşdırılmışdır. Bu istinadlara elmi fantastik kitablar və jurnallar, həmçinin seçilmiş media və bloglar daxildir. Seçilmiş gündəlik proqnozlar Yeni Zelandiyanın şərq sahilində yerləşən canlı yayımlanan bir lövhədə göstərilir - yeni günü görən və gələcəyi qarşılayan ilk yerlərdən biri kimi.

 

Bəs şirkətin bu sistemi qurmaqda əsas məqsədi nədir?
Kaspersky, daha qorunan və daha etibarlı bir dünya qurmağa nail olmaq, gələcəkdə nə gözləyə biləcəyimizə dair bir mənzərə yaratmaq və onu necə təmin edə biləcəyimizi anlamaq üçün texnoloji tendensiyaları və proqnozları diqqətlə izləyir. Kiber təhlükəsizlik şirkəti, bəşəriyyət üçün hələ görülməmiş bir potensialın texnologiya ilə açılacağı parlaq bir gələcəyə inanır, insanların gələcəyin necə ola biləcəyi barədə məlumatlılığını artırmaq və qarşıdakı fürsətlər barədə daha dəqiq hiss etmək üçün 'Təhlükəsiz Sabah" platformasını yaratdığını bildirir.

heart save
Yazar
  • İstifadəçi adı:

    kaizen
  • Ad Soyad:

    Kaizen.az
  • Məqalə sayı:

    111

Əlaqəli məqalələr

paper-1-img
Wi-fi yoxsa Li-fi?

15.11.2021

Biznes Dünyası

İllərdir simsiz internet adı ilə istifadə etdiyimiz Wi-Fi dəyişir və 100 qat daha sürətli internet olan Li-Fi adlı sistemlə əvəz olunur.

paper-1-img
Gələcəkdən Xəbər Var!

11.01.2021

Biznes Dünyası

1997-ci ildə qurulan qlobal bir kiber təhlükəsizlik şirkəti olan Kaspersky, bəşəriyyətin gələcəyə dair ən vacib suallarını daha yaxşı cavablandırmağa çalışmaq üçün "Təhlükəsiz Sabah" (Safer Tomorrow) platformasını işə saldı.

paper-1-img
Spotify Azərbaycana Gəlir

11.03.2021

Biznes Dünyası

Spotify, bir neçə gün ərzində Asiya, Afrika, Karib adaları, Latın Amerikası və Avropa daxilində 80-dən çox yeni bazarda fəaliyyət göstərəcəyini bildirdi.