-
İstifadəçi adı:
kaizen -
Ad Soyad:
Kaizen.az -
Məqalə sayı:
146
Dərc olunma tarixi
18.05.2021 Biznes DünyasıBaxış sayı
2807Oxunma müddəti
3 dəqSuyun dadını olduqca sıradan hesab edən Kara Goldin, gün ərzində həddindən artıq miqdarda pəhriz şirələrindən istifadə edirdi (gündə 10-12 ədəd). Eyni zamanda çox kilo alan Kara, 12 il əvvəl ailəsi ilə birlikdə sağlam qidalanmağa qərar verdi. Əlbətdə ki, bunun üçün içdiyi diyet kolasından imtina etməli idi. Suyun dadını adi hesab edən Kara, bir çox alternativ düşündü, çox şirin olduğundan meyvə suyunu da içmək istəmədi. Bunun əvəzinə vitamin şirələrinə diqqət etdikdə isə, içərisində çox sayda kimyəvi maddə olduğunu gördü. Beləliklə, ailəsi ilə birlikdə sadə su içməyə qərar verdilər, lakin su onlar üçün çox xoşagəlməz bir dad idi. Buna görə Kara bir gün səhər suyuna bir neçə moruq əlavə etdi və evə gələndə bütün suyun ailəsi tərəfindən bəyənildiyini və içildiyini gördü. Və Karanın ağlına yeni bir ideya gəlmişdi!
Sağlam qidalanma mövzusunda diqqətli olmağa başlayan Kara, bazarda bu sahədə bir boşluq olduğunu gördü və kalori və dadlandırıcısız meyvə ətirli şirələr istehsal etməyə qərar verdi.
Kara, istehsal etdiyi suyu qablaşdırdı və 10 qutu suyu iri supermarket şəbəkəsi olan Whole Foods-a satış üçün göndərdi. Bir neçə gün sonra Whole Foods bütün şüşələrin satıldığını söyləyərək Kara Goldin-ə zəng etdi.
Karanın “Hint Water” adlandırdığı bu məhsul zamanla dünya ölkələrinə yayılmağa başladı. Kara, Obamaya müraciət etdi və məhsulu ilə bağlı bir kampaniyada birlikdə çalışdılar. İnsanlara suyun tərkibində dadlandırıcı olan bir içki olduğunu izah etdilər.
Yalnız Whole Foods-da deyil, həm də pərakəndə nəhəngləri Target ve Walmart-ın rəflərində satılan və Google və Facebook kimi nəhəng şirkətlərin soyuducularında yer alan bu içki, bir il ərzində 70 milyon dollar qazanc əldə etdi. Kara Goldin deyir ki, şirkətlər sağlam qidalanmaq istəyən insanlara çox miqdarda konservantlardan və kimyəvi maddələrdən ibarət olan məhsulları "pəhriz", "az yağlı", "sağlam" məhsullar kimi qələmə verirlər. Bununla birlikdə, "Hint Water", insanlara, həqiqətən, sağlam, qatqısız olan suyu real aromatlarla ətirli edərək satır və bu səbəbdən məhsuluna çox üstünlük verildiyini düşünür.
“Bu gün heç kim çox mürəkkəb və çətin başa düşülən məhsullar istehsal etmək istəmir. İstehsal etmək nə qədər çətin olsa da, diqqətimiz məhsulu istehlakçı üçün əyləncəli və sadə etməkdir" deyir. Əlavə edir: “Mən bazarda neçə rəqibimin olduğuna fikir vermədim. Sonradan, bazarda 2000-dən çox fərqli içkilərin olduğunu gördüm. Bu ciddi rəqabət mühitidir”.
Kara, gənc təşəbbüskarlara, başqalarından fərqi olmayan bir məhsul istehsal etməyin yaxşı bir fikir olmadığını söyləyir.
Kara, marketinq və marka anlayışı mövzusunda da bir təklif verir: "Keçmişdə marketinq və marka istehlakçıya qarşı idi, "sizə nə edəcəyinizi söyləyəcəyik" deyilirdi. Bu gün istehlakçılar markalara özlərinin nə istədiklərini izah etmədən başa düşmələrini istəyirlər. İstehlakçıların dostlarına da söyləmədən qarşılaşdıqları problemləri səssizcə həll edə bilsəniz, onların etibarını qazana bilərsiniz".
Kara Goldin, öz ehtiyaclarından tapdığı fikri bir biznesə çevirdi ki, başqaları da istifadə etsin. Hər bir təşəbbüskar kimi eniş-yoxuş yaşasa da, “Hint Water” bu gün milyon dollar satış dəyərinə çatıb. Kara əlavə edir: "Bunu da unutmayın; həyatınıza təsir edən bir fikir, başqasının həyatında, hətta dünyada yaşayan bir insanın həyatında dəyişiklik edə bilər. Buna görə də düşünməyi, araşdırmağı dayandırmayın və heç vaxt təslim olmayın".
İstifadəçi adı:
kaizenAd Soyad:
Kaizen.azMəqalə sayı:
14615.11.2021
Biznes Dünyası
11.01.2021
Biznes Dünyası
11.03.2021
Biznes Dünyası