employment.az employment.az

Dərc olunma tarixi

31.05.2021 Biznes Dünyası

Baxış sayı

eye 1366

Oxunma müddəti

clock 2 dəq

Hiyləgər Marketoloq

Marketing strategiyalarının bir çoxu insanların şüuraltında olan arzu və istəklərinə xitab edir.  Bəzən ticarət üçün bu arzu və istəkləri bəzi marketoloqlar xoş olmayan şəkildə istifadə etmişdir. Düzdür, nəticə etibarilə məqsədinə çatan strategiya uğurlu hesab oluna bilər, amma bu uğurun hansı yolla qazanılması da önəm kəsb etməkdədir. 

 

Edward Louis Bernays, sosiologiya və psixologiya üzrə "ictimai münasibətlərin atası" ləqəbi ilə tanınan Amerikan müasir təbliğatın (propaganda) qurucusudur. Bununla yanaşı, məşhur psixoloq və psixoanalizin qurucusu sayılan Sigmund Freudun bacısı oğludur. Dayısının fikirlərindən təsirlənən Edward, bu düşüncələri ticarətdə istifadə edərək böyük gəlirlər qazanmışdır. O bu uğuru ilə təbliğat və insan düşüncəsinə təsirin necə böyük bir silah olduğunu göstərmişdir.

 

 

1928-ci ildə "American Tobacco Company"nin prezidenti George Washington Hill qadınlara da siqaret sataraq öz gəlirini böyütmək istəyirdi. Lakin bu dövrlərdə qadınlar demək olar ki, siqaretdən istifadə etmir, edənlər isə ictimaiyyət tərəfindən "pis qadın" olaraq adlandırılırdı. George Hill, feminist deyildi, amma o fürsətcil biri idi. Buna görə də, Edward Bernays ilə satışların artırılması üçün razılığa gəlir. Daima kişilər üzərində satışların həcmini hədəfləyən digər marketoloqlardan fərqli olaraq, Edward bazarda böyük və görünməyən bir alıcı kütləsinin olduğunun fərqində idi. Bu kütlə qadınlar idi.  Edward, qadınlarda siqaretə olan marağı oyatmaq üçün belə bir təbliğat aparır. Həmin dönəmlərdə siqaret kişiləri simvolizə edirdi. Amma zəkası sayəsində Edward bu vəziyyəti lehinə çevirir. 

 

 

 

Milad bayramı günlərində New Yorkda gənc, gözəl və şəhərdə xüsusi ehtiramla qarşılanan ailələrin qızları ilə razılaşır və bir növ aksiya keçirmələrinə səbəbiyyət verir. Bu aksiyaya qoşulan qadınlar əslində kişi və qadın hüquqlarının bərabərliyi üçün aksiyaya qoşulmuşdu. Onların niyyəti siqaret çəkmək deyildi, amma istəmədən bu ticarət strategiyasının fəalları olmuşdular. Aksiyaçılar "Torching the fire" (azadlıq üçün yandır) şüarları ilə hər yerdə siqaret çəkərək qadın haqlarını müdafiə etdiklərini zənn edirdilər. Nəticə etibarilə, qadınlar da artıq siqaret çəkməyə başladılar. Həmin il siqarət satışları bu plan sayəsində 27% artdı. İş elə bir yerə gəlmişdi ki, "bizə heç kəs qarışa bilməz, biz azadıq, bu yolda sən də bir siqaret yandır" düşüncələri ilə qadınların bir çoxu artıq siqaret aludəçisi olmuşdu. 

 

Subyektiv olaraq bu "algı operasyonu"nun etik olmadığını düşünsəm də, ticari baxımdan Edward istəyinə nail olmuşdu və bu yolda femizimi istifadə etmişdi. Maraq üçün qeyd edim ki, bu, Edward Beynaysın marketinq oyunlarından sadəcə biri idi. Lucky Strike siqaret şirkətinin qadınlara satışını artırmaq üçün başqa təbliğatlar aparmış, insan psixologiyasını yaxşı bildiyi üçün başqa şirkətlərin maşın satış həcmlərini də artırmışdır.

 

heart save
Yazar
  • İstifadəçi adı:

    cavanshir
  • Ad Soyad:

    Cavanşir Ənnağıyev
  • Məqalə sayı:

    5

Əlaqəli məqalələr

paper-1-img
Wi-fi yoxsa Li-fi?

15.11.2021

Biznes Dünyası

İllərdir simsiz internet adı ilə istifadə etdiyimiz Wi-Fi dəyişir və 100 qat daha sürətli internet olan Li-Fi adlı sistemlə əvəz olunur.

paper-1-img
Gələcəkdən Xəbər Var!

11.01.2021

Biznes Dünyası

1997-ci ildə qurulan qlobal bir kiber təhlükəsizlik şirkəti olan Kaspersky, bəşəriyyətin gələcəyə dair ən vacib suallarını daha yaxşı cavablandırmağa çalışmaq üçün "Təhlükəsiz Sabah" (Safer Tomorrow) platformasını işə saldı.

paper-1-img
Spotify Azərbaycana Gəlir

11.03.2021

Biznes Dünyası

Spotify, bir neçə gün ərzində Asiya, Afrika, Karib adaları, Latın Amerikası və Avropa daxilində 80-dən çox yeni bazarda fəaliyyət göstərəcəyini bildirdi.