employment.az employment.az

Dərc olunma tarixi

08.06.2021 Biznes Dünyası

Baxış sayı

eye 3325

Oxunma müddəti

clock 4 dəq

E-Ticarət Şirkəti Amazon Haqqında Bilməli Olduğunuz 15 Fakt

Amazon şirkəti, Jeff Bezos tərəfindən 1994-cü ildə “Cadabra” adı ilə quruldu və 1995-ci ildə adı dəyişilərək “Amazon.com” kimi biznes dünyasına qatıldı. Onlayn bir kitab mağazası olaraq başlayan Amazon, zaman keçdikcə dünyanın ən böyük elektron ticarət saytına çevrildi. Amazon.com qısa müddət ərzində həqiqətən adını aldığı Amazon çayı qədər böyüdü. Bu gün dünyanın ən dəyərli şirkətlərindən biri olan Amazon haqqında bilməli olduğunuz 15 vacib faktı sizlərlə bölüşmək istəyirəm.
 
1) Amazon.com 1995-ci ildə ilk kitab satışına başladı. Amazonun satdığı ilk kitab Doug Hofstadte-nin “Fluid Concepts and Creative Analogies” adlı kitabı idi. Kompüter modelləşdirmə yolu ilə süni zəka mexanizmlərindən bəhs edən kitab 3 aprel 1995-ci ildə satıldı.
 
2) Amazon işçiləri Seattle-da işləyən əhalinin 7,5%-ni təşkil edir. Amazon dünya miqyasında 300.000 işçiyə sahibdir və Amazonun qurulduğu Seattle şəhərində yalnız 40.000 nəfər yaşayır.
 
3) Amazon.com-un hər bir əməkdaşı müştəri xidmətində işləyir. Hər iki ildən bir hər bir işçinin müştəri xidmətində çalışması tələb olunur. Bu prosesə CEO da daxildir. Məqsəd bütün işçilərin müştəri xidməti prosesini anlamalarına kömək etməkdir.
 
4) Onlayn satışların 43%-i Amazon vasitəsilə həyata keçirilir. Amazon əvvəllər yalnız kitabların onlayn satıla biləcəyi bir yer idi, sonradan isə təsəvvür edəcəyiniz hər şeyin alına biləcəyi bir yer oldu. Slice Intelligence-in fevral ayında yayımladığı bir hesabata görə, 2019-cu ildə ABŞ-da onlayn satışların yüzdə 43-ü Amazon vasitəsi ilə həyata keçirildi.
 
5) ABŞ-də hər 4 yetkindən 1-i Amazon Prime-dan alış-veriş edir. Təxminən 63 milyon insan, yəni Amerika Birləşmiş Ştatlarının yetkin əhalisinin yüzdə 25-i Amazon Prime-a sahibdir. Bir evdə birdən çox insanın hesab istifadə etdiyini nəzərə alsaq, Amazon Prime-ın satış rəqəmləri inanılmazdır.
 
6) Bir gündə təxminən 1,6 milyon sifariş qəbul edir. 2019-cu ildəki məlumatlarda bir hesabata görə, Amazon gündə 1,6 milyon paket yola salır.
 
7) 2013-cü ilin avqust ayında şirkət 40 dəqiqə ərzində 4.8 milyon dollar itirdi. Amazon, avqust ayında texniki bir səbəbə görə 4.8 milyon dollar itirmiş və bu da dəqiqədə orta hesabla 120.000 dollar demək idi.
 
8) Amazon şirkəti saniyədə 306 satış edir. Bu yazını oxuduqda Amazonun nə qədər satış həyata keçirdiyini təsəvvür edirsiniz?
 
9) Göndərilən paketlərin hamısı ümumi hesabla Qərbi Virciniyanın ölçüsünə çatır. Amazonun bir gündə göndərdiyi paketlərin əhatə etdiyi ümumi sahə təxminən 68 min kvadrat kilometrdir, bu da təxminən bütün Qərbi Virciniyanı əhatə edəcək qədər böyükdür. 
 
10) Amazon anbarlarında 45.000 robot istifadə olunur. Amazon, sifarişlərin anbarlardan vaxtında yola düşməsini təmin etmək üçün bir çox fərqli robotlardan istifadə edir. Robotların sayı 2016-cı ilə qədər 30 min idisə, hazırda 45 minə çatır.
 
11) Amazon bazardakı digər nəhəng brendlərdən daha çox dəyərə sahibdir. Belə ki, infrastruktur və təchizat zəncirinin idarə edilməsinə yönəldilən bütün investisiyalar öz nəticəsini verdi və Amazonu ABŞ-dəkı digər satıcılardan daha qiymətli etdi. Amazonun 356 milyard dollarlıq dəyəri Walmart, Target, BestBuy, Macy's, Kohl's, JCPenney və Sears-dan daha çoxdur.
 
12) Yuxarıdakı təsvirdən də göründüyü kimi loqoda Amazonun gələcək illərdə də dəyişə bilməyəcəyinə dair güclü bir mesaj var. A-dan Z-yə gedən ox şirkətin şüarlarından biri olan "A-dan Z-yə qədər hər şeyi bizdə tapa bilərsiniz" mesajını verir. Bundan əlavə, oxun qrafik quruluşu, araşdırmalara görə, emojilər kimi insanları da təbəssümləndirir. 
 
13) Amazonun ən yaxşı işçilərinin bir çoxu sonradan öz şirkətlərini qurmağa başladılar və bu şirkətlər də müvəffəqiyyətli oldular. Bunlara Hulu qurucusu Jason Kilar, jet.com qurucusu Marc Lore və Quora qurucusu Charlie Cheever daxildir.
 
14) Amazon işini son dəqiqəyə saxlayan hər kəs üçün bir nemətdir. Müştərilərə eyni gün göndərmə və çatdırılma imkanı təklif edir. 2016-cı ildə bir məhsulu Milad ərəfəsində Kaliforniyadakı bir müştəriyə çatdırmaq üçün cəmi 13 dəqiqə vaxt sərf edərək bir rekord qırdı. Buna son dəqiqə alış-verişi deyilir.
 
15) Bir neçə il əvvəl Amazonun veb saytında istifadəçilərin kartlarına müəyyən məbləğin yüklənməsinə imkan verən ciddi bir proqramlaşdırma səhvi baş vermişdi. Sadəcə sifariş məbləğinin mənfi dəyərini daxil etdikdən sonra, bu dəyər avtomatik olaraq istifadəçinin kartına köçürülmüşdür. Bu problem aşkar edildikdən dərhal sonra düzəldildi.
heart save
Yazar
  • İstifadəçi adı:

    kaizen
  • Ad Soyad:

    Kaizen.az
  • Məqalə sayı:

    113

Əlaqəli məqalələr

paper-1-img
Wi-fi yoxsa Li-fi?

15.11.2021

Biznes Dünyası

İllərdir simsiz internet adı ilə istifadə etdiyimiz Wi-Fi dəyişir və 100 qat daha sürətli internet olan Li-Fi adlı sistemlə əvəz olunur.

paper-1-img
Gələcəkdən Xəbər Var!

11.01.2021

Biznes Dünyası

1997-ci ildə qurulan qlobal bir kiber təhlükəsizlik şirkəti olan Kaspersky, bəşəriyyətin gələcəyə dair ən vacib suallarını daha yaxşı cavablandırmağa çalışmaq üçün "Təhlükəsiz Sabah" (Safer Tomorrow) platformasını işə saldı.

paper-1-img
Spotify Azərbaycana Gəlir

11.03.2021

Biznes Dünyası

Spotify, bir neçə gün ərzində Asiya, Afrika, Karib adaları, Latın Amerikası və Avropa daxilində 80-dən çox yeni bazarda fəaliyyət göstərəcəyini bildirdi.