-
İstifadəçi adı:
cavanshir -
Ad Soyad:
Cavanşir Ənnağıyev -
Məqalə sayı:
5
Dərc olunma tarixi
09.06.2021 Biznes DünyasıBaxış sayı
Oxunma müddəti
Günümüzdə milyonlarca həvəskarı, özünə məxsus muzeyi, restoranı belə olan Amerikan motosikl şirkəti Harley-Davidson 1903-cü ildə iki dost tərəfindən qurulmuşdu. Lakin ilk illər gözləntilərin altında güc və performansa sahib olan motosikl uğursuz bir addım olaraq yadda qaldı. Çünki istehsal olunan məhsul gücsüz bir motora sahib velosiped idi. Buna baxmayaraq, məqsədləri doğrultusunda iradəli bir şəkildə irəliləyən William Harley və Arthur Davidson 1905-ci ildə şirkətə ilk işçilərini götürdülər və ilk dəfə bir motosikl yarışında birinciliyi əldə edərək möhtəşəm bir uğura imza atdılar.
İllər içərisində müxtəlif marketinq strategiyalarından istifadə edərək özünə sadiq bir "cəmiyyət", "icma" yaradan şirkətin qiymətləri müxtəlif zamanlarda bir çox tənqidçi tərəfindən məhsulların şişirdilmiş dərəcədə baha olması müzakirələrinə məruz qalmasına səbəbiyyət vermişdir. Buna baxmayaraq, şirkət öz yolundan dönməmişdir. Şirkətin ən maraqlı marketinq strategiyalarından biri isə şübhəsiz, döymələrlə bağlı qərarı idi. Şirkətin qərarına əsasən, Harley-Davidson logosunu döymə etdirənlərə xüsusi və böyük endirim tətbiq ediləcəkdi. Şirkət sözündə durur, edilən döymələrə görə böyük həcmli endirimlər tətbiq edir. Bu sayədə şirkət həm məhsulunu satır, həm də döymələr sayəsində reklamını etmiş olur. Bu reklamı digərlərindən daha qiymətli idi, çünki insanlar dəyər verdikləri varlıqların adını və ya rəsmini döymə etdirdiyi üçün, digər insanlarda da şirkətin məhsullarına qarşı maraq yaranırdı.
Təbii ki, illər içərisində tətbiq edilən strategiyalar öz bəhrəsini vermişdir. Və beləliklə, şirkətin məhsulunu alan insanlar irqindən, sosial statusundan asılı olmayaraq yeni bir ailə qazanmış kimi hiss edirlər...
İstifadəçi adı:
cavanshirAd Soyad:
Cavanşir ƏnnağıyevMəqalə sayı:
515.11.2021
Biznes Dünyası
11.01.2021
Biznes Dünyası
11.03.2021
Biznes Dünyası