employment.az employment.az

Dərc olunma tarixi

08.09.2021 Biznes Dünyası

Baxış sayı

eye 1757

Oxunma müddəti

clock 5 dəq

Visa yoxsa MasterCard?

Bankdan aldığımız kartlar vasitəsi ilə bir sıra xidmətlərdən yararlanırıq. Hətta hazırda ödəniş kartları istifadəsi pandemiya dövründə geniş vüsət alıb. Kartın sağ küncünə fikir versəniz, orada Visa yaxud MasterCard yazıldığını görə bilərsiniz. "Bəs bu yazılar nəyi bildirir?", "Visa və MasterCard kimi kartların fəaliyyəti nə ilə əlaqəlidir?", "Bu kartları bir-birindən fərqləndirən özəllikləri nədir?" kimi sualların cavablarını tapmaq istəyirsinizsinizsə, bu məqalə tam sizə görədir.

 

Visa və MasterCard nədir?

 

İlk öncə qeyd etmək lazımdır ki, elekrton ödəmə şəbəkəsi 4 iri şirkət tərəfindən idarə olunur: Visa, MasterCard, American Express və Discover. Bunlardan 2-si yəni American Express və Discover birbaşa müştərilərlə işlədiyi halda Visa və MasterCard bank və digər şirkətlərlə işləyir.

 

 

 

 

 

Visa kart 2004-cü ildə İngiltərədə yaranmışdır (qurulması əslində XIX əsrin ortalarına dayanır). Visa kartları 4 rəqəmi ilə başlayan 16 rəqəmli kart hesab nömrələridir. MasterCard isə 1966-cı ildə Amerikada qurulmuşdur. Bütün MarsterCard-lar 5 rəqəmi ilə başlayır. Bu 50 ildən yuxarı müddətdə MasterCard banklar, hökumət sektoru, otellər və başqa qurumlarla əməkdaşlıq etməklə fəaliyyətini genişləndirmişdir.

 

Visa və MasterCard arasındakı fərq nədir?

 

Əslində müştəri baxımdan bu kartlar arasında böyük bir fərq yoxdur. Hər ikisi birbaşa müştəri ilə işləmədiyindən faizlər və digər məsələləri banklar tənzimləyir. Həmçinin Visa və MasterCard müştərilərə müxtəlif kampaniyalar təklif etməklə fərqlənir.

 

 

MasterCard vasitəsilə məhsul satın alsanız və bu məhsulun qiyməti satın alındıqdan sonra 60 gün ərzində düşərsə, şəbəkə hər bir iddia üçün müəyyən bir məbləğə qədər olan fərqi sizə geri qaytaracaq.

 

 

Əlavə olaraq ödənişdəki fərqlərdən biri də; MasterCard ilə  heç bir ödəniş etmədən alış-veriş etmək mümkün olsa da, Visa kartda əvvəlcədən ödəmə tələb olunur.

 

 

Visa kart yaxşıdır yoxsa MasterCard?

 

 

 

Bu suala cavab insandan-insana, yəni onun tələblərinə uyğun dəyişir. Məsələn, alış-verişlərdə kəşbeklər qazanmaq istəyirsinizsə, yaxud sərfəli kredit almaq istəyirsinizsə müvafiq olaraq bu barədə təklif olunan şərtlərlə bağlı araşdırma aparmaq və bu şərtlərə uyğun kartlara müraciət etmək lazımdır.

 

Kartların xarici ölkələrdə keçərliliyinə gəldikdə isə hər iki şirkətdən olan  kart 210-dan çox xarici ölkədə qəbul edilir.

 

 

 

 

 

Mənbələr:

Visa vs. Mastercard: What’s the Difference?, Adam Hayes, 2021

What is the difference between Visa and MasterCard?, Alicia Babaee, 2020

Visa Kart ve Master Kart Farkı Nedir?, 2020

Visa vs. Mastercard: Is One Better Than The Other?, Joe Resendiz, 2021

 

 

heart save
Yazar
  • İstifadəçi adı:

    susankazimli
  • Ad Soyad:

    Susan Kazimli
  • Məqalə sayı:

    1

Əlaqəli məqalələr

paper-1-img
Wi-fi yoxsa Li-fi?

15.11.2021

Biznes Dünyası

İllərdir simsiz internet adı ilə istifadə etdiyimiz Wi-Fi dəyişir və 100 qat daha sürətli internet olan Li-Fi adlı sistemlə əvəz olunur.

paper-1-img
Gələcəkdən Xəbər Var!

11.01.2021

Biznes Dünyası

1997-ci ildə qurulan qlobal bir kiber təhlükəsizlik şirkəti olan Kaspersky, bəşəriyyətin gələcəyə dair ən vacib suallarını daha yaxşı cavablandırmağa çalışmaq üçün "Təhlükəsiz Sabah" (Safer Tomorrow) platformasını işə saldı.

paper-1-img
Spotify Azərbaycana Gəlir

11.03.2021

Biznes Dünyası

Spotify, bir neçə gün ərzində Asiya, Afrika, Karib adaları, Latın Amerikası və Avropa daxilində 80-dən çox yeni bazarda fəaliyyət göstərəcəyini bildirdi.