employment.az employment.az

Dərc olunma tarixi

12.11.2021 Biznes Dünyası

Baxış sayı

eye 1368

Oxunma müddəti

clock 11 dəq

Bürclərə Görə Rəhbər Şəxslər

Astrologiyaya nə qədər inanırsınız bilmirəm, amma insanları müəyyən xüsusiyyətlərə görə təsnif etdiyimiz bir həqiqətdir. Bunu edərkən şəxsiyyət xüsusiyyətlərinə təsir edən planet və kainat enerjilərinə yer vermədən keçə bilmərik. Bir çoxumuz qadın və ya kişi olmasından asılı olmayaraq gündəlik qoroskopları izləyirik. Bəzən olur, bəzən olmur, amma ümumiyyətlə, xüsusiyyətlərimizə görə qarşılaşdığımız mühüm hadisələrə münasibətimiz eyni bürcdə olduğumuz digər insanların münasibəti ilə üst-üstə düşür.

 

Bəs bürclərə görə menecerlərin xasiyyətləri nələrdir?

Maaş artımını istəyərkən, yüksəliş gözləyərkən və digər məsələlərdə menecerimizin bizimlə bağlı fikirləri və tələblərimizə verə biləcəyi cavablar bizi maraqlandırır. Məhz bu məqamda bəlkə sizə bir ipucu verər deyə, bürclərə görə tərtib etdiyim rəhbərlərin əsas xüsusiyyətlərini açıqlamaq istədim.

 

Qoç: Qoç bürcü insanlarının ən fərqləndirici xüsusiyyəti ani əsəb keçirmə potensialıdır. Qoç bürcü rəhbərlərinin həmişə köməkçi şəxs üçün axtarışları var. Həmçinin mükafat verdiyi işçidən mütləq absurd gözləntiləri var. Verdiyi işlərin qarşılığını ala bilmək üçün bəzən işinizdən kənar nələrsə etməyinizi də gözləyirlər. Nə qədər ki, yaxşı fikirləriniz var, onları ağlabatan əsaslarla əsaslandıra bilsəniz, əmin olun ki, qoç bürcü meneceri sizi ruhdan salmayacaq.

 

Buğa: Buğa menecerlərinin sevimli cavabı “mümkün deyil”dir. Əvvəlcə rədd cavabına yönələrsələr də, artıma, bolluğa yönəlmiş “mənfəət”, “gəlir”  kimi sözlərlə bəzəyə biləcəyiniz izahatlarınızla menecerinizin cavabını asanlıqla “mümkündür”ə çevirə bilərsiniz.

 

Əkizlər: Əkizlər bürcü meneceri çox çalışırmış kimi görünməyi sevmir. Müvəffəqiyyətin özünəməxsus bir xüsusiyyət olduğunu və çox səy göstərmədən, sadəcə ağlını və zəkasını işə salmaqla məqsədlərinə çata biləcəyini iddia etməyi xoşlayır. Etdiyiniz işlərin sayı və ya çəkdiyiniz əziyyətlər onu ağlınızı istifadə edərək qısa yoldan planlar təklif etdiyiniz qədər təsirləndirməyəcək. Beləliklə, meneceriniz əkizlər bürcüdürsə, boş vaxtlarınızda şirkəti qazanclı etmək üçün planlar qurmaqla tanış olsanız, yaxşı olar.

 

Xərçəng: Xərçəng əslində genetik olaraq idarəedici bir ruha malikdir. Lakin o, xoş niyyətə, daxili tənhalığə və tamahdan uzaq insani münasibətlərə həmişə üstünlük verir. O, hər zaman səmimi və dürüst işçilərindən bir-ikisini özünə sirdaş təyin edə bilir. Bu bir tərəfdən müsbət hadisə, digər tərəfdən də sizə təzyiq edə biləcək bir hadisədir. O, bütün işçilərinin işlərindən az da olsa xəbərdardır və buna görə də mükəmməlliyyətçidir. İşdə vaxtını boşuna israf edən işçilərinə qarşı qəddarca davrana bilər. Məsləhətim budur ki, özünüzü xərçəng bürcü rəhbərlərinin şərindən qoruyun.

 

Şir: Bu bürcdəki rəhbərlər dağınıq görünsələr də, mütləq öz nizam və intizamları var. Onlar təmizlik üçün işçilərini otağına və ya ərazisinə belə gətirmək istəmir. Bəzən onların nizam-intizamlarının ölçüləri obsesivliklə də sərhədlənə bilir. Həmçinin sizdən də eyni intizamı gözləyirlər. Məsələn, sizdən 2 il əvvələ aid bir fayl istədikdə, saniyəölçəni başladır və o faylı tapmaq üçün keçən vaxtdan faylı tapa bilmə və izləmə qabiliyyətinizi yoxlayır. O, ədalətli rəhbərdir, lakin onun sərt qaydaları var və bu mövzularda heç vaxt güzəştə getmir.

 

Qız: Qız bürcü rəhbərlərinin olmazsa olmazı zəkadır. O sizdən potensialınızı gücləndirməyinizi və mus demədən mustafanı başa düşməyinizi gözləyir. O sizə hər şeyi necə edəcəyinizi söyləyəcək və bu yolda nə qədər ağlınızdan istifadə edərək özünüzü sübut etməyinizi müşahidə edəcək. Paylaşmağı sevməyən, özlərindən razı davranışlarına aldanmayın. Şən və zarafatcıl bir xarakterə malikdirlər. Bunu ən rahat şirkət yeməklərində və ya açıq hava tədbirlərində görə bilərsiniz. Sadəcə diqqətli olun, şirkətdə olan şirkətdə, kənarda olan kənarda qalmalıdır. Bu ikisini çalışın, qarışdırmayın. 

 

Tərəzi: Vizuallıq və keyfiyyətə bu qədər önəm verən başqa menecer tapa bilməzsiniz. İşçilərinin təqdimatına, ofisin çiçəklərinə, müasir və texnologiyaya uyğun olan hər şeyə önəm verir. Ani qərarları sevmir. Fikirləri həzm etmək üçün zamana ehtiyacı var. Şirkət strategiyasına əhəmiyyət verir. O işçilərindən hörmət, əmək, plan tələb edir. Siz çalışqan olun, başqa heç nə lazım deyil.

 

Əqrəb: Əqrəb bürcü menecerləri işçilərinin təqsiri üzündən itkilərə görə aylarla özünü günahlandıra bilər. Ani əsəbləşmələri yoxdur, o an sizə elə gələ bilər ki, onu əsəbləşdirmədiniz. Amma bu o demək deyil ki, o bir neçə ay sonra şöbənin iclasında sizi dostlarınızın arasında, biabır etməyəcək. Şifahi ünsiyyətdənsə, əgər səhv etmisinizsə, uzun müddət səhv etmə şansınızın olmayacağını bilərək işinizi üstün performansla tamamlamağa üstünlük verin.

 

Oxatan: Səyahət etməyi sevən bir meneceriniz var. Çalışdığınız sektora uyğun olaraq bəzi tədbirləri açıq havada təşkil etmək üçün ağlabatan büdcə proqramı hazırlasanız, məmnuniyyətlə sizi müşayiət edəcək. Ona xoş söz deyəndə “Səni kənara yazdım” baxışı ilə sizə xal verəcəyinə əmin ola bilərsiniz. Bəlkə də xoş sözləri qəbul edən yeganə bürc meneceri oxatan bürcüdür. Amma diqqətli olun, o yaltaqlığı sevmir.

 

Oğlaq: Ümumiyyətlə, oğlaq rəhbəri mülayim bir xarakterə sahibdir. O, heç bir işçisinə qışqırmaq və onları cəzalandırmağı sevmir. Lakin işdə olarkən işdən başqa şeylərə vaxt sərf etməyi də xoşlamırlar. İş saatları, işçinin hüquqları ilə bağlı məsələlərdə ədalətlidirlər. Ancaq biraz qənaətcildirlər. Suyu israf etməyin, mümkün qədər kserokopiyaları ikitərəfli edin, kağız israf etməyin və.s. Bax indi siz mükəmməl işçi oldunuz.

 

Dolça: İstənilən vaxt qaydaların pozula biləcəyi və yeni qaydaların yarana biləcəyi bir şirkətdəsiniz. Digərlərinin fikirlərinə biganə yanaşırmış kimi görünsə də, dolça rəhbərləri bütün fikir və təklifləri bir kənara qeyd edir. Yeri gələndə öz imzasını qoyub sizə də təqdim edir. Bu barədə narahat olmayın. Heç kim bilməsə belə, o ideyanın əsl sahibini tanıyır və onu necə mükafatlandıracağını da mütləqdir ki, biləcək. Dolça meneceri sirr saxlayan işçilərə pərəstiş edir və qeybəti sevmir. Onu çox vaxt ofisində tapa bilməzsiniz. Dörd divar ona görə deyil. Lakin hal-hazırda orada olmadığı, işinizi izləmədiyi anlamına da gəlmir.

 

Balıq: Balıq bürcü meneceriniz sizi elə müsahibə zamanı dəyərləndirir. Bundan sonra o işlərinizi çox da izləmir. Beləliklə, onun əvvəldən verdiyi qeydlə çox uzun müddət davam edə bilərsiniz. O sizi ya sevir, ya da sevmir. Əhval-ruhiyyəsi dəyişkəndir. Bunu ən yaxşı onun üzündəki ifadədən anlamaq olar. Tələblərinizi gülümsəyərək bildirin, lakin o, kefsizdirsə, ən ağlabatan tələbi belə rədd edə bilər. Balıqlar işi bacardığı qədər mükəmməl şəkildə görən və eyni zamanda yüksəlməyi sevən bir idarəçidirlər.

heart save
Yazar
  • İstifadəçi adı:

    kaizen
  • Ad Soyad:

    Kaizen.az
  • Məqalə sayı:

    113

Əlaqəli məqalələr

paper-1-img
Wi-fi yoxsa Li-fi?

15.11.2021

Biznes Dünyası

İllərdir simsiz internet adı ilə istifadə etdiyimiz Wi-Fi dəyişir və 100 qat daha sürətli internet olan Li-Fi adlı sistemlə əvəz olunur.

paper-1-img
Gələcəkdən Xəbər Var!

11.01.2021

Biznes Dünyası

1997-ci ildə qurulan qlobal bir kiber təhlükəsizlik şirkəti olan Kaspersky, bəşəriyyətin gələcəyə dair ən vacib suallarını daha yaxşı cavablandırmağa çalışmaq üçün "Təhlükəsiz Sabah" (Safer Tomorrow) platformasını işə saldı.

paper-1-img
Spotify Azərbaycana Gəlir

11.03.2021

Biznes Dünyası

Spotify, bir neçə gün ərzində Asiya, Afrika, Karib adaları, Latın Amerikası və Avropa daxilində 80-dən çox yeni bazarda fəaliyyət göstərəcəyini bildirdi.