employment.az employment.az

Dərc olunma tarixi

19.11.2021 Biznes Dünyası

Baxış sayı

eye 1036

Oxunma müddəti

clock 4 dəq

İnsan İrqini "Metaverse"lə Gözləyən 4 Əsas Təhlükə

Facebook-un Metaverse-ə keçidindən bu yana bir çox xəbər başlıqlarında yer alan bu mövzu ilə mütləq siz də qarşılaşmış və ya maraqlanmısınız. Metavers-ə keçidin hər nə qədər başında da olsaq, bu baş verəcək və buna hazır olmaq lazımdır.

 

Bəs bu “metaverse” nədir?

 

Mark Zuckerburg-in versiyası ilə “metaverse” virtual olaraq hər şey ola bilər. Metaverse telefonlar, kompüterlər, geyilə bilən texnologiya və qulaqlıqlar vasitəsilə əlçatan olacaq və işlədiyiniz, alış-veriş etdiyiniz, idman etdiyiniz, sosiallaşdığınız, filmlərə baxdığınız və oyun oynadığınız yer olacaq. Lakin bu termin əslində metaverse-i mümkün edə biləcək bir çox texnologiyalardan daha qədimdir. Meta yunan dilində “sonra, daha artıq” deməkdir, eyni zamanda ingilis dilindən götürülən “universe” sözü ilə birləşərək "kainatdan daha artıq" mənasını verir.

 

Metaverse-in ən gözəl cəhətlərindən biri odur ki, o insanlara seçdikləri istənilən bir avatardan istifadə edərək təsəvvür etdikləri hər bir şeyi edə biləcəkləri sonsuz virtual dünyanı yaşamağa imkan verəcək. Məsələn, təbiətdə özünüzü rahat hiss edəcəyiniz sevimli istirahət yerinizi yarada biləcəksiniz, lakin bu təbiət virtual olacaq. Laptopunuzda divar kağızı dəyişdirdiyiniz kimi mənzərəni dəyişə biləcəksiniz.

 

Metaverse-in aydınlıq üzü

 

 

Mütəxəssislər hesab edir ki, metaverse-in aşağıdakı üstünlükləri ola bilər:

 

  • İnsanları bir araya gətirmək;
  • İnsanların daha çox əylənməsi üçün şərait yaratmaq;
  • Heç vaxt olmadığımız məkanların sirli aurasını olduğunuz yerdən incələmək şansı;
  • Hər şeyi öz zövqünüzə uyğunlaşdıraraq daha maraqlı etmək;
  • Xüsusən də Covid-19 pandemiyası dövründə evdən işləməyin və evdə təhsil almağın keyfiyyətini yaxşılaşdırmaq

 

Metaverse-in qaranlıq üzü

Mütəxəssislərin fikrinə, metaverse-in çirkin tərəfi insanlarla reallıq arasında baş verəcək “ayrılıqdır”. Məhz bu nöqteyi-nəzərdən texnologiya insanın diqqətini tamamilə özünə çəkəcək və bizi real dünyadan tamamilə uzaqlaşdıracaq. Nəhayət, biz metaverse-ə aludə olacağıq və uşaqlarımız bu “reallıqla” böyüyəcək.

Onu da qeyd edə bilərəm ki, metaverse, insan varlığının təkamülündə qaçılmaz bir istiqamətdir. Texnologiya son nəticədə bizim gələcəyimizdir. Bəzilərimiz bununla razılaşmasa və ya bəyənməsə də, ehtimal olunan son məhz budur.

 

Fikrimcə, metaverse aşağıdakı mənfi cəhətlərə malik ola bilər:

 

  • Asılılıq yaratmaq;
  • Zamanın necə uçduğunu anlamamaq;
  • Bizi real təbiətdən və real dünyadan tamamilə ayırmaq;
  • Daha oturaq həyat nəticəsində sağlamlıqla bağlı yeni xəstəliklər

Metaverse mütləq növbəti ən böyük texnoloji sıçrayışdır və internetin normal təkamülüdür. 80-ci illərdə kompüterlər, 90-cı illərdə internet, 2000-ci ildən sonra smartfonlar və ya son onillikdə kriptovalyutalar kimi.

 

Metaverse-in həyatımıza necə təsir edəcəyi, digər texnoloji alətlər kimi ondan necə istifadə edəcəyimizə bağlıdır. Əminəm ki, digər yeniliklərdə olduğu kimi metaverse-in də qeyd etdiklərimdən daha artıq mənfi və müsbət tərəfləri ilə qarşılaşacağıq. Bəziləri yaxşılıq üçün metaverse-dən istifadə edəcək, digərləri isə pislik.

 

 

İnsan irqi olaraq bizlər mövcudluq tariximizdə növbəti inqilabın başlanğıcını yaşayırıq. Gəlin, ona özüzümü indidən hazırlayaq və düzgün istifadə etməyə çalışaq! 

heart save
Yazar
  • İstifadəçi adı:

    Kamran Məmmədzadə
  • Ad Soyad:

    Kamran Məmmədzadə
  • Məqalə sayı:

    1

Əlaqəli məqalələr

paper-1-img
Wi-fi yoxsa Li-fi?

15.11.2021

Biznes Dünyası

İllərdir simsiz internet adı ilə istifadə etdiyimiz Wi-Fi dəyişir və 100 qat daha sürətli internet olan Li-Fi adlı sistemlə əvəz olunur.

paper-1-img
Gələcəkdən Xəbər Var!

11.01.2021

Biznes Dünyası

1997-ci ildə qurulan qlobal bir kiber təhlükəsizlik şirkəti olan Kaspersky, bəşəriyyətin gələcəyə dair ən vacib suallarını daha yaxşı cavablandırmağa çalışmaq üçün "Təhlükəsiz Sabah" (Safer Tomorrow) platformasını işə saldı.

paper-1-img
Spotify Azərbaycana Gəlir

11.03.2021

Biznes Dünyası

Spotify, bir neçə gün ərzində Asiya, Afrika, Karib adaları, Latın Amerikası və Avropa daxilində 80-dən çox yeni bazarda fəaliyyət göstərəcəyini bildirdi.