employment.az employment.az

Dərc olunma tarixi

19.11.2021 Biznes Dünyası

Baxış sayı

eye 1060

Oxunma müddəti

clock 2 dəq

Zərurətdən Doğan Uğur

Ağıl və yaradıcılıqdan düzgün istifadə edilsə, problemləri daha rahat şəkildə həll etmək mümkün olar və bu vərdiş uğurun başlanğıcına çevrilə bilər. Bir çox şirkətlərin və rəhbər şəxslərin problemli vəziyyətlərlə qarşılaşdıqdan sonra necə uğur qazandığı bir çoxumuza məlumdur. Bu kimi problemlərin olması hadisələrə fərqli aspektdən baxılmasına kömək edib, həmçinin dövrümüzdə baş vermiş bir sıra uğur hekayələrinin yaranmasına səbəb olub.

 

 

Əsas məsələyə keçid etsək, statistika göstərir ki, bütün dünyada ən çox istifadə olunan qida vasitələrindən biri də Nutelladır. Yaşından asılı olmayaraq, Azərbaycanda da həddindən çox istehlakçısı olan Nutellanın yaranma tarixi də çox maraqlıdır. Hələ XIX əsrdə Napoleon Avropanı istila edərkən Şimali İtaliyaya gedən kakao ticarət yolları bağlanmışdı və bu da Şimali İtaliyada şokolad fabriklərinin vəziyyətinin gündən-günə pisləşməsinə gətirib çıxarmışdı. İstehsalçılar ya bu işdən imtina edib şokaladın emalını dayandıracaq, ya da yeni bir çıxış yolu tapacaqdılar. Elə bu məsələnin aktual olduğu bir zamanda bir şokolad istehsalçısı istehsal etdiyi şokolad parçasına bir qədər fındıq tozu əlavə etdi; bu yeni tapıntı da insanların marağına səbəb oldu. Vaxt keçdikcə bir çox şokolad istehsalçıları bu metoddan istifadə etməyə başladı və “Gianduja” adlı şokolad növü yarandı. Napoleon rejimi bitdikdən sonra belə bu şokolad növü alıcılar tərəfindən ən çox tələb edilən məhsullardan biri olaraq qalmağa davam etdi.

 

İkinci dünya müharibəsindən sonra baş verən ərzaq və kakao qıtlığı Pietro Ferreronu düşündürürdü və o ailəsinin uzun müddətdir ki, istifadə etdiyi “Gianduja” reseptini diqqətli şəkildə gözdən keçirməyə başladı. Ferrero 1951-ci ildə çörəyin, kruvasanların üzərinə çəkə biləcəyimiz şokolad reseptini yaratdı. Bu şokoladın dadının fərqi bunda idi ki, digərlərindən fərqli olaraq onun hazırlanmasında fındıq tozu çox, kakao isə az miqdarda istifadə olunurdu. Ferrero məhsula ilk olaraq “SuperCrema” adını versə də, reseptdə çatışmazlıq mövcud idi. Beləliklə, 1964-cü ildə isə oğlu ilə birlikdə “Nutella”nı bir çox yeniliklərlə alıcılara təqdim etdi.

Ümumiyyətlə, bu hekayə həyatda çətinliklərlə mübarizə aparmağın necə böyük uğurlara gətirib çıxardığını bir daha təsdiqləyir. Ölkəmizdə və dünyada həddindən çox alıcısı olan bu şokoladların hətta 5 Fevral Beynəlxalq Nutella Günü adlı bayramı belə var.

 

heart save
Yazar
  • İstifadəçi adı:

    Səma İsparova
  • Ad Soyad:

    Səma İsparova
  • Məqalə sayı:

    1

Əlaqəli məqalələr

paper-1-img
Wi-fi yoxsa Li-fi?

15.11.2021

Biznes Dünyası

İllərdir simsiz internet adı ilə istifadə etdiyimiz Wi-Fi dəyişir və 100 qat daha sürətli internet olan Li-Fi adlı sistemlə əvəz olunur.

paper-1-img
Gələcəkdən Xəbər Var!

11.01.2021

Biznes Dünyası

1997-ci ildə qurulan qlobal bir kiber təhlükəsizlik şirkəti olan Kaspersky, bəşəriyyətin gələcəyə dair ən vacib suallarını daha yaxşı cavablandırmağa çalışmaq üçün "Təhlükəsiz Sabah" (Safer Tomorrow) platformasını işə saldı.

paper-1-img
Spotify Azərbaycana Gəlir

11.03.2021

Biznes Dünyası

Spotify, bir neçə gün ərzində Asiya, Afrika, Karib adaları, Latın Amerikası və Avropa daxilində 80-dən çox yeni bazarda fəaliyyət göstərəcəyini bildirdi.