employment.az employment.az

Dərc olunma tarixi

10.01.2022 Biznes Dünyası

Baxış sayı

eye 1171

Oxunma müddəti

clock 5 dəq

Elon Musk kimdir?

Vizyon sahibi olan sahibkar İlon Mask PayPal (PYPL) və Tesla (TSLA) şirkətlərinin xarizmatik həmtəsisçisi, həmçinin SpaceX, Neuralink və The Boring Company-nin yaradıcısıdır. O, Tesla-nın baş direktoru və SpaceX-in CEO/aparıcı dizayneri kimi fəaliyyət göstərir.

 

Onun heyrətamiz uğuru Steve Jobs, Howard Hughes, Henry Ford və Bill Gates kimi digər uzaqgörən iş adamları ilə müqayisəsinə səbəb olur. Çətin keçən uşaqlıqdan sonra amansız iş şəraiti (həftədə 80-120 saat işlədiyi məlumdur) İlon Maskın qətiyyətli, tək fikirli bir şəxs olmasına səbəb oldu. 

2021-ci ilə qədər onun ümumi sərvəti 151 milyard dollar idi. Onu dünyanın ən varlı adamı kimi yalnız Jeff Bezos geridə qoyur.

 

Gəlin, bir çox sənaye qanunlarının əksinə gedən bu insanın həyatına qısaca nəzər salaq.

 

İlon Riv Mask 1971-ci ildə Cənubi Afrikanın üç paytaxtından biri olan Pretoriyada anadan olub. Atası mühəndis, anası isə model və dietoloq idi. O, üç uşağın ən böyüyü idi və hamısı da yüksək nailiyyətlər qazanır: Qardaşı Kimbal Musk vençur kapitalisti və ekoloqdur. Bacısı Toska Mask mükafatlı prodüser və rejissordur.

 

Mask üçün parlaq bir qaçış nöqtəsi olsaydı əlbəttə ki, texnologiya olardı. Onun cəmi 10 yaşı olanda o, ucuz ev kompüteri olan Commodore VIC-20 vasitəsilə proqramlaşdırma ilə tanış olmuşdu. Çox keçmədən o, Space Invaders üslubunda olan Blastar video oyununu yaratmaqda uğurlu olmuşdur. O, oyunun BASIC kodunu 500 dollara “PC and Office Technology” adlı jurnala satıbmış.

 

17 yaşında, yəni 1980-ci illərin sonlarında Mask Kanadaya köçdü. Daha sonra anası vasitəsilə Kanada vətəndaşlığı aldı. Kanadaya köçdükdən sonra Mask Ontario ştatının Kinqston şəhərindəki Queens Universitetinə daxil oldu.

 

Mask Stanford Universitetində tətbiqi fizika üzrə elmlər namizədi olmaq üçün Kaliforniyaya köçəndə 24 yaşında idi. Lakin İnternetin partlaması və Silikon Vadisinin çiçəklənməsi ilə Maskın ağlına sahibkar olmaq fikirləri yer aldı. O, namizədlik dissertasiyası proqramını cəmi iki gündən sonra tərk etdi. 

 

1995-ci ildə 28.000 dollar və kiçik qardaşı Kimbalın ilə Mask qəzetlərə onlayn şəhər bələdçiləri hazırlamağa kömək edəcək veb proqram təminatı şirkəti Zip2-i qurdu. 1999-cu ildə Zip2 Compaq-ın AltaVista veb axtarış sistemi tərəfindən 340 milyon dollara alındı. Mask bankçılığın gələcəyini formalaşdırmaq niyyətində olduğu X.com-u yaratmaq üçün Zip2 satışından gələn gəlirdən istifadə etmişdi.

X.com Confinity adlı pul köçürmə şirkəti ilə birləşdirildi və nəticədə yaranan şirkət PayPal kimi tanınmağa başladı. eBay tərəfindən 1,5 milyard dollara satın alınmazdan əvvəl Mask 180 milyon dollar dəyərində səhmləri ilə şirkətdən uzaqlaşdırıldı.

 

Teslanın yaranmasına gəldikdə isə birincisi, o, şirkətin qurulması üçün təxminən 70 milyon dollar vəsait ayırdı. Daha sonra 2004-cü ildə Mask Tesla Motors-u idarə etməyə kömək etmək üçün mühəndis Martin Eberhard və Marc Tarpenning-ə qoşuldu, burada Mask elektrik avtomobili olan Tesla Roadster-in dizaynında mühüm rol oynadı. Tesla dünyanın ən məşhur və arzu edilən avtomobil markalarından birinə çevrildi.

 

Elektrikli avtomobillər istehsal etməklə yanaşı, Tesla SolarCity-ni alması sayəsində günəş enerjisi sahəsində də varlığını qoruyur. 2006-cı ildə qurulan bu təmiz enerji xidmətləri şirkəti hazırda əsasən stasionar enerji saxlama məqsədləri üçün istifadə olunan iki təkrar doldurulan günəş batareyası istehsal edir. Daha kiçik Powerwall evdə ehtiyat enerji və şəbəkədənkənar istifadə üçün hazırlanmışdır, daha böyük Powerpack isə kommersiya və ya elektrik şəbəkəsi istifadəsi üçün nəzərdə tutulmuşdur.

 

Mask PayPal-ın satışından əldə etdiyi gəlirin çox hissəsini ulduzlararası səyahət şirkəti SpaceX kimi tanınan Space Exploration Technologies Corporation-ı yaratmaq üçün xərcləmişdir. Öz hesabına görə Mask 2002-ci ildə SpaceX-i yaratmaq üçün 100 milyon dollar xərcləyib.

 

SpaceX ilə Mask raketlərin dizaynı və hərbi missiyaların həyata keçirilməsi üçün NASA və ABŞ Hərbi Hava Qüvvələri ilə bir neçə yüksək səviyyəli müqavilə bağladı. Mask NASA ilə birgə səylə 2025-ci ilə qədər Marsa astronavt göndərmək planlarını açıqlayıb.

 

İlon Mask Forbes-in Dünya Milyarderləri Siyahısında planetin ikinci ən zəngin adamı kimi yer alır.

 

Maskın fəlsəfə, elmi fantastika və fantaziya romanlarına olan erkən maraqları onun idealizm hissində və bəşəriyyətin tərəqqisi ilə bağlı qayğısında və biznes karyerasında əks olunur. O, gələcəyimiz üçün həlledici hesab etdiyi sahələrdə, xüsusən də İnternet, bərpa olunan enerji mənbələrinə keçid və kosmos müstəmləkəçiliyi sahəsində işləyir. PayPal, Tesla Motors, SolarCity və SpaceX-i yaratmaqla tənqidçilərə meydan oxudu, sənayeləri pozdu və bu sərhədlərin hər üçündə irəliləyişlər əldə etdi.

heart save
Yazar
  • İstifadəçi adı:

    rahimova03
  • Ad Soyad:

    Rahimova Turkan
  • Məqalə sayı:

    24

Əlaqəli məqalələr

paper-1-img
Wi-fi yoxsa Li-fi?

15.11.2021

Biznes Dünyası

İllərdir simsiz internet adı ilə istifadə etdiyimiz Wi-Fi dəyişir və 100 qat daha sürətli internet olan Li-Fi adlı sistemlə əvəz olunur.

paper-1-img
Gələcəkdən Xəbər Var!

11.01.2021

Biznes Dünyası

1997-ci ildə qurulan qlobal bir kiber təhlükəsizlik şirkəti olan Kaspersky, bəşəriyyətin gələcəyə dair ən vacib suallarını daha yaxşı cavablandırmağa çalışmaq üçün "Təhlükəsiz Sabah" (Safer Tomorrow) platformasını işə saldı.

paper-1-img
Spotify Azərbaycana Gəlir

11.03.2021

Biznes Dünyası

Spotify, bir neçə gün ərzində Asiya, Afrika, Karib adaları, Latın Amerikası və Avropa daxilində 80-dən çox yeni bazarda fəaliyyət göstərəcəyini bildirdi.