employment.az employment.az

Dərc olunma tarixi

16.02.2022 Biznes Dünyası

Baxış sayı

eye 607

Oxunma müddəti

clock 2 dəq

Lisenziyalaşma nədir?

Lisenziyalaşma istehsalçı üçün beynəlxalq marketinqə daxil olmağın sadə yoludur. Bu zaman şirkət xarici bazardakı lisenziya alanla sazişə girir. Lisenziya alan haqq və ya qonorar ödənişləri müqabilində şirkətin istehsal prosesindən, əmtəə nişanından, patentindən, kommersiya sirrindən və ya digər qiymətli maddələrindən istifadə etmək haqqını alır. Beləliklə, şirkət xarici bazara az risk altında daxil olur. Eyni zamanda lisenziya alan sıfırdan başlamadan istehsal səriştəsi, yaxud tanınmış məhsul və ya ad əldə edir.

 

“Tokyo Disney Resort” “The Walt Disney Company”nin verdiyi lisenziya əsasında “Oriental Land Company”ə məxsusdur və onun tərəfindən idarə olunur. 45 illik lisenziya “Disney”ə lisenziya haqqı və parka daxilolmalardan, habelə qida və mal satışından faiz də qazandırır. “Coca-Cola” dünyanın müxtəlif yerlərindəki butulka doldurma şirkətlərinə lisenziya verməklə və onları məhsulu istehsal etmək üçün lazım olan siropla təchiz etməklə beynəlxalq miqyasda satış edir. Onun qlobal butulka doldurma tərəfdaşları Səudiyyə Ərəbistanının “Coca-Cola Bottling Company” şirkətindən Afrika pivə istehsalçısı “SABMiller”ə və İtaliyadan və Yunanıstandan Nigeriyaya və Rusiyaya qədər 28 ölkədə 593 milyon insan üçün 136 “Coca-Cola” brendi qablaşdırıb satan Avropa mərkəzli “Coca-Cola Hellenic”ə qədər dəyişir.

 

                                                              

 

Lisenziyalaşmanın potensial əlverişsiz cəhətləri də var. Şirkətin lisenziya alan üzərində özünün fəaliyyət göstərəcəyi zaman olduğundan daha az nəzarəti olur. Bundan başqa, əgər lisenziya alan çox uğurlu olarsa, şirkət bu gəlirləri əldən qaçırmış olur və müqavilə sona çatdığı vaxt özü üçün bir rəqib meydana çıxa bilir.

heart save
Yazar
  • İstifadəçi adı:

    Tahirə Sadiqbəyli
  • Ad Soyad:

    Tahirə Sadiqbəyli
  • Məqalə sayı:

    2

Əlaqəli məqalələr

paper-1-img
Wi-fi yoxsa Li-fi?

15.11.2021

Biznes Dünyası

İllərdir simsiz internet adı ilə istifadə etdiyimiz Wi-Fi dəyişir və 100 qat daha sürətli internet olan Li-Fi adlı sistemlə əvəz olunur.

paper-1-img
Gələcəkdən Xəbər Var!

11.01.2021

Biznes Dünyası

1997-ci ildə qurulan qlobal bir kiber təhlükəsizlik şirkəti olan Kaspersky, bəşəriyyətin gələcəyə dair ən vacib suallarını daha yaxşı cavablandırmağa çalışmaq üçün "Təhlükəsiz Sabah" (Safer Tomorrow) platformasını işə saldı.

paper-1-img
Spotify Azərbaycana Gəlir

11.03.2021

Biznes Dünyası

Spotify, bir neçə gün ərzində Asiya, Afrika, Karib adaları, Latın Amerikası və Avropa daxilində 80-dən çox yeni bazarda fəaliyyət göstərəcəyini bildirdi.