-
İstifadəçi adı:
rahimova03 -
Ad Soyad:
Rahimova Turkan -
Məqalə sayı:
24
Dərc olunma tarixi
01.04.2022 Biznes DünyasıBaxış sayı
1278Oxunma müddəti
3 dəqTəbrik edirik, iş müsahibəsinə dəvət olundunuz! Bu o deməkdir ki, CV-nizlə yaxşı təəssürat yaratmısınız və insan resursları menecerləri və ya işə götürənlər sizin haqqınızda daha çox bilmək istəyirlər. Əksər insanlar iş müsahibəsini stressli hesab edir. Stressdən uzaq duraraq sakit olmağın və uğur qazanmağın sirri əvvəlcədən hazırlaşmaqdır.
Şirkətlə tanış olun
Etməli olduğunuz ilk şey müsahibə verəcəyiniz şirkət haqqında mümkün qədər çox bilməkdir. Bu, təkcə şirkətin dəyərlərinin sizin dəyərlərinizə uyğun olub olmadığını anlamaq üçün deyil, həm də müsahibinizin ciddiliyinizi və qətiyyətinizi başa düşməsi üçün çox vacibdir. Şirkətin vebsaytını və illik hesabatlarını yoxlayın və tapa bilsəniz, onların xəbər bülletenlərini oxumağa çalışın. Onların daxili strukturu, uzunmüddətli məqsədləri və şirkətin fəlsəfəsi haqqında araşdırma aparın. Sosial media vasitəsilə şirkət və ya şirkətin yerləşdiyi sənaye ilə bağlı xəbərləri yaxından izləyin. Beləliklə, şirkətin mövqeyini daha asan başa düşə bilərsiniz. Nə qədər çox məlumat tapa bilsəniz, müsahibəyə bir o qədər yaxşı hazırlaşacaqsınız.
Elandakı iş təsvirini nəzərdən keçirin
İş təsvirinə baxaraq, müsahibədə hansı sualların verilə biləcəyi barədə asanlıqla fikir əldə edə və hətta müsahibə apardığınız HR menecerinə yönləndirmək üçün öz suallarınızı hazırlaya bilərsiniz.
Suallarınızı hazırlayın və onları insan resursları menecerinə yönləndirin. Bütün bunlardan sonra CV-nizə bir daha nəzər salın. Şirkətin sizi müsahibəyə dəvət etməsinin bir səbəbi var, ona görə də müsahibə üçün güclü tərəflərinizi bilərək oraya gedin.
Nə deyəcəyinizi məşq edin
Ən çox verilən müsahibə suallarını araşdırın və cavablar üçün məşq edin. Cavabınızda öz təcrübənizdən nümunələr gətirməklə, bu vəzifəyə uyğun namizəd olduğunuz mesajını verə bilərsiniz. Əgər danışmaq istədiyiniz konkret hekayəniz varsa, onu kağıza yazmaqla başlayın və sonra hekayəni sualın cavabına necə daxil edə biləcəyinizi planlaşdırın. Hazırlıq və məşq mərhələləri üçün dostlarınızdan da kömək ala bilərsiniz.
Unutma ki, səni çağırmalarının bir səbəbi var
Heç bir şirkət həqiqətən maraqlanmadığı namizədi müsahibəyə dəvət etmir. Müsahibə boyu özgüvənli davrana bilməyiniz üçün bunu unutmayın.
İstifadəçi adı:
rahimova03Ad Soyad:
Rahimova TurkanMəqalə sayı:
2415.11.2021
Biznes Dünyası
11.01.2021
Biznes Dünyası
11.03.2021
Biznes Dünyası