employment.az employment.az

Dərc olunma tarixi

01.04.2022 Biznes Dünyası

Baxış sayı

eye 667

Oxunma müddəti

clock 3 dəq

Uğurlu Müsahibə üçün Nə Etməlisiniz?

Təbrik edirik, iş müsahibəsinə dəvət olundunuz! Bu o deməkdir ki, CV-nizlə yaxşı təəssürat yaratmısınız və insan resursları menecerləri və ya işə götürənlər sizin haqqınızda daha çox bilmək istəyirlər. Əksər insanlar iş müsahibəsini stressli hesab edir. Stressdən uzaq duraraq sakit olmağın və uğur qazanmağın sirri əvvəlcədən hazırlaşmaqdır.

 

Şirkətlə tanış olun

Etməli olduğunuz ilk şey müsahibə verəcəyiniz şirkət haqqında mümkün qədər çox bilməkdir. Bu, təkcə şirkətin dəyərlərinin sizin dəyərlərinizə uyğun olub olmadığını anlamaq üçün deyil, həm də müsahibinizin ciddiliyinizi və qətiyyətinizi başa düşməsi üçün çox vacibdir. Şirkətin vebsaytını və illik hesabatlarını yoxlayın və tapa bilsəniz, onların xəbər bülletenlərini oxumağa çalışın. Onların daxili strukturu, uzunmüddətli məqsədləri və şirkətin fəlsəfəsi haqqında araşdırma aparın. Sosial media vasitəsilə şirkət və ya şirkətin yerləşdiyi sənaye ilə bağlı xəbərləri yaxından izləyin. Beləliklə, şirkətin mövqeyini daha asan başa düşə bilərsiniz. Nə qədər çox məlumat tapa bilsəniz, müsahibəyə bir o qədər yaxşı hazırlaşacaqsınız.

 

Elandakı iş təsvirini nəzərdən keçirin

İş təsvirinə baxaraq, müsahibədə hansı sualların verilə biləcəyi barədə asanlıqla fikir əldə edə və hətta müsahibə apardığınız HR menecerinə yönləndirmək üçün öz suallarınızı hazırlaya bilərsiniz.

Suallarınızı hazırlayın və onları insan resursları menecerinə yönləndirin. Bütün bunlardan sonra CV-nizə bir daha nəzər salın. Şirkətin sizi müsahibəyə dəvət etməsinin bir səbəbi var, ona görə də müsahibə üçün güclü tərəflərinizi bilərək oraya gedin.

 

Nə deyəcəyinizi məşq edin

Ən çox verilən müsahibə suallarını araşdırın və cavablar üçün məşq edin. Cavabınızda öz təcrübənizdən nümunələr gətirməklə, bu vəzifəyə uyğun namizəd olduğunuz mesajını verə bilərsiniz. Əgər danışmaq istədiyiniz konkret hekayəniz varsa, onu kağıza yazmaqla başlayın və sonra hekayəni sualın cavabına necə daxil edə biləcəyinizi planlaşdırın. Hazırlıq və məşq mərhələləri üçün dostlarınızdan da kömək ala bilərsiniz.

 

Unutma ki, səni çağırmalarının bir səbəbi var

Heç bir şirkət həqiqətən maraqlanmadığı namizədi müsahibəyə dəvət etmir. Müsahibə boyu özgüvənli davrana bilməyiniz üçün bunu unutmayın.

heart save
Yazar
  • İstifadəçi adı:

    rahimova03
  • Ad Soyad:

    Rahimova Turkan
  • Məqalə sayı:

    24

Əlaqəli məqalələr

paper-1-img
Wi-fi yoxsa Li-fi?

15.11.2021

Biznes Dünyası

İllərdir simsiz internet adı ilə istifadə etdiyimiz Wi-Fi dəyişir və 100 qat daha sürətli internet olan Li-Fi adlı sistemlə əvəz olunur.

paper-1-img
Gələcəkdən Xəbər Var!

11.01.2021

Biznes Dünyası

1997-ci ildə qurulan qlobal bir kiber təhlükəsizlik şirkəti olan Kaspersky, bəşəriyyətin gələcəyə dair ən vacib suallarını daha yaxşı cavablandırmağa çalışmaq üçün "Təhlükəsiz Sabah" (Safer Tomorrow) platformasını işə saldı.

paper-1-img
Spotify Azərbaycana Gəlir

11.03.2021

Biznes Dünyası

Spotify, bir neçə gün ərzində Asiya, Afrika, Karib adaları, Latın Amerikası və Avropa daxilində 80-dən çox yeni bazarda fəaliyyət göstərəcəyini bildirdi.