-
İstifadəçi adı:
mammadlioruc -
Ad Soyad:
Oruc Məmmədli -
Məqalə sayı:
1
Dərc olunma tarixi
15.04.2022 Biznes DünyasıBaxış sayı
1725Oxunma müddəti
3 dəqHər bir iş uğur qazanmaq üçün bir az şans tələb edir və çox vaxt uğur doğru zamanda doğru yerdə olmaqdan asılıdır.
Sahibkarlıq dünyasında biz tez-tez Steve Jobs və ya Mark Zuckerberg kimi uğurlu biznes sahiblərini şansları gətirmiş insanlar kimi görürük. Onlar sadəcə olaraq həmişə doğru yerdə, doğru zamanda, doğru fikirdə olduqları üçün uğur qazanmışlar. Onlar bunu necə edirlər? Onlar həqiqətən bu qədər şanslıdırlarmı? Bu sualın cavabını tapmaq üçün biznes dünyasında uğur qazanmağın bir neçə yolunu araşdırmalıyıq. Bunlar aşağıdakılardır:
1. Çalışın ki, fürsətlərdən düzgün istifadə edəsiniz
Uğur sadəcə olaraq təsadüfən başınıza gələn bir şey deyil. Bəzən şansınız gətirməyə bilər, əgər onu axtarmağa səy göstərsəniz, onu əldə edə bilərsiniz. Sadəcə daha çox şans və fürsəti harada tapacağınızı öyrənmək və bundan yararlanacağınız bir yerdə olmaq lazımdır.
2. Sosiallaşmağa çalışın
Yeni insanlarla münasibət saxlamağa çalışın. Sosial dairənizi genişləndirin və peşəkar şəbəkənizi yaradın. Köhnə dostlarınızı yenilərlə tanış edin. Daha çox şans qazanmağın ən sürətli və ən yaxşı yollarından biri özünüzü orada göstərmək və daha çox insanla tanış olmaqdır, çünki insanlar əlaqələr, əlaqələr isə fürsət gətirir.
Ancaq köhnə dostlarınızı da unutmayın. Güclü əlaqələr qurduğunuz insanlarla -- arxalana biləcəyinizi bildiyiniz insanlarla əlaqə saxlayın. Bu əlaqələri qoruyub saxlamağa çalışın və əmin olun ki, əməkdaşlığınız uzun müddət olacaqdır.
3. İşiniz barəsində pozitivə köklənin
Öz gözləntilərimiz bizim öz biznesmizi haqqında düşüncələrimizə çox təsir edir. Hər şeyin yaxşı olacağını gözlədiyiniz zaman, onların da yaxşı olduğunu görəcəksiniz. Ola bilər ki, gözlədiyinizin tam əksi baş verə bilər. Yəni biznesiniz uğursuzluqla nəticələnə bilər amma pozitiv düşünmək sizin gələcək karyeranızda əhəmiyyətli rol oynayacaqdır.
4. Nəticənizin uğurlu olduğunu təsəvvür edin
Xoşbəxtliyi vizuallaşdırmaq ora çatmağınıza kömək edir. Məsələn, bir işə başlamazdan əvvəl onun nəticəsinin uğurlu olduğunu düşünsəniz bu sizə kömək edəcək. Əgər iş müsahibəsinə və ya böyük bir təqdimata hazırlaşırsınızsa, hazırlaşarkən sakit davranışınızı və düşüncəli cavablarınızı təsəvvür edin.
Əgər qarşınızda bir məqsəd varsa, uğura aparan yolunuzu təsəvvür edin və bir ay və ya bir ildən sonra harada olmaq istədiyinizi anlamağa çalışın. Uğurunuz necə görünür? Sonra isə indi olduğunuz yeri düşünün və bu yolda hansı addımları atmalı olduğunuzu müəyyənləşdirin.
5. Uğursuzluğunuzu təcrübəniz kimi qəbul edin
Heç kim hər zaman şanslı olmur. Uğursuzluq həmişə baş verə bilər. Bu həyatımızın bir hissəsidir. Qəbul edin ki, fəaliyyətinizin uğursuz olduğu anlar olacaq. Ancaq neqativlərin size ruhdan salmasına imkan verməyin və heç vaxt təslim olmayın. Probleminizə müəyyənləşdirmək üçün yeni aspektlərdən baxmağa çalışın. Əsas odur ki, özünüzə yeni fürsətlər yarada biləsiniz. İnsanı uğura aparan yol tamamilə öz nəzarətindədir. Bir gecədə milyardlarla kapital əldə edə bilməsəniz də, önünüzə açılmış fürsətlərdən maksimum yararlanmağa çalışın.
Yusif Əliyev
20.09.2023Əla məqalədir!!!
Elmin
20.09.2023Çox faydalı oldu. Təşəkkürlər!
Orxan
20.09.2023Yeni məlumatlar öyrəndim. Çox sağolun.
Nadir Əbilli
20.09.2023Çox faydalı məlumatdır 👍
Yusif Məmmədli
20.09.2023Bu məqalə çox faydalı oldu
Tural,Bəkirzadə
20.09.2023Maraqlı məqalədir,oxudum və daha ətraflı məlumatlar əldə etdim.Ardının gəlməsi diləyi ilə..
Pərviz
20.09.2023Məqalədə çox faydalı və dəyərli məlumatlar qeyd edilib.
Qələndər Mustafayev
20.09.2023Məqalədə gələcək də bizə lazım olacaq çox şeydən söhbət açılır . Təşəkkürlər
İstifadəçi adı:
mammadliorucAd Soyad:
Oruc MəmmədliMəqalə sayı:
115.11.2021
Biznes Dünyası
11.01.2021
Biznes Dünyası
11.03.2021
Biznes Dünyası