employment.az employment.az

Dərc olunma tarixi

18.01.2023 Biznes Dünyası

Baxış sayı

eye 680

Oxunma müddəti

clock 4 dəq

Oğurlanmış olduğu iddia edilən loqolar

Bir markanın özünü tanıtmağa və yaddaqalan etməyə çalışarkən başqa bir markanı kopyalaması çox da məntiqli deyil. Bəzən oxşar dizayna malik loqodan istifadə edilməsinin səbəbi brendlərin oxşar iş xəttində olması ola bilər.

 

Beləliklə, bəlkə də bir çox idman komandaları və avtomobil markalarının oxşar forma və motivləri paylaşan loqolara sahib olması məntiqlidir. Buna baxmayaraq, bəzən başqa markaların loqolarından ilhamlanmış brendlər məhkəmə ilə üzləşə bilər. Gəlin, bir neçə nümunəyə nəzər salaq:

 

Dünyaca məşhur qəhvə şirkəti Starbucks Çində bir qəhvə şirkətini həm loqosundan, həm də adının Çincə mənasını icazəsiz istifadə etdiyinə görə məhkəməyə verib.

 

2003-cü ildə olan məhkəmə nəticəsində, Şanxay Xingbake-nin Çində Starbucks adından istifadə edərək və onların kafesinin dizaynını təqlid edərək "qanunsuz rəqabətə" girdiyinə qərar verildi. Bundan əlavə, şirkət Starbucks-a 62 min dollar təzminat ödəməli, adını və loqosunu dəyişməli idi.

 

 

Formula 1 2017-ci ildə loqosunu dəyişdi. Bununla belə, loqo 3M məhsulunda olan loqoya çox bənzədiyi üçün məhkəməyə verilib.

Çox oxşar iki loqo arasındakı yeganə fərq 3M Futuro loqotipində 1 nömrəsinin olmamasıdır.

 

 

2014-cü ildə loqosunu dəyişdirən Airbnb-nin yeni loqosu, təəssüf ki, həmin il loqosunu nəşr edən Automation Anywhere ilə tam olaraq eyni idi.

İki şirkət arasında aparılan danışıqlar nəticəsində Automation Anywhere Airbnb loqosuna bənzəməyən yeni loqo dizaynına keçib.

 

 

Bu dəfə çinlilər təqlid edildilər, həm də Apple tərəfindən.

Kon adlı Çin geyim markası Apple-ın App Store loqosunu pozduğunu iddia edərək məhkəməyə müraciət edib.

 

 

Red Bull, Salman Akşun adlı vətəndaşın qurduğu soda markasının 'Zilli Öküz' adlı loqosunu öz loqosu ilə qarışdıra biləcəyini əsas gətirərək məhkəməyə verib.

İki markanın loqoları ilə bağlı yaranan mübahisə tərəflər həll edə bilməyəndə məhkəməyə verilib. İddia nəticəsində iki marka arasında vizual oxşarlığın olmadığı, istehlakçı tərəfindən çaşqınlıq yaranma ehtimalının olmadığı qərara alınıb və iddia rədd edilib.

 

 

Facebook-un adı Meta olaraq dəyişdirildikdə, loqosunun Almaniyada yerləşən 'M-Sense' sağlamlıq mərkəzi ilə oxşarlığı oğurlanmış iddialarını da gətirdi.

Sağlamlıq şirkəti bu oxşarlıq qarşısında sosial media hesablarında yumoristik paylaşımlar edib və loqo oxşarlığına çox əhəmiyyət verməyib.

 

Bir loqo dizayn edərkən, əlbəttə ki, əvvəlkilərdən ilhamlanıla bilər. Bununla belə, loqonun kopyalanması və ya daha kobud desək, oğurlanması brendin reputasiyasına və etibarlılığına xələl gətirir. Həmçinin bu, məqalədə oxuduğunuz kimi, məhkəmə çəkişmələrinə də səbəb ola bilər.

heart save
Yazar
  • İstifadəçi adı:

    kaizen
  • Ad Soyad:

    Kaizen.az
  • Məqalə sayı:

    111

Əlaqəli məqalələr

paper-1-img
Wi-fi yoxsa Li-fi?

15.11.2021

Biznes Dünyası

İllərdir simsiz internet adı ilə istifadə etdiyimiz Wi-Fi dəyişir və 100 qat daha sürətli internet olan Li-Fi adlı sistemlə əvəz olunur.

paper-1-img
Gələcəkdən Xəbər Var!

11.01.2021

Biznes Dünyası

1997-ci ildə qurulan qlobal bir kiber təhlükəsizlik şirkəti olan Kaspersky, bəşəriyyətin gələcəyə dair ən vacib suallarını daha yaxşı cavablandırmağa çalışmaq üçün "Təhlükəsiz Sabah" (Safer Tomorrow) platformasını işə saldı.

paper-1-img
Spotify Azərbaycana Gəlir

11.03.2021

Biznes Dünyası

Spotify, bir neçə gün ərzində Asiya, Afrika, Karib adaları, Latın Amerikası və Avropa daxilində 80-dən çox yeni bazarda fəaliyyət göstərəcəyini bildirdi.