employment.az employment.az

Dərc olunma tarixi

18.01.2023 Biznes Dünyası

Baxış sayı

eye 1418

Oxunma müddəti

clock 12 dəq

Böyük son, yoxsa yeni çağın başlanğıcı? İş dünyasında Süni İntellekt (AI)

 

Texnologiyanın gündəlik həyatın bir hissəsi olması iş tərzinə şəraitinə böyük təsir göstərir. İnkişaf edən texnologiyanın məhsullarından biri olan süni intellekt artıq son dərəcə geniş təsir dairəsinə malik olmağa başlayıb. Sadə dillə desək, süni intellekt (AI) robotların məlumat analitika əsasında öyrənmək qərar qəbul etmək qabiliyyətidir. Strateji olaraq istifadə edildikdə, süni intellekt işimizi idarə etmə tərzimizdə böyük fərq yaratmaq potensialına malikdir. 

 

Pandemiya şəraiti ilə əlaqədar insanlar arasında qarşılıqlı əlaqələrin azalması nəticəsində iş dünyasında yeni texnologiyaların əhəmiyyəti artıb və onlardan istifadə xeyli genişlənib. Həyatın, demək olar ki, hər sahəsinə təsirinin olduğu kimi iş dünyasından da yan keçməyən süni intellekt yeniliklərini yaxından izləmək artıq çox önəmli hala gəlib. Sahibkarlıq və innovasiya məhsulu olan bu texnologiyadan müştəri xidmətlərindən tutmuş kadrların işə götürülməsinə qədər geniş sahədə istifadə oluna bilər. AI dələduzluğun aşkar edilməsindən müştərinin hansı xidmətə ehtiyacının olacağını təxmin edərək müştəri xidmətinin inkişafına kimi iş dünyasındakı hər bir sahədə istifadə olunur. Emaledici sənayedə isə işçi qüvvəsinin və istehsalat prosesinin, habelə xətaların baş vermədən öncə təxmin edilməsində istifadə olunur. 

 

Süni intellektlə bağlı məşhur təsvirlərdən və filmlərdə göstərilənlərdən fərqli olaraq, bu, robotların bizim “qəddar hökmdar”larımıza çevriləcəyi anlamına gəlməz (ən azından indilik). Elmi fantastikadakı fərziyyələri bir kənara qoyub məsələnin əslinə diqqət yetirdiyimizdə, süni intellektin dünyaya real və müsbət töhfələr verdiyi aydın olur – xüsusən də, iş dünyasına 

 

Tanınmış şirkətlər tərəfindən istifadə olunan bəzi AI nümunələrinə nəzər yetirək 

 

  • Siri və Alexa da daxil olmaqla ağıllı assistentlər, 

  • Amazon Netflix kimi platformalarda fərdi tövsiyələr, 

  • Kiber zorakılıqla mübarizə təhqiredici şərhləri silmək üçün İnstagramın istifadə etdiyi süni intellekt. 

Hansısa veb-sayta daxil olarkən, yəqin ki, çat-bot tərəfindən qarşılanmısınız. Çat-botlar, bəlkə də, müştərilərlə əlaqə qurulmasında ən çox rast gəlinən AI nümunələrindən biridir. Biznes nöqteyi-nəzərindən, çat-botlar şirkətlərə müştəri xidməti proseslərini sadələşdirməyə daha çox fərdi diqqət tələb edən məsələlər üçün işçilərin iş yükünü azaltmağa imkan verir.   

 

Süni intellektinhəyatına təsiri 

 

Süni intellektin iş həyatına təsirinin artması ilə iş mühitində və fəaliyyətlərdə bir çox dəyişikliklər görülməktədir. “II Robotlar Çağı”, “Süni intellekt dövrü”, “Bəşəriyyət 3.0” və buna bənzər adlarla adlandırılan bu yeni dövrlə birlikdə bizim vərdişlərimiz, iş tərzimiz, indiyə qədər formalaşmış anlayış və təriflər dəyişəcək. İnkişafları izləmək və onların tətbiqlərindən faydalanmaq rəqiblərinizdən bir addım öndə olmağa kömək edəcək. Kompüter alimi Alan Kayın sözləri ilə desək, “Gələcəyi təxmin etməyin ən yaxşı yolu onu icad etməkdir”. 

 

Süni intellekt sayəsində işçi qüvvəsini azaldaraq məhsuldarlığı artırmaq mümkündür. AI-ninhəyatına təsirlərindən biri səhv ehtimalını azaltmasıdır. Gözdən qaça biləcək ən kiçik səhvləri belə aşkar edə bilən xidmətlərin qısa uzun müddətdə bir çox faydaları var. Süni intellektin xüsusiyyətlərindən təkliflərindən istifadə etməkləhəyatını daha dinamik, praktik səmərəli etmək mümkündür. 

 

Bəs bu dəyişiklik iş dünyası üçün dərəcədə əhəmiyyətlidir? 

 

İş dünyasındakı inkişaflardan sevinən insanlar olsa da, bundan narahat olanlar da az deyil. Məsələn, insan resursları departamentində işləyənlər tərəfindən süni intellekt anlayışı o qədər xoş qarşılanmır. Çünki bu sistemlərin gələcəkdə işə qəbul proseslərini idarə edə biləcəyi müzakirə olunur. Bu da daha optimal şəffaf işə qəbul prosesi anlamına gəlir. 

 

İşəgötürənlər isə texnoloji yeniliklərinproseslərinə töhfə verəcəyi üçün bu yenilikləri dəstəkləyirlər. Bu gün bir çox müəssisə şirkət robot proqram təminatı ilə rəqabət qabiliyyətini artırır.  

 

AI-nin gələcəyi 

 

Süni intellektin insan beyninin düşünmə, reaksiya vermə qarşılıqlı əlaqə qurma kimi xüsusiyyətləri ilə müqayisə oluna biləcəyi hələ müzakirə olunsa da, günümüzün proqram texniki vasitələrinin insan zəkası anlayışına getdikcə yaxınlaşdığı qənaətinə gəlmək olar. Kompüter texnologiyaları sahəsindəki inkişaflar indiki sürətlə davam edərsə, yaxın zamanda insanların emal gücünə malik robotların istehsal ediləcəyini düşünənlər var. 

 

Məsələnin digər tərəfinə nəzər salsaq, bəzilərinə görə AI-nin bizim beynimizə bərabər və ya daha böyük inkişafı onlara daha sürətli işləmə imkanı verir və bu da bəşəriyyət üçün neqativ nəticələr doğura bilər. Bunlarla bağlı "Matriks” və “Terminator” kimi apokaliptik filmlər də çəkilmişdir.  

 

Digər problem isə əməyin avtomatlaşdırmasıdır ki, bunun da işsizliyin artmasına səbəb olacağı danılmazdır. Əməyin avtomatlaşdırılmasının bəşər tarixində dəyişiklik yaradacağı məlumdur, amma bu dəyişikliyin böyük son mu, yoxsa yeni bir çağın başlanğıcı mı olacağını zaman göstərəcək. Amma hər yenilik bir təhdid olduğu kimi eyni zamanda bir fürsətdir və hər zaman olduğu kimi proaktiv davranaraq bu fürsəti görə bilənlərin ayaqda qalmağa davam edəcəyi dəqiqdir. 

 

 

Nəticə  

 

Bizim üçün yemək hazırlayan sistemlər, alış-verişimizi edən, araşdırmalarımızı aparıb lazım olan dizaynları hazırlayaraq bizə sadəcə düşünüb qərar vermə imkanı verən sistemlər nə qədər xoş olsa da,  zaman keçdikcə insanın dəyəri dərk olunacaqdır. Sanki, bütün texnoloji inkişaflar insanı “şahlar taxtı”na oturtmağa meyillidir. Pedaqoq Əli Çankırılının dediyi kimi “Kompüter öz ustadının əmrinə tabe olan İQ-sü yüksək, EQ-sü aşağı bir quldur”.  

heart save

Kəmalə

20.09.2023

Faydalı oldu. Təşəkkürlər

Yazar
  • İstifadəçi adı:

    Nazli
  • Ad Soyad:

    Nazlı Kərimova
  • Məqalə sayı:

    2

Əlaqəli məqalələr

paper-1-img
Wi-fi yoxsa Li-fi?

15.11.2021

Biznes Dünyası

İllərdir simsiz internet adı ilə istifadə etdiyimiz Wi-Fi dəyişir və 100 qat daha sürətli internet olan Li-Fi adlı sistemlə əvəz olunur.

paper-1-img
Gələcəkdən Xəbər Var!

11.01.2021

Biznes Dünyası

1997-ci ildə qurulan qlobal bir kiber təhlükəsizlik şirkəti olan Kaspersky, bəşəriyyətin gələcəyə dair ən vacib suallarını daha yaxşı cavablandırmağa çalışmaq üçün "Təhlükəsiz Sabah" (Safer Tomorrow) platformasını işə saldı.

paper-1-img
Spotify Azərbaycana Gəlir

11.03.2021

Biznes Dünyası

Spotify, bir neçə gün ərzində Asiya, Afrika, Karib adaları, Latın Amerikası və Avropa daxilində 80-dən çox yeni bazarda fəaliyyət göstərəcəyini bildirdi.