-
İstifadəçi adı:
Nergiz -
Ad Soyad:
Nərgiz Zeynallı -
Məqalə sayı:
1
Dərc olunma tarixi
22.01.2023 Biznes DünyasıBaxış sayı
Oxunma müddəti
Blog yazmaqla internetdən gəlir əldə etmək
Sizə maraqlı gələn, ya da məlumatlı olduğunuz bir mövzuda məqalələr yazıb bloq səhifənizdə paylaşa bilərsiniz. Beləliklə, bloqunuz maraq cəlb etdiyi təqdirdə onlayn gəlir əldə etməyə başlaya bilərsiniz. Ancaq unutmamalısınız ki, bu uzun və səbr tələb edən bir işdir. Qələminizə və yaradıcılığınıza güvənirsizsə, bu uzun yola hazırsınız deməkdir.
E-ticarət səhifəsi açaraq internetdən gəlir əldə etmək
Elektron ticarət hər zaman həyatımızda olsa da, pandemiyadan sonra böyük üstünlük qazandı və önümüzdəki günlərdə də bu üstünlük azalmayacaq kimi görünür.
Xüsusilə, çox sadə interfeysə malik və hər kəsin rahatlıqla istifadə edə biləcəyi WordPress kimi veb sayt qurucuları olduqda, e-ticarət sahəsinə addım atmaq və internetdən pul qazanmaq olduqca asanlaşır.
E-ticarət əsas olaraq 2 yerə ayrılır:
Online dərs verərək internetdən gəlir əldə etmək
Müəyyən bir mövzuda biliklərinizə güvənirsizsə, bu bilikləri internet mühitində pula dönüşdürə bilərsiniz. Günümüzdə getdikcə populyarlaşan online kurslar üçün sadəcə internet bağlantısı yetərlidir.
Online dərs verə biləcəyiniz bəzi platformalar:
Online dərs tədris edə biləcəyiniz mövzular:
Tərcümə edərək internetdən gəlir əldə etmək
Bir və ya birdən çox xarici dil bilirsinizsə, bu seçim tam sizlikdir. Dünyanın dörd bir tərəfinə tərcümə xidməti göstərə bilər, çalışdığınız insanların geridönüşlərindən ibarət bir sayt yaradıb öz reklamınızı edərək işlərinizi böyüdə bilərsiniz. Beləliklə, daha çox insana çataraq internetdən daha çox gəlir əldə edə bilərsiniz.
Online tərcümə edərək gəlir əldə edə biləcəyiniz bəzi saytlar:
Podcast hazırlayaraq internetdən gəlir əldə etmək
Günümüzdə getdikcə populyarlaşan podcast, istifadəçilər tərəfindən böyük maraqla qarşılanır. Bir məzmun yaratmaq, lakin video çəkmək və ya yazı yazmaq istəmirsinizsə, podcast hazırlamaq tam sizlikdir. Maraqlandığınız və ya məlumatlı olduğunuz hər hansı bir mövzuda səsli məzmun yaradaraq minlərlə insana çatmağınız mümkündür. Dinləyici kütləniz böyüdükcə danışdığınız mövzu ilə bağlı məhsul və ya xidmət sata bilər, uyğun sahədə reklam verərək gəlir əldə edə bilərsiniz.
Podcast hazırlayaraq gəlir əldə edə biləcəyiniz bəzi tətbiqlər:
Fotoşəkil çəkərək internetdən gəlir əldə etmək
Professional fotoqraf ola bilər ya da sadəcə şəkil çəkməyi sevə bilərsiniz. Baxış bucağınıza güvənirsizsə, baxmaqla qalmayıb həm də görə bilirsinizsə, bu bacarığınızı pula çevirə bilərsiniz. Günümüzdə bir çox fotoqraf portfolio yaradaraq internet üzərindən satışa çıxardığı şəkilləri sataraq gəlir əldə edir.
Online fotoşəkil satışı üçün məşhur saytlar:
Kitab səsləndirərək internetdən gəlir əldə etmək
Həm oxumağı sevir, həm də səsinizi bu sahədə dəyərləndirmək istəyirsinizsə, getdikcə daha çox kütləyə çatan səsli kitab dünyasında özünüzə asanlıqla yer tapa bilərsiniz. Texnologiya inkişaf etdikcə insanların meyli də buna uyğun olaraq dəyişir. Buna nümunə olaraq kitab oxuma vərdişini göstərmək olar. Hərkəs eyni fikirdə olmasa da oxumaq yerinə dinləməyi üstün tutan böyük bir kütlə var və hər keçən gün bu say artmaqda davam edir.
Məşhur səsli kitab platformalarından bəziləri:
Eyni zamanda youtube kanalı açaraq kitab səsləndirmələri paylaşa və ya bunu edən kanallara müraciət edərək kitab səsləndirməsi edə bilərsiniz.
Yuxarıda da qeyd olunduğu kimi internetdən gəlir əldə etməyin bir sıra alternativi mövcuddur. Bu gəlir əldə etmə yollarından hansını seçəcəyiniz sizin maraq dairənizdən, vaxtınızdan, bacarıqlarınızdan və özünüzü hansı sahədə inkişaf etdirmək istədiyinizdən asılıdır.
Ümid edirəm, bu blog yazım sizə ilham ola bilmiş və hədəflərinizə gedən yolda sizə kömək etmişdir.
Uğurlar!
Gülnar Camaşirinzadə
20.09.2023Faydalı məlumatlar üçün təşəkkürlər!
İstifadəçi adı:
NergizAd Soyad:
Nərgiz ZeynallıMəqalə sayı:
115.11.2021
Biznes Dünyası
11.01.2021
Biznes Dünyası
11.03.2021
Biznes Dünyası