employment.az employment.az

Dərc olunma tarixi

25.01.2023 Biznes Dünyası

Baxış sayı

eye 999

Oxunma müddəti

clock 3 dəq

Dollar niyə bu qədər güclüdür? Özəl gücü...

1900-cü illərin əvvəllərində Avropadan Asiyaya, yaxın Şərqdən Afrikaya və Ərəbistan yarımadasına qədər bir çox yerlərdə qanlar axırdı. Bəzi ölkələr torpaq üçün, bəziləri mədənlər üçün, bəziləri neft üçün, bəziləri də sağ qalmaq üçün vuruşurdu. Və bu dövrdə daha adını yeni-yeni eşitməyə başladığımız bir ölkə meydana gəlirdi. Hansıki bəzən haqqında "Columb kəşf etməsəydi, daha yaxşı olardımı görəsən?" deyildiyi ölkə. Bəli, bu ölkə ABŞ idi.

 

ABŞ-ın dünyada tanınmasına səbəb olan ən böyük hadisələrdən biri də Vudro Vilsonun ABŞ konqresindəki  "Azadlıq" çıxışı idi. Bu çıxışda o bütün dünyaya sanki bir mesaj vermək istəyirdi və deyirdi: "Biz bu dünyanın gələcəkdəki tək hakim dövləti olacağıq. Bu savaşı bitirib yeni dünyanı biz dizayn edəcəyik. Bu müharibəyə girmə səbəbimiz də elə budur əslində".

 

Müharibə dedi, çünki söhbət birinci dünya müharibəsindən gedirdi və çıxış da o ərəfənin sonlarında, yəni 1918-ci ildə olmuşdur. ABŞ boşuna müharibə tərəfdarı deyildi. Onun bu müharibədə bir sıra məqsədləri var idi. Əlbəttə ki, bu məqsədlərin arxasında olan ən böyük hədəf pul qazanmaq idi. Ancaq məqsədlərə doğru addım atmadan öncə milli pul vahidi olmalı idi. Bunun üçün dollar dövriyyəyə buraxıldı. Müharibə silah deməkdir. ABŞ bunu hamıdan tez və fərqli cür başa düşdü. Çoxlu müharibənin baş verdiyi həmin dövrdə onun məqsədi də elə bu idi... Öncə pul tapıb çoxlu silah istehsal etmək, onları satmaq və gəlir əldə etmək. Sonra isə o pulları müharibədən çıxmış ölkələrə özlərinə gəlmələri üçün kredit kimi vermək... Necə də ağıllı bir düşüncədir, elə deyilmi?! Və bütün bu məsələlər də dollarla yerinə yetiriləcəkdi.

 

Dolları dövriyyəyə buraxdıqdan sonra ABŞ silah istehsalına başladı və bu zamandan sonra dünyada bir çox böyük müharibələr başladı. Buna ən gözəl nümunə elə ikinci dünya müharibəsidir. Hər ilk fürsətdə də ABŞ müharibə qığılcımı yaratmağa çalışırdı. ABŞ öncə ölkələrə silah satırdı. Sonra isə müharibə bitdikdə iqtisadi dirçəliş üçün onlara kredit verirdi. Bununla da dolların beynəlxalq dövriyyəsi artırdı. Artıq ABŞ özünü sistemin başına qoymağa hazırlaşırdı.

 

Ancaq ABŞ sadəcə bunlarla kifayətlənmədi. 1944-cü ildə BMT-nin Valyuta və Maliyyə konfransında 44 ölkənin iştirakı ilə yeni beynəlxalq ödəniş sistemi yaradıldı. Sistemdə tək bir valyutanın qızıla çevrilməcəyi qərarı qəbul edilmişdi. Bu da təbii ki, dollar idi. Digər milli valyutaların dəyəri isə dollar ilə müəyyən ediləcəkdi və beynəlxalq ticarətlər artıq yavaş-yavaş dollarla aparılacaqdı. Hətta ABŞ bununla da kifayətlənmədi. 1946-cı ildə ABŞ Beynəlxalq valyuta fondu və Dünya Bankından ölkələrə dollar paylamağa başladı. Bəs bu dolları kimlər alacaqdı? Müharibədən çıxan ölkələr çoxdan burda növbə gözləyirdilər. Öz ölkələrini dirçəltmək üçün bir çox ölkədən nümayəndə bura gəlib-getdi.

 

Artıq bundan sonrası məlumdur. Dollar bütün dünyaya rəsmi şəkildə yayılmış oldu. Beləliklə də, dünyanın ən güclü pul vahidlərindən biri dollar oldu və hələ də öz gücünü qorumağa davam edir.

 

heart save

Şəlalə Sanılı

20.09.2023

👍

Yazar
  • İstifadəçi adı:

    İlyas Qantayev
  • Ad Soyad:

    İlyas Qantayev
  • Məqalə sayı:

    4

Əlaqəli məqalələr

paper-1-img
Wi-fi yoxsa Li-fi?

15.11.2021

Biznes Dünyası

İllərdir simsiz internet adı ilə istifadə etdiyimiz Wi-Fi dəyişir və 100 qat daha sürətli internet olan Li-Fi adlı sistemlə əvəz olunur.

paper-1-img
Gələcəkdən Xəbər Var!

11.01.2021

Biznes Dünyası

1997-ci ildə qurulan qlobal bir kiber təhlükəsizlik şirkəti olan Kaspersky, bəşəriyyətin gələcəyə dair ən vacib suallarını daha yaxşı cavablandırmağa çalışmaq üçün "Təhlükəsiz Sabah" (Safer Tomorrow) platformasını işə saldı.

paper-1-img
Spotify Azərbaycana Gəlir

11.03.2021

Biznes Dünyası

Spotify, bir neçə gün ərzində Asiya, Afrika, Karib adaları, Latın Amerikası və Avropa daxilində 80-dən çox yeni bazarda fəaliyyət göstərəcəyini bildirdi.