employment.az employment.az

Dərc olunma tarixi

26.01.2023 Biznes Dünyası

Baxış sayı

eye 2846

Oxunma müddəti

clock 3 dəq

Dünyanın ən bahalı və ən ucuz pulları. Dollar sıralamada...

Günümüzdə dünyada 208 ölkə mövcuddur. Bu ölkələrin 193-ü ABŞ tərəfindən tanınır. Digər 15-i isə müstəqilliyi tam tanınmayan ölkələrdir. Dünyada demək olar ki, bütün ölkələrin özünəməxsus pul vahidi mövcuddur. Bəs dünyanın ən dəyərli və ən dəyərsiz pul vahidləri hansılardır? Gəlin birlikdə baxaq.

 


2023-cü ilin yanvar ayında hazırlanmış siyahıya əsasən dünyanın ən dəyərli valyuta vahidlərinin siyahısı aşağıdakı kimidir:

 

1. Küveyt Dinarı (Kuwaiti Dinar)
Valyuta vahidi kodu: KWD
1 KWD=3,27 USD

 

Kiçik, ancaq çox zəngin ölkə olan Küveyt illərdir ki, öz valyutası ilə bu siyahıda birinciliyi əldən vermir. Küveyt dinarının bu qədər bahalı olmasının səbəbi isə onun əsas neft ixracatçılarından olmasıdır. Bu ixracat zamanı da ticarət elə Küveyt dinarı ilə həyata keçirilir. Buna görə də Küveyt dinarı dünyanın ən bahalı pul vahidi olmuşdur.

 

2. Bəhreyn dinarı (Bahraini Dinar)
Valyuta vahidi kodu: BHD
1 BHD=2,65 USD

 

3. Oman rialı (Omani Rial)
Valyuta vahidi kodu: OMR
1 OMR=2,60 USD

 

4. İordaniya dinarı (Jordanian Dinar)
Valyuta vahidi kodu: JOD
1 JOD=1,41 USD

 

5. İngiltərə funt sterlinqi (British Pound)
Valyuta vahidi kodu: GBP
1 GBP=1,20 USD

 

6. Kayman adaları dolları (Cayman Islands Dollar)
Valyuta vahidi kodu: KYD
1 KYD=1,20 USD

 

7. Avro (Euro)
Valyuta vahidi kodu: EUR
1 EUR=1,07 USD

 

8. İsveçrə frankı (Swiss Frank)
Valyuta vahidi kodu: CHF
1 CHF=1,08 USD

 

9. Amerika dolları (United States Dollar)
Valyuta vahidi kodu: USD
1 USD=1 USD

 

10. Kanada dolları (Canadian Dollar)
Valyuta vahidi kodu: CAD
1 CAD=0,74 USD

 

 

Bəs dünyanın ən dəyərsiz valyuta vahidləri hansılardır? Bu siyahıda olan ölkələrdə tez-tez baş verən dəyişikliklərə görə siyahıda birincilikdə hansı ölkənin olduğunu demək çətin olur. Burada liderlik tez-tez dəyişə bilir. 2023-cü ilin yanvar ayına olan statistikalara görə dünyanın ən dəyərsiz 5 valyutası aşağıdakılardır:

 

1. Venesuela bolivarı (Venezuelan Bolivar) 
Valyuta vahidi kodu: VES (köhnə kod: VEF)
1 USD=19,43 VES

 

2. İran rialı (Iranian Rial)
Valyuta vahidi kodu: İRR
1 USD=42 225 İRR

 

3. Vyetnam dongu (Vietnamese Dong)
Valyuta vahidi kodu: VND
1 USD=23 440 VND

 

4. İndoneziya rupisi (Indonezian rupiah)
Valyuta vahidi kodu: IDR
1 USD=15 115 IDR

 

5. Özbəkistan somu (Uzbek Sym)
Valyuta vahidi kodu: UZL
1 USD=11 280 UZL

heart save

Murad İbrahimov

20.09.2023

👍👍👍

Elyar Yaqubov

20.09.2023

Maraqlı məqalədir... Təbriklər ✊️

Yazar
  • İstifadəçi adı:

    İlyas Qantayev
  • Ad Soyad:

    İlyas Qantayev
  • Məqalə sayı:

    4

Əlaqəli məqalələr

paper-1-img
Wi-fi yoxsa Li-fi?

15.11.2021

Biznes Dünyası

İllərdir simsiz internet adı ilə istifadə etdiyimiz Wi-Fi dəyişir və 100 qat daha sürətli internet olan Li-Fi adlı sistemlə əvəz olunur.

paper-1-img
Gələcəkdən Xəbər Var!

11.01.2021

Biznes Dünyası

1997-ci ildə qurulan qlobal bir kiber təhlükəsizlik şirkəti olan Kaspersky, bəşəriyyətin gələcəyə dair ən vacib suallarını daha yaxşı cavablandırmağa çalışmaq üçün "Təhlükəsiz Sabah" (Safer Tomorrow) platformasını işə saldı.

paper-1-img
Spotify Azərbaycana Gəlir

11.03.2021

Biznes Dünyası

Spotify, bir neçə gün ərzində Asiya, Afrika, Karib adaları, Latın Amerikası və Avropa daxilində 80-dən çox yeni bazarda fəaliyyət göstərəcəyini bildirdi.