employment.az employment.az

Dərc olunma tarixi

26.01.2023 Biznes Dünyası

Baxış sayı

eye 1546

Oxunma müddəti

clock 6 dəq

Agile nədir? Gündəlik həyatımızda necə tətbiq edə bilərik?

Agile (çevik) metod - təşkilatların layihələri sistematik şəkildə idarə etməklə və proqram təminatını inkişaf etdirməklə müştərilərə daha sürətli və daha az çətinliklə dəyər təqdim etməyə imkan verən bir yanaşmadır.

Agile komanda üzvlərinə yaranan problemləri həll etməyə və komandadakı lazımi şəxslərlə ünsiyyət qurmağa imkan yaradır. Agile yanaşması indi bir çox müxtəlif tipli layihələrin icrasında və təşkilatların idarə edilməsində geniş şəkildə istifadə olunur.

 

Agile populyarlıq qazansa da, onun üstün tərəfləri olduğu kimi çatışmazlıqları da mövcuddur.

 

Agile faydaları:

  •      Layihə riskinin azaldılması
  •      Layihənin proqnozlaşdırılması
  •      Təkmilləşdirilmiş biznes/IT uyğunlaşması
  •      Çatdırılma sürəti
  •      Biznes dəyərinin artması

 

Agile çatışmazlıqları:

  •      Rəhbərliyin və liderlərin dəstəyinə ehtiyacın olması
  •      Təşkilatların qəbul etməyə/dəyişikliyə müqavimət göstərə bilməyi
  •      Komandalar uyğun olmayan praktikalardan istifadə edə bilər
  •      Tələblərin dəyişməsi
  •      Texniki bacarıqlara ehtiyac

 

Agile metodun prinsipləri:

  • Müştəri Məmnuniyyəti

Müştəri məhsulun keyfiyyətindən və çatdırılmasından razı qalmalıdır.

  • Dəyişikliyə açıq olmaq

İnkişaf prosesində belə, dəyişən ehtiyacları nəzərə almaq lazımdır.

  • Birlikdə işləmək

Biznes və inkişaf komandası layihənin gedişi boyunca birlikdə işləməlidir.

  • Üz-üzə işləmək

Üz-üzə ünsiyyət qurmaq ən təsirli ünsiyyət formalarından biridir.

  • Motivasiyalı Komanda

Komanda üzvləri layihəni uğurla və vaxtında başa çatdırmaq üçün motivasiyalı olmalıdırlar.

 

Sprint nədir?

Sprint layihənin müəyyən bir hissəsi üçün ayrılan vaxtı ifadə edir. Bu, Agile metodologiyanın bir hissəsidir, Agile layihə bir sıra sprintlərə bölünür və hər bir sprint layihəni tamamlanmağa yaxınlaşdırır.

 

Scrum nədir?

Scrum mürəkkəb layihələr üzərində işləyən komandalara əməkdaşlıq etmək, daha yaxşı strukturlaşdırmaq və iş yükünü idarə etmək üçün alətlərdən ibarət çevik texnologiya növüdür.

 

Scrumdan kimlər faydalana bilər?

Scrum müxtəlif biznes və layihələr üçün faydalı ola bilsə də, bunlar ən çox faydalananlardır:

  • Mürəkkəb layihələr
  • Nəticələri qiymətləndirən şirkətlər
  • Müştərilərə xidmət göstərən şirkətlər

 

Agile metodu gündəlik həyatda necə tətbiq edə bilərik?

Çevik metodologiya sürətli işləməyə və yaranan vəziyyətlərə uyğunlaşmaq üçün dəyişməyə kömək edir və gündəlik həyatda bunu tətbiq etmək mümkündür.

  1. Uzun və qısamüddətli bütün məqsədlərinizi və tapşırıqlarınızı sadalayın
  2. Diqqətinizi növbəti 15 günə cəmləyərək bölüşdürün və prioritetləşdirin
  3. Sprintinizi edin
  4. Siyahınıza qayıdın və hər 15 gündən bir işinizi nəzərdən keçirin
  5. Uyğunlaşmaq lazımdırsa, dəyişikliklər edin
  6. Xüsusi tapşırıqlara diqqət yetirin

 

Agile vasitəsilə nail oluruq:

  • Tapşırıqları nəzarət altında saxlamağa
  • Motivasiyalı olmağa
  • Daha yaxşı iş-həyat balansına
  • Məhsuldarlığın artırılması

 

Son olaraq,

Günü-gündən məhşurlaşan Agile metodunun nə olduğunu, əsas məqamlarını və bunları həyatımızda necə tətbiq etməyimizlə bağlı əldə etdiyimiz məlumatları tətbiq etməyin tam zamanıdır.

heart save
Yazar
  • İstifadəçi adı:

    İlahə Məmmədova
  • Ad Soyad:

    İlahə Məmmədova
  • Məqalə sayı:

    1

Əlaqəli məqalələr

paper-1-img
Wi-fi yoxsa Li-fi?

15.11.2021

Biznes Dünyası

İllərdir simsiz internet adı ilə istifadə etdiyimiz Wi-Fi dəyişir və 100 qat daha sürətli internet olan Li-Fi adlı sistemlə əvəz olunur.

paper-1-img
Gələcəkdən Xəbər Var!

11.01.2021

Biznes Dünyası

1997-ci ildə qurulan qlobal bir kiber təhlükəsizlik şirkəti olan Kaspersky, bəşəriyyətin gələcəyə dair ən vacib suallarını daha yaxşı cavablandırmağa çalışmaq üçün "Təhlükəsiz Sabah" (Safer Tomorrow) platformasını işə saldı.

paper-1-img
Spotify Azərbaycana Gəlir

11.03.2021

Biznes Dünyası

Spotify, bir neçə gün ərzində Asiya, Afrika, Karib adaları, Latın Amerikası və Avropa daxilində 80-dən çox yeni bazarda fəaliyyət göstərəcəyini bildirdi.