Kaizen.az - Agile nədir? Gündəlik həyatımızda necə tətbiq edə bilərik?
employment
employment

Agile nədir? Gündəlik həyatımızda necə tətbiq edə bilərik?

Agile (çevik) metod - təşkilatların layihələri sistematik şəkildə idarə etməklə və proqram təminatını inkişaf etdirməklə müştərilərə daha sürətli və daha az çətinliklə dəyər təqdim etməyə imkan verən bir yanaşmadır.

 

Agile komanda üzvlərinə yaranan problemlərə uyğunlaşmağa və maraqlı tərəflərə ardıcıl ünsiyyət qurmağa imkan verən daimi əlaqə yaradır. Agile yanaşması indi bir çox müxtəlif tipli layihələrin icrasında və təşkilatların idarə edilməsində geniş şəkildə istifadə olunur.

 

Agile populyarlıq qazansa da, onun üstün tərəfləri olduğu kimi çatışmazlıqları da mövcuddur.

 

Agile faydaları:

 

  •      Layihə riskinin azaldılması
  •      Layihənin proqnozlaşdırılması
  •      Təkmilləşdirilmiş biznes/IT uyğunlaşması
  •      Çatdırılma sürəti
  •      Layihənin görmə qabiliyyətinin artırılması
  •      Biznes dəyərinin artması

Agile çatışmazlıqları:

 

  •      Rəhbərliyin və liderlərin dəstəyinə ehtiyacın olması
  •      Təşkilatların qəbul etməyə/dəyişikliyə müqavimət göstərə bilməyi
  •      Komandalar uyğun olmayan praktikalardan istifadə edə bilər
  •      Tələblərin dəyişməsi
  •      Texniki bacarıqlara ehtiyac

 

Agile metodun prinsipləri:

 

  • Müştəri Məmnuniyyəti

Müştəri məhsulun keyfiyyətli olması və tez çatdırılmasından razı qalmalıdır.

 

  • Dəyişikliyə açıq olmaq

İnkişaf prosesində belə, dəyişən ehtiyacları həll etmək lazımdır.

 

  • Birlikdə işləmək

Biznes və inkişaf komandası layihənin gedişi boyunca birlikdə işləməlidir.

 

  • Üz-üzə işləmək

Üz-üzə ünsiyyət qurmaq ən təsirli ünsiyyət formalarından biridir.

 

  • Motivasiyalı Komanda

Komanda üzvləri layihəni uğurla və vaxtında başa çatdırmaq üçün motivasiyalı olmalıdırlar.

 

  • İşləyən Proqram təminatı

İşləyən məhsulun olması son məhsula doğru irəliləyişin göstəricisidir.

 

 

Sprint nədir?

 

Sprint layihənin müəyyən bir hissəsi üçün ayrılan vaxtı ifadə edir. Bu Agile metodologiyanın bir hissəsidir, Agile layihə bir sıra sprintlərə bölünür və hər bir sprint layihəni tamamlanmağa yaxınlaşdırır.

 

 

Scrum nədir?

 

Scrum mürəkkəb layihələr üzərində işləyən komandalara əməkdaşlıq etmək, daha yaxşı strukturlaşdırmaq və iş yükünü idarə etmək üçün görüşlər, alətlərdən ibarət çevik texnologiya növüdür.

 

Scrumdan kimlər faydalana bilər?

 

Scrum müxtəlif biznes və layihələr üçün faydalı ola bilsə də, bunlar ən çox faydalananlardır:

 

  • Mürəkkəb layihələr
  • Nəticələri qiymətləndirən şirkətlər
  • Müştərilərə xidmət göstərən şirkətlər

 

 

Agile metodu gündəlik həyatda necə tətbiq edə bilərik?

 

Çevik metodologiya sürətli işləməyə və yaranan vəziyyətlərə uyğunlaşmaq üçün dəyişməyə kömək edir və gündəlik həyata bunu tətbiq etmək mümkündür.

 

  1. Uzun və qısamüddətli bütün məqsədlərinizi və tapşırıqlarınızı sadalayın
  2. Diqqətinizi növbəti 15 günə cəmləyərək bölüşdürün və prioritetləşdirin
  3. Sprintinizi edin
  4. Siyahınıza qayıdın və hər 15 gündən bir işinizi nəzərdən keçirin
  5. Uyğunlaşmaq lazımdırsa, dəyişikliklər edin
  6. Xüsusi tapşırıqlara diqqət yetirin

 

 

Agile vasitəsilə nail oluruq:

 

  • Tapşırıqları nəzarət altında saxlamaq
  • Motivasiyalı olmaq
  • Daha yaxşı iş-həyat balansı verir
  • Məhsuldarlığınızı artırır

 

 

Son olaraq

 

Gün gündən məhşurlaşan Agile metodunun nə olduğunu, əsas məqamlarını və bunları həyatımızda necə tətbiq etməyimizlə bağlı əldə etdiyimiz məlumatları tətbiq etməyin tam zamanıdır.

 

 

0 Rəy

Şərh yazmaq üçün daxil olun