employment.az employment.az

Dərc olunma tarixi

27.01.2023 Biznes Dünyası

Baxış sayı

eye 900

Oxunma müddəti

clock 5 dəq

Guerilla marketinq nədir? Guerilla Marketinq haqqında bilmədiklərimiz nələrdir?

Guerilla marketinq - məhsul və ya xidməti tanıtmaq üçün fərqli məhsul dizaynlarından istifadə edən marketinq strategiyasıdır. Ənənəvi marketinqdən fərqli olaraq Guerilla marketinqdə daha yaradıcı və dinamik  məhsul tanıtımından istifadə edilir.

 

Guerilla marketinq ənənəvi marketinqdən fərqli olaraq daha az büdcə tələb edir və geniş media kompaniyalarına deyil, əsas təşviqatçı insan qruplarına diqqət edir. Guerilla Marketinq ağızdan ağıza marketinq (WOMM) metodundan istifadə etməklə daha tez virallaşır və daha geniş insan kütləsinə yayılır.

 

Guerilla marketinqin daha tez virallaşmasının əsas səbəbi isə insanların marağına səbəb olan fərqli dizaynlardan istifadə olunmasıdır. Gəlin onlara nəzər salaq:

 

1.     Piyada keçidi guerilla marketinqdən istifadə edən şirkətlərin ən çox müraciət etdiyi sahələrdən biridir. Bu nümunədə də Mc Donald’s bazara çıxarmaq istədiyi məhsulu piyada keçidinin xüsusiyyətini saxlamaqla istifadə etmiş və geniş alıcı kütləsi arasında yayılmasına səbəb olmuşdur.  Maraqlıdir. Elə deyilmi?

 

2.  Daha bir diqqət çəkən guerilla nümunəsi meyvə suyu istehsalçıları tərəfindən yaradılmışdır. Bu reklam fikrində təsvir olunan şəkil ağacların üzərinə yapışdırılırdı. Şəklə baxış zamanı ağac satış aparatı təsiri yaradırdı, bu isə istehlakçılara məhsulun nə qədər tebii olduğunu catdırırdı.

 

3.   Bir neçə il əvvəl Coca-Cola tərəfindən istifadə olunan nümunəni isə əsl guerilla marketinq nümunəsi adlandıra bilərik. Belə ki, məhsul satışı üçün yeni butulka istehsal edən şirkət insanları bundan xəbərdar etmək üçün avtobus dayanacaqlarına 3D ölçülü plakatlar yapışdırmışdı. Plakata yaxınlaşan insanların paltarları plakatlara “yapışır” və onlar plakata baxmalı olurdular.

 

Guerilla marketiqin üstünlükləri və çatışmazlıqları

 

Guerilla marketinqin uğurlu marketinq modeli olduğu danılmaz həqiqətdir. Amma bütün üstün cəhətləri ilə yanaşı bəzi mənfi cəhətləri də mövcuddur. 

 

Guerilla marketinqin üstünlükləri :

  • Xərc çox azdır.
  • Yaradıcılıq daha üstün mövqe tutur.
  • Reklamlar ağızdan-ağıza gəzərək böyümək (virus halını almaq) xüsusiyyətinə malikdir.
  • Reklamlar geniş insan kütləsinə asanlıqla yayıla bilir.
  • Ənənəvi reklamlardan fərqli olaraq guerilla marketinqdə yaradılan reklamlar daha əyləncəlidir və insanlar tərəfindən daha müsbət qarşılanır.

Guerilla marketinqin çatışmazlıqları : 

  • Guerilla marketinqdə nəticə dərhal əldə edilmir, proseslər yavaş amma təsirli şəkildə davam etdirilir.
  • Reklamların tez bir zamanda viral olması onların təsirinin daha az müddəti əhatə etməsinə səbəb ola bilər.
  • Bəzi yaradıcı reklamlar insanlar tərəfindən anlaşılmaz ola bilər.

 

Oxuduğunuz üçün təşəkkürlər! Ümidvaram, məqaləm sizdə guerilla təsiri yarada bilmişdir.

 

heart save

Orkhan Ganbarov

05.10.2023

Əla

Orkhan Ganbarov

05.10.2023

test

Yazar
  • İstifadəçi adı:

    Orxan477
  • Ad Soyad:

    Orkhan Ganbarov
  • Məqalə sayı:

    1

Əlaqəli məqalələr

paper-1-img
Wi-fi yoxsa Li-fi?

15.11.2021

Biznes Dünyası

İllərdir simsiz internet adı ilə istifadə etdiyimiz Wi-Fi dəyişir və 100 qat daha sürətli internet olan Li-Fi adlı sistemlə əvəz olunur.

paper-1-img
Gələcəkdən Xəbər Var!

11.01.2021

Biznes Dünyası

1997-ci ildə qurulan qlobal bir kiber təhlükəsizlik şirkəti olan Kaspersky, bəşəriyyətin gələcəyə dair ən vacib suallarını daha yaxşı cavablandırmağa çalışmaq üçün "Təhlükəsiz Sabah" (Safer Tomorrow) platformasını işə saldı.

paper-1-img
Spotify Azərbaycana Gəlir

11.03.2021

Biznes Dünyası

Spotify, bir neçə gün ərzində Asiya, Afrika, Karib adaları, Latın Amerikası və Avropa daxilində 80-dən çox yeni bazarda fəaliyyət göstərəcəyini bildirdi.