employment.az employment.az

Dərc olunma tarixi

09.02.2023 Biznes Dünyası

Baxış sayı

eye 759

Oxunma müddəti

clock 4 dəq

Nəhəng brendlərin maraqlı məhsulları

 

 

Toyota deyəndə ağlınıza avtomobil, Nokia deyəndə isə telefon gəlir, elə deyilmi? Ancaq bəzi məşhur markaların müxtəlif məhsullarını görsəniz, bu düşüncənizdən şübhə edə bilərsiniz.

 

Məsələn, Xiaomi kimi markaların məhsul çeşidi çox geniş olduğu üçün fərqli məhsulla qarşılaşanda çox da təəccüblənmirik. Bununla belə, miqyasının çox da geniş olmadığını “zənn etdiyimiz” bəzi brendlər, onlara heç bir aidiyyatı olmayan məhsullar istehsal etmiş və ya istehsal etməkdədir. Gəlin görək bu maraqlı məhsullar nələrdir?

 

  • Toyota və tikiş maşınları. İkinci Dünya Müharibəsindən sonra tekstil sahəsində boşluq görən Toyota tikiş maşını biznesinə girdi və o vaxtdan bəri tikiş maşınları istehsal edir.

 

  • Samsung-un məhsul çeşidi əslində çox genişdir, lakin ştanq çubuğu bir az qəribə səslənir. Bundan əlavə, Samsung-un hətta Cənubi Koreyada geyim mağazası var. Çünki Cənubi Koreyanın meqa-korporasiyalarının təkcə Qərbdə tanınan imiclərindən ibarət olmamasıdır. Onlar əslində daha böyük holdinqlərdir və onların biznes portfelləri çox yer tutur. 

 

  • Peugeot əslində 1810-cu ildə qəhvə, bibər və duz dəyirmanları istehsal edərək iş dünyasına daxil oldu. Və hələ də satmağa davam edir. Peugeot-un ilk avtomobili bundan 69 il sonra istehsal olundu. 1896-cı ildə ana şirkətdən başqa ayrıca avtomobil şirkəti yaradıldı və bu günümüzdə məlum olan şirkətdir. Baş şirkət bu gün də dəyirmanlar istehsal etməyə davam edir.

 

  • Casio dedikdə ağlımıza saatlar və ya kalkulyatorlar gəlir. Firma bunlardan başqa, saat və ya kalkulyatorla heç bir əlaqəsi olmayan fərqli bir məhsul da istehsal edir: klaviaturalı musiqi alətləri. 1946-cı ildə yaradılan Casio-un istehsal etdiyi ən maraqlı məhsul isə üzük formalı siqaret tutacağı olub. Casio daha sonra 1980-ci illərdə elektron klaviaturalı musiqi alətləri istehsal etdi. Daha sonra firma həm rəqəmsal, həm də analoq kvars saatlarının ilk istehsalçılarından biri oldu.

 

  • Google Şəkillərə "Yamaha" yazsanız, daha çox motosiklet və ya qayıq mühərrikləri görəcəksiniz.  Bununla belə, Yamaha 1887-ci ildə musiqiçi və sahibkar Torakusu Yamaha tərəfindən təsis edilmişdir. Yəni şirkətin təməli motorlarla deyil, musiqi alətləri ilə qoyulub. Uzun illərdir ki, Yamaha fleyta, skripka, saksafon, piano, klarnet, nağara, gitara kimi musiqi alətlərinin istehsalı ilə məşğuldur.

 

  • Çex avtomobil istehsalçısı Skoda-nın da velosipedləri var. Nəqliyyat vasitəsi olduğu üçün çox təəccüblü məhsul olduğunu söyləmək olmaz, lakin Skoda-nın velosiped istehsal etdiyi məlum deyil. Maraqlısı odur ki, ildə 1 milyondan çox avtomobil satan şirkət 1895-ci ildə velosiped istehsalı ilə sektora daxil olub.

 

  • Nokia 2016-cı ildə çəki biznesinə daxil olub. Fəaliyyət izləmə və sağlamlıq məhsulları şirkəti olan Wihtings-i 170 milyon dollara satın alan Nokia, hazırda praktiki olaraq bu tərəzilərlə həyat məşqçisidir. 

 

  • Biz Yaponiyada yerləşən Mitsubishi-ni daha çox avtomobilləri və kondisionerləri ilə tanıyırıq. Bununla belə, Mitsubishi bir çox sektorda fəaliyyət göstərən nəhəng bir formasiyadır: maliyyə, bank işi, enerji, maşınqayırma, kimya və qida. Şirkət ilk olaraq 1918-ci ildə yaradılıb. Sonra parçalanmalar, birləşmələr deyərək budaqlandı. Hətta onların loqoları da dəyişib. 

 

  • Ferrari qırmızısı saç fenləri. Ferrari dedikdə ağlımıza ilk maşınlar gəlməsinə baxmayaraq, firma həm də saç fenlərinin istehsalı ilə məşğuldur.

 

  • Şampun firması yoxsa cips?! Doritos "nədənsə" bir müddət şampun və üz təmizləyici gel kimi məhsullar satsa da, hazırda bu qərarından əl çəkib.
heart save
Yazar
  • İstifadəçi adı:

    kaizen
  • Ad Soyad:

    Kaizen.az
  • Məqalə sayı:

    111

Əlaqəli məqalələr

paper-1-img
Wi-fi yoxsa Li-fi?

15.11.2021

Biznes Dünyası

İllərdir simsiz internet adı ilə istifadə etdiyimiz Wi-Fi dəyişir və 100 qat daha sürətli internet olan Li-Fi adlı sistemlə əvəz olunur.

paper-1-img
Gələcəkdən Xəbər Var!

11.01.2021

Biznes Dünyası

1997-ci ildə qurulan qlobal bir kiber təhlükəsizlik şirkəti olan Kaspersky, bəşəriyyətin gələcəyə dair ən vacib suallarını daha yaxşı cavablandırmağa çalışmaq üçün "Təhlükəsiz Sabah" (Safer Tomorrow) platformasını işə saldı.

paper-1-img
Spotify Azərbaycana Gəlir

11.03.2021

Biznes Dünyası

Spotify, bir neçə gün ərzində Asiya, Afrika, Karib adaları, Latın Amerikası və Avropa daxilində 80-dən çox yeni bazarda fəaliyyət göstərəcəyini bildirdi.