-
İstifadəçi adı:
kaizen -
Ad Soyad:
Kaizen.az -
Məqalə sayı:
146
Dərc olunma tarixi
16.05.2023 Biznes DünyasıBaxış sayı
795Oxunma müddəti
2 dəqAdidas dünya şöhrətli musiqi sənətçisi Kanye West ilə ortaq şəkildə istehsal etdiyi ayaqqabı kolleksiyasının gəlirini nə edəcəyini açıqlayıb. Antisemit olduğu iddia edilən məşhur reper Kanye Westlə əlaqələrini kəsən Adidas, sənətçinin Yeezy brendi ilə iş birliyi çərçivəsində hazırlanan ayaqqabılardan əldə etdiyi gəliri ianə etməyə qərar verib. Şirkət reperlə ortaq şəkildə hazırladığı ayaqqabıları satmaqda çətinlik çəkdiyi üçün bu qərarı qəbul edib.
Adidas-ın Kanye West ilə əməkdaşlığı ikonik və məhdud buraxılışlı ayaqqabı kolleksiyaları ilə diqqət çəkirdi. Lakin son vaxtlar Kanye Westin şəxsi hərəkətləri və açıqlamaları bəzi mübahisələrə səbəb oldu. Bu, Adidas-ın brend imici və dəyərlərinə dair bir sıra suallar doğurdu.
Kanye West ilə əməkdaşlığa dair bu müzakirələrə baxmayaraq, Adidas brendin sosial məsuliyyət yanaşmasını davam etdirmək əzmini nümayiş etdirmək üçün mühüm bir addım atdı. Adidas, Kanye West ilə ortaq şəkildə istehsal edilən ayaqqabı kolleksiyasından əldə olunan gəliri müxtəlif sosial layihələrə bağışlamaq qərarına gəldiyini açıqladı. Bu ianələr təhsilə, gənclərin inkişafına və cəmiyyətdə müsbət dəyişikliklərin yaradılmasına yönəlmiş sahələrə yönəldiləcək.
Rəhbər şəxslərdən bəziləri marka dəyərini qorumaq üçün ayaqqabıları yandırmağı təklif etsə də, bəziləri bunun çıxış yolu olmadığını söylədi.
“Atmaq çıxış yolu deyil”
Brend menecerlərindən olan Bjorn Gulden, ayaqqabıların məhv edilməsinin düzgün addım olmayacağını və ayaqqabıların bir şəkildə satılacağını və əldə edilən gəlirin bağışlanacağını söylədi. Gulden, "Məhsulları yandırmaq həll yolu deyil. Əlimizdə olan məhsulları satmağa və Westin açıqlamalarından zərər görən xeyriyyə təşkilatlarına bağışlamağa çalışacağıq" dedi.
1,2 milyard avro dəyərində itkiyə məruz qalan Adidas 31 illik tarixində ilk dəfə belə itki ilə üzləşib. Şirkət ilin ilk rübündə 350 min dollar itirdiklərini açıqladı.
The Washington Post yazır ki, Adidas hətta zərərə uğramamaq üçün ayaqqabıları yandırmağı da düşünüb. Los-Ancelesdə yerləşən Wedbush investisiya bankından Tom Nikic, Yeezy modellərinin Adidas üçün ildə 2 milyard dollar gəlir mənbəyi olduğuna diqqət çəkib.
İstifadəçi adı:
kaizenAd Soyad:
Kaizen.azMəqalə sayı:
14615.11.2021
Biznes Dünyası
11.01.2021
Biznes Dünyası
11.03.2021
Biznes Dünyası