Kaizen.az - Mark İlonla “kəllə-kəlləyə”. Twitter yeni rəqibinə tab gətirə biləcəkmi?
employment
employment

Mark İlonla “kəllə-kəlləyə”. Twitter yeni rəqibinə tab gətirə biləcəkmi?

07-07-2023

Dərc olunma tarixi
2 dəq Oxunma müddəti

209

Baxış sayı

“Meta” şirkətinin “Twitter”ə güclü alternativ olaraq istifadəçilərə təqdim etdiyi “Threads” qısa müddətdə böyük marağa səbəb olub."Threads" tətbiqi "Instagram" platformasının nəzdində yaradılıb və “Instagram” ilə inteqrasiya olunmuş şəkildə işləyəcək. 

 

Yeni sosial şəbəkənin işləmə məntiqi demək olar ki, "Twitter"in işləmə məntiqi ilə eynidir. "Meta" şirkəti  "Threads"in "Twitter"in analoqu olduğunu bildirib. Şirkətin rəhbəri Mark Zukerberqin sözlərinə görə, tətbiqdə ilk yeddi saat ərzində on milyon istifadəçi qeydiyyatdan keçib. Bu, istifadəçilərin yeni platformaya marağını açıq şəkildə göstərir. 

 

"Threads" "Twitter"ə bənzər bir çox xüsusiyyətlərə malikdir. 

 

Beləki, “Threads” istifadəçilərinə 500 simvol uzunluğunda mesajlar yerləşdirməyə imkan verəcəyini açıqlayıb. Bu o deməkdir ki, istifadəçilər “Twitter” ilə müqayisədə daha uzun və daha ətraflı mətnlər paylaşa biləcəklər. Həmçinin istifadəçilər 5 dəqiqəyə qədər olan foto və videolar, linklər paylaşa biləcəklər. 

 

 "Threads"in interfeysi də “Twitter”ə çox bənzəyir və "Meta" onu "Instagram"ın tamamlayıcısı kimi ərsəyə gətirərək “fikirləri ifadə etmək üçün müsbət və yaradıcı məkan” kimi təqdim edir.

 

İnsanlar bu platforma vasitəsilə on­ları maraqlandıran mövzular, trend hadisələr barəsində söhbət edəcək, məşhur şəxslər və digər istifadəçiləri izləyəcə biləcək, ünsiyyət qura bilə­cəklər. Həmçinin ideya və düşüncələ­rini paylaşacaq və yaxud şəxsi işlərini bu platformada tanıtdıra biləcəklər. 

 

Hazırda “Threads” xidmətinin istifadəyə verilməsi həm də "Tesla" və "SpaceX"in yaradıcısı İlon Maskın "Twitter" sosial şəbəkəsini almasından sonra  baş verən dəyişikliklərlə əlaqələndirilir. Qeyd etmək lazımdır ki, Maskın rəhbərliyi altında "Twitter" istifadəçiləri ödənişli kontent və limitlərin tətbiq edilməsi kimi müxtəlif mənfi hallarla üzləşib və sözügedən xidmətdən istifadəni dayandırıblar. “Threads” ilə yüz milyonlarla hesaba çatmağı hədəfləyən Zukerberq "Twitter"dən istifadəni dayandıranların diqqətini cəlb etmək niyyətindədir.

 

0 Rəy

Şərh yazmaq üçün daxil olun