-
İstifadəçi adı:
slkbrli -
Ad Soyad:
Sona Alekberli -
Məqalə sayı:
1
Dərc olunma tarixi
25.11.2024 Biznes DünyasıBaxış sayı
80Oxunma müddəti
2 dəqHər bir biznesin əsas məqsədi davamlı inkişaf və rəqabət üstünlüyü əldə etməkdir. Bunun üçün yalnız məhsul və ya xidmət keyfiyyəti deyil, biznesin fəaliyyət göstərdiyi bütün sahələrdə mükəmməlliyə nail olmaq vacibdir.İrəli getmək hazırkı dövrdə olduqca çətindir buna görə də hər bir biznes, sistemi hər detalına qədər düşünməli, analiz etməli və müxtəlif vasitələrdən istifadə etməlidir .Bu nöqteyi nəzərdən, PESTEL (PESTLE) analizi həm xaricdən olan təsirləri anlamaq ,həm də strateji qərarlar qəbul etmək üçün əvəzolunmaz bir vasitədir.
PESTEL Analizi Nədir?
PESTEL analizi aşağıdakı altı əsas faktoru təhlil edir:
P - Political (Siyasi): Hökumət siyasətləri, qanunvericilik dəyişiklikləri, vergi siyasətləri və beynəlxalq əlaqələr kimi siyasi faktorlar.
E - Economic (İqtisadi): Faiz dərəcələri, inflyasiya, işsizlik səviyyəsi, milli gəlir və valyuta dəyişmələri kimi iqtisadi göstəricilər.
S - Social (Sosial): Əhali statistikası, mədəniyyət, təhsil səviyyəsi və sosial trendlər.
T - Technological (Texnoloji): Texnologiyanın inkişafı, AR-GE fəaliyyətləri və innovasiyalar.
E - Environmental (Ekoloji): İqlim dəyişikliyi, təbii resursların istifadəsi və ətraf mühit siyasətləri.
L - Legal (Hüquqi): Əmək qanunları, istehlakçı hüquqları və sənaye tənzimləmələri kimi hüquqi çərçivələr.
PESTEL Analizi Nə Üçündür?
PESTEL analizi quruma xaricdən gələn riskləri və fürsətləri daha tez və planlı şəkildə müəyyən etməyə kömək edir .Bu analiz vasitəsi ilə qərarvermə prosesi tezləşir və hansı bazara girmək və ya hansı məhsulu bazara təqdim etmək kimi qərarlar qəbul edilir.Həmçinin bu zamanadək rəqiblərin düşünmədiyi problemləri və fürsətləri aşkara çıxarmağa kömək olur.Bundan əlavə planlama prosesi daha detallı və öncədən yerinə yetirilir ki bu da müəssisənin inkişafını daha da təkmilləşdirir.
Məlumat Toplama:
Hər faktor üzrə əsas məlumatları toplanılır.(Siyasi ,İqtisadi,Sosial,Texnoloji,Ekoloji,Hüquqi)
Təhlil:
Toplanan məlumatların biznesə təsirini müəyyənləşdirin və strateji addımlar üçün təhlil edilir.
Prioritetləri Müəyyənləşdirmək:
Ən vacib təsir edən faktorları seçərək onlara fokuslanır.
Hesabat Hazırlama:
Nəticələri müzakirə üçün qısa və aydın şəkildə təqdim edilir
Şəkildə hamımızın son zamanlarda daha çox istifadə etdiyimiz taxi servislerindən birinin ingiliscə PESTEL analizi verilib .Maraqlı olacağını və daha detallı öyrənəcəyinizi düşünüb əlavə etdim.
İstifadəçi adı:
slkbrliAd Soyad:
Sona AlekberliMəqalə sayı:
115.11.2021
Biznes Dünyası
11.01.2021
Biznes Dünyası
11.03.2021
Biznes Dünyası