-
İstifadəçi adı:
FidanMəmmədova Qüdrət -
Ad Soyad:
Fidan Məmmədova -
Məqalə sayı:
1
Dərc olunma tarixi
25.11.2024 Biznes DünyasıBaxış sayı
Oxunma müddəti
Yeni Məzunların İş Tapmaqda Çətinlikləri və Həll Yolları
Müasir əmək bazarı sürətlə dəyişir və hər il minlərlə yeni məzun universiteti bitirdikdən sonra iş həyatına addım atmağa çalışır. Lakin, bir çox gənc məzun iş tapmaqda ciddi çətinliklərlə qarşılaşırlar. Bu məqalədə yeni məzunların üzləşdikləri əsas çətinlikləri və onların həlli yollarını araşdırasıyıq.
Yeni Məzunların İş Tapmaqda Qarşılaşdığı Çətinliklər
1. Təcrübə çatışmazlığı
Əksər şirkətlər təcrübəli işçilərə üstünlük verir. Lakin yeni məzun olan gənclərin əksəriyyətinin iş təcrübəsi yoxdur. Praktik biliklərdən çox nəzəri biliklərə əsaslanan təhsil sistemi də bu problemin dərinləşməsinə səbəb olub.
2. Rəqabətin yüksək olması
İş mühitində yeni məzunlar yalnız bir-birləri ilə deyil, həmçinin təcrübəli işçilərlə də rəqabət aparırlar. Xüsusilə də, tələbatı çox olan sahələrdə (məsələn, İT, maliyyə, marketinq və s.) iş yerlərinin məhdudluğu rəqabəti daha da çoxaldır və çətinləşdirir.
3. Sahəyə uyğun olmayan ixtisas seçimi
Bir çox məzun universitetdə təhsil aldıqları ixtisasın real iş tələblərinə uyğun olmadığını başa düşür. Nəticədə, ya başqa sahədə iş axtarmalı olurlar, ya da əlavə təlimlərə və ya kurslara getməli olurlar.
4. Yumşaq bacarıqların çatışmazlığı
Təhsil müəssisələri gənclərin peşə biliklərinə diqqət yetirsə də, komanda işi, problem həll etmə və zamanın idarə olunması kimi yumşaq bacarıqların inkişafına kifayət qədər önəm vermir. Halbuki, bu bacarıqlar müasir iş mühitində mühüm rol oynayır.
5. Peşəkar əlaqələrin olmaması
Yeni məzunların əksəriyyətində şirkətlərlə əlaqə qurmaq üçün geniş bir şəbəkə olmur. Halbuki, iş tapma prosesində şəxsi əlaqələr və tövsiyələr də mühüm rol oynayır.
Çətinliklərin Həlli Yolları
1. Universitet dövründə təcrübə toplamağa başlamaq
Yeni məzunların işə qəbul şansını artırmaq üçün universitet dövründə təcrübə proqramlarına qatılmaları vacibdir. Bu, tələbələrə həm praktiki biliklər qazandıracaq, həm də Hr larla əlaqə qurma imkanı verəcəkdir.
2. Yumşaq bacarıqların inkişafı
Məzunlar fərdi inkişaflarına diqqət yetirməli, liderlik və vaxtın idarə olunması və s. kimi bacarıqlarını inkişaf etdirməlidirlər. Bu bacarıqların inkişafı üçün onlayn kurslardan, seminar və təlimlərdən faydalana bilərlər.
3. Peşəkar əlaqə qurmaq
Sosial media iş axtarışında mühüm əhəmiyyət daşıyır. Tədbirlərdə iştirak etmək, peşəkar sosial şəbəkələrdə (məsələn, LinkedIn) aktiv olmaq və mentorlarla əlaqə qurmaq məzunların iş tapmaq ehtimalını daha da çox artırır.
4. Sertifikatlaşdırma və əlavə təlimlər
Əgər məzun öz ixtisası üzrə iş tapmaqda çətinlik çəkirsə, deməli iş dünyasında tələbat olan bacarıqları öyrənməlidir. Onlayn kurslar və sertifikatlaşdırma proqramları onlara yeni bilik və bacarıqlar əldə etməyə kömək edəcək.
5. Məqsədyönlü iş axtarışı strategiyası
Yalnız ümumi iş elanlarına müraciət etməklə yox , daha çox işləmək istədikləri şirkətləri müəyyənləşdirib birbaşa müraciət etməli və şəxsi motivasiya məktubları ilə seçilməyə çalışmalıdırlar.
Nəticə
Yeni məzunların iş tapmaqda qarşılaşdıqları çətinliklər realdır və həll yolları həm fərdi, həm də sistematik dəyişikliklərdən asılıdır. Məzunlar təhsil dövründən başlayaraq öz bacarıqlarını inkişaf etdirməli və iş dünyasının tələblərinə uyğunlaşmalıdırlar. Eyni zamanda, işəgötürənlər də yeni məzunlara təcrübə qazanmaq üçün daha çox imkan yaratmalı və onları dəstəkləməlidirlər.
Yekun Fikir
Yeni məzunlar üçün iş tapmaq prosesi nə qədər çətin olsa da, düzgün hazırlıq və strategiya ilə bu problemi aradan qaldırmaq mümkündür. Gənclər özlərini inkişaf etdirmək, şəraitə uyğunlaşmaq və təcrübə qazanmaq üçün davamlı səylər göstərməlidirlər. Onlar peşəkar bacarıqlarını daha çox inkişaf erdirməli və geniş əlaqələr qurmaları uğur qazanmaqda kömək edəcəkdir.
İstifadəçi adı:
FidanMəmmədova QüdrətAd Soyad:
Fidan MəmmədovaMəqalə sayı:
115.11.2021
Biznes Dünyası
11.01.2021
Biznes Dünyası
11.03.2021
Biznes Dünyası