-
İstifadəçi adı:
kaizen -
Ad Soyad:
Kaizen.az -
Məqalə sayı:
149
Dərc olunma tarixi
04.05.2023 TexnologiyaBaxış sayı
3383Oxunma müddəti
3 dəq1. Ecorobotix robotu
Ecorobotix hazırda istifadə olunan robotlar siyahısında birinci yerdədir. Günəş enerjisi ilə işləyən bu robot son dərəcə rahat istifadə olunan və GPS naviqasiya sisteminə malikdir. Kamera sistemləri bitkilər arasında böyüyən alaq otlarını tapmaq və təmizləmək üçün istifadə olunur. Bu xüsusiyyətlərlə robot bitkiyə zərər verən otu dəqiq tapır. Beləliklə, bu robot kənd təsərrüfatında istifadə olunaan kimyəvi dərmanların istifadəsinin 90% azalmasına gətirib çıxarır. Görmə sistemi əkin sətirlərini izləməyə, sətirlərdə və aralarındakı alaq otlarının varlığını və vəziyyətini aşkar etməyə imkan verir.
2. Energid Sitrus Toplama Robotu
Sitrus meyvələrinin yığılmasında əhəmiyyətli xarakter daşıyan bu robot, hər qolu vasitəsi ilə 2-3 saniyədə bir meyvə seçə bilir. Hər dəfə 50-100 meyvə toplamaq gücünə malikdir. Bu miqdar robotun tutumu artırılaraq sürətləndirilə bilər. Robotun toplama mexanizmlərinin uzanan hissələrinin heç bir aktuatoru və heç bir sensoru yoxdur və bu da onları möhkəm, istehsalını və dəyişdirilməsini asanlaşdırır. Toplama mexanizmlərinin bir şəbəkəyə düzülməsi, yığım üçün meyvələrin tapılması üçün istifadə olunan kameraların dəstəkləyici quruluşa möhkəm bərkidilmiş entegre bir şəbəkəyə düzəldilməsinə imkan verir.
3. Agrobot E seriyası
Xüsusi diqqət tələb edən çiyələk bitkiləri əkininin gələcəyi üçün ideal bir robot kimi seçilir. Süni zəka sistemi ilə işləyən bu robot, eyni zamanda simsiz rabitəyə malikdir. İnkişaf etmiş AI (Süni İntellekt) sistemini özündə cəmləşdirən robot çiyələklərin yetişib-yetişmədiyini müəyyənləşdirə və toplaya bilər. Bunu edərkən bitkiyə zərər verməməsi bir artı xüsusiyyət olaraq önə çıxır. Paslanmayan poladdan və hərbi dərəcəli alüminiumdan hazırlanmış elektriklə işləyən bu robot yüksək dərəcədə dəqiqliklə, möhkəm işləyir. Ən son qrafik işləmə vahidləri vasitəsi yerləşdirilən br robot meyvələrin yetişib yetişmədiyini də anlaya bilir. Robot meyvəyə toxunmadan, steril şəkildə sapı tutub kəsir və daha sonra sahə qabına qoyur.
4. Agribotix
Agribotix adlanan bu robot dron kimi işləyir. Beləliklə, xərcləri minimuma endirir. Əkinçilik ərazilərinin üstündən uçur və əkinçi üçün tarla barədə məlumatlar hazırlayır. Robota inteqrasiya olunmuş daxili kameralar və infraqırmızı sensorlar cihaz havada olarkən bitkilərin sağlamlığını analiz edə bilər.
İstifadəçi adı:
kaizenAd Soyad:
Kaizen.azMəqalə sayı:
14904.05.2023
Texnologiya
28.10.2021
Texnologiya
19.11.2021
Texnologiya
Bildiyiniz kimi, bu yaxınlarda Facebook-un qurucusu və baş direktoru Mark Zukerberq ,Facebook adının şirkətin gələcəyini adekvat şəkildə təsvir etmədiyini və ad dəyişikliyini təsdiqlədi və “Metaverse”haqqında bəzi məlumatlar verdi.İnsanlarda “Metaverse” nədir? ,Hansı xüsusiyyətlələrə malikdir? və s kimi suallar yarandı.Gəlin bu suallara cavab tapmağa çalışaq.