employment.az employment.az

Dərc olunma tarixi

19.11.2021 Səyahət

Baxış sayı

eye 1543

Oxunma müddəti

clock 4 dəq

Kapadokya və Onu Məhşur Edən Səbəblər

      Kapadokya sözü yerli əhalinin dilindən tərcümədə "Dünyanın səkkizinci möcüzəsi" mənasını verir. Bu ərazi Türkiyənin Nevşehir vilayətinə bağlı Ürgüp rayonu ilə Uçhisar-Avanos üçbucağı arasında yerləşən vadilərdə, Ürgüp-Şahinefendi arasındakı bölgədə Nevşehir Çat qəsəbəsi ətrafında, Kayseri Soğanlı vadisində və Ağsaray Selimə kəndi ətrafında yerləşir. Kapadokya xüsusi ilə “Pəri bacaları” ilə tanınır.Onlar ərazidəki 3 vulkanın püskürməsi nəticəsində yaranıb. Sonrakı mərhələdə buradakı torpaqda yumşaq kül qatı yaranmış və onun üstü bazalt təbəqəsi ilə örtülmüşdür. Yağış, mənzərəni dəyişdirən əsas elementlərdən biri olmuşdur. Dəyişiklik və aşınma bu özünəməxsus geoloji formaların yaranmasına gətirib çıxarmışdır. “Pəri bacaları”-nın yaranmasında yalnız yağışın rol oynadığını demək olmaz. Külək də eyni zamanda bu prosesdə geniş miqyasda fəaliyyət göstərən aşındırıcı bir ünsürdür.Tempraturun dəyişməsi isə bacaların müxtəlif rəngə boyanası ilə nəticələnib və onların “papağı yaradıb”. Beləliklə, xüsusi gözəlliyə malik bir mənzərə yaranıb. İstənilən daşın üstündəki təbii oymalara, onun rənginə və quruluşuna baxıb bacanın neçə əsr yaşı olduğunu, bu ərazidə nələr baş verdiyini bilmək mümkündür. Ümumulikdə isə qayanın sərtliyindən asılı olaraq, “Pəri bacaları” uzun və ya qısa ömürlü olurlar.

 

      Hal-hazırda Kapadokya turizm baxımından böyük əhəmiyyətə malikdir. Qayalara oyulmuş ənənəvi  evlər bölgənin xüsusiliyini ifadə edir. Həmin  evlər XIX əsrdə inşa edilib.  Bölgə şərabçılıq və üzümçülük sahəsində də fərqlənir.

 

       Kapadokya öz uçan balon turları ilə də məşhurdur.Bu turlar adətən 3 və ya 3 saat yarım çəkir. Kapadokyanın ən məşhur vadilərindən qırmızı vadi və qızıl çuxur yaxınlığından hər gün orta hesabla 80-100 arası şar havaya qalxır.Həmin şarlarda səyahət xüsusi ilə maraqlı olsa da, əgər yerdən uçan şarları izləmək istəyirsinizsə bunun üçün ən gözəl yer “SUNSET POINT” deyilən gün batan nöqtəsidir. 

heart save

Fatimə Əkbərli

20.09.2023

??

Fatimə Əkbərli

20.09.2023

Maraqlı məlumatlardır??

Leman T.

20.09.2023

??

Leman T.

20.09.2023

Great !

Zaur Qasımov

20.09.2023

Uğurlar!

Zaur Qasımov

20.09.2023

Hər uğurlu başlanğıcın möhtəşəm sonu vardır.

Ülviyyə Ələkbərova

20.09.2023

Gözəl məlumatdır. Uğurlar

Ceyhun Cəfərov

20.09.2023

Özü uçan balonlarla gəzmək maraqlı olar. Uğurlar

Vəsilə Ələkbərli

20.09.2023

Təşəkkür edirəm

Səyyarə Həşimova

20.09.2023

Mən də təbii mənzərələri çox sevirəm istəyirəm nə vaxtsa şəkillərdən yox yaxından görüm onları.ugurlar

Yazar
  • İstifadəçi adı:

    Vəsilə Ələkbərli
  • Ad Soyad:

    Vəsilə Ələkbərli
  • Məqalə sayı:

    1

Əlaqəli məqalələr

paper-1-img
Tianjin Binhai Kitabxanası

07.03.2021

Səyahət

Bu gün sizinlə birlikdə Çinin Tianjin şəhərində yerləşən Tianjin Binhai kitabxanasına səfər edəcəyik.

paper-1-img
Qütb İşıqları Haqqında Bilmədikləriniz

01.04.2021

Səyahət

Çox güman ki, siz məşhur qütb işıqları haqqında nə vaxtsa eşitmisiniz. Gəlin qütb işıqları ilə bağlı bilmədikləriniz bəzi faktlara nəzər salaq.

paper-1-img
Kapadokya və Onu Məhşur Edən Səbəblər

19.11.2021

Səyahət

Bu ərazi harada yerləşir və nəyə görə o bu qədər məhşurdur?