employment.az employment.az

Dərc olunma tarixi

07.03.2021 Fərdi İnkişaf

Baxış sayı

eye 2564

Oxunma müddəti

clock 5 dəq

CV hazırlayarkən nələrə diqqət yetirməli

Günümüzün qlobal problemlərindən biri: - CV göndərirəm lakin heç bir vakansiyadan geri dönüş almıram. Niyə? Vakant yerin sayı birdirsə və müraciət edənlərin sayı yüzlərlədirsə bizim qarşımızda duran ilk məqsəd CV-mizin bəyənilib müsahibəyə çağırılmağımızdır. CV hazırlamaq bir çoxları üçün sıradan iş sayılsa da, əslində çox böyük əmək tələb edən bir prosesdir.

 

Karyera hədəflərimizə çatmaq üçün müəyyən etdiyimiz istiqamətdə keçdiyimiz yolların hamısını və ya ən dəyərlilərini, aldığımız sertifikatları və təlimləri CV-lərimizə daxil edirik. CV-nin, iş görüşmələrində qarşımızdakı insanların bizi doğru tanıya bilməsi və görəcəyimiz işin səviyyəsini qavraya bilmək üçün ən doğru ifadə formasını mənimsəməsi lazımdır. Buna görə də CV çox diqqətlə hazırlanması lazım olan bir konsepsiyaya çevrilir. CV hazırlayarkən diqqət etməli olduğumuz iki əsas məqam var. Bunlar:

 

  • CV-yə daxil edilməli olan anlayışları bilmək;
  • Məlumatı qarşı tərəfə ən doğru şəkildə çatdıra bilmək.

 

CV hazırlanarkən nələrə diqqət yetirməli?

Təməl Məlumatlar

Şəxsi məlumatlarınızın CV-də digər tərəfə düzgün ötürülməsi vacibdir. Buna görə də ad-soyad, doğum yeri və tarixi, ünvanı, telefon, e-mail kimi əsas məlumatlar daxil edilməlidir. Vəziyyətdən asılı olaraq ailə vəziyyəti, hərbi xidmət və ehtiyac olarsa sürücülük vəsiqəsi barədə məlumatları da daxil edə bilərsiniz.

 

Təhsil Məlumatları

CV-nizi yoxlayan şəxslər sizin aldığınız təhsil, potensialınız və bilikləriniz haqqında ətraflı məlumat əldə edə biləcəklər. CV-də bu mərhələ təhsil və sertifikat məlumatları ilə birlikdə sonuncu təhsildən ilk alınan təhsilə qədər tərs xronoloji siyahı şəklində daxil edilməlidir.

 

İş təcrübələri

Müraciət etdiyiniz qurumda bilik və iş təcrübəniz haqqında məlumatın olması üçün iş təcrübənizin CV-yə düzgün daxil edilməsi vacibdir. İş təcrübələri bölməsində müraciət etdiyiniz vəzifəyə uyğunluğunuzu göstərən iş təcrübəniz və işinizin təsviri qeyd edilməlidir.

 

Təlim və Seminarlar

Müəssisə sizin peşəkar bacarıqlarınız və təcrübələriniz haqqında məlumat əldə etmək üçün təlimləriniz və sertifikatlarınız haqqında məlumat əldə edə bilməlidir. Buna görə də CV-yə mütləq təlim və seminar məlumatlarını daxil etməlisiniz.

 

Xarici Dil

Xarici dil bilikləriniz və ya dil təhsili aldığınız müəssisə haqqında məlumat, müraciət etdiyiniz şirkətin dil qabiliyyətiniz haqqında məlumat sahibi olması üçün vacibdir.

 

Kompüter bilikləri

Ofis proqramları, əməliyyat sistemləri və bu mövzuda aldığınız təlimlər CV-nizdə yer almalıdır. Bu sayədə müraciət etdiyiniz qurum kompüter bilikləriniz haqqında aydın məlumata sahib olacaqdır.

 

Maraqlar (Hobbilər)

İzlədiyiniz mövzular, maraqlandığınız sahələr və maraqlarınız CV-nin sizi daha yaxşı müəyyənləşdirməsinə kömək edə bilər. Bu səbəblə, hobbilərinizi mütləq daxil etməlisiniz ki, müəssisələr sizin maraqlarınız haqqında məlumat əldə etsinlər.

 

Referanslar (İstinadlar)

CV-nizdə iş təcrübənizi və təhsil haqqında məlumatlarınızı təqdim edə biləcək birinin daxil edilməsi (əgər varsa) çox vacibdir ki, müraciət etdiyiniz qurumdakı fərdlər sizin haqqınızda daha yaxşı məlumat əldə etsinlər. Beləliklə, müəssisələr sizin iş bilikləriniz və peşəkar səriştənizlə bağlı istinad bazası olduğuna dair məlumat əldə edirlər.

 

CV hazırlayarkən şrift, ölçü və orfoqrafiya qaydalarına, həmçinin daxil ediləcək mövzulara diqqət yetirmək vacibdir. CV-nin A4 ölçüsündə hazırlanması, durğu işarələri və orfoqrafiya qaydalarına diqqət yetirilməsi, korporativ şrift seçilməsi faylınızın dəyərini artıracaqdır.

 

CV-nizdə olması lazım olan məlumatlara əlavə olaraq, daxil etməməyiniz lazım olan məsələlər də var. Lazımsız, yanlış istifadə olunan və qeyri-dəqiq məlumatlar CV-nin dəyərini azaldır.

 

CV hazırlayarkən edilən səhvlər nələrdir?

Dil biliyi mövzusunda dürüst olun

CV hazırlayarkən dürüst olmaq çox vacibdir. Unutmamalısınız ki, ətrafınızdakı insanlar sizin haqqınızda ən dəqiq məlumata çatmaq istəyirlər. Ona görə də xüsusilə dil biliyi haqqında dəqiq məlumat vermək lazımdır. Dil biliyində verilən yanlış məlumatlar sonradan iş həyatınızda mənfi təəssürat yarada bilər.

 

Lazımsız İşləri əlavə etməkdən çəkinin

Gördüyünüz hər işi CV-yə daxil etmək məcburiyyətində deyilsiniz. CV hazırlamazdan əvvəl biliklərinizi ən doğru səviyyədə əks etdirəcək iş təcrübələrinizi toplayıb sərgiləməyə çalışın. Kiçik və lazımsız işlər CV-nizi çətinləşdirə və yanlış təəssürat yarada bilər.

 

Referanslara diqqət edin

CV-nizdə istinad etdiyiniz insanların kimliyi çox vacibdir. Buna görə də, həyat yoldaşınızı və dostunuzu istinadlarınıza əlavə etmək əvəzinə, təhsilinizdə və peşə həyatınızda inkişafınızın şahidi olan şəxsləri daxil etməlisiniz.

 

Qısa və dəqiq məlumatlar təqdim edin

Mürəkkəb və həddindən artıq uzun CV-lər fərdlərin sizin haqqınızda məlumat əldə etmələrini çətinləşdirə və yanlış təəssürat yarada bilər.

 

Lazımsız izahatlardan çəkinin

CV-də iş və təhsil məlumatlarınızın altına kiçik və dəqiq məlumat daxil etməlisiniz. İşinizin davamında verilən uzun və lazımsız məlumatlar iş məlumatlarınızın yanlış təəssürat yaratmasına və yorucu olmasına səbəb ola bilər.

 

Qısamüddətli iş təcrübələrinizi daxil etməyin

CV hazırlayarkən qısamüddətli iş təcrübənizi də daxil etmək peşəkar keçmişiniz haqqında məlumatın çirklənməsinə səbəb ola bilər. CV-nizdə iş həyatınızı və peşəkar bacarıqlarınızı ən doğru şəkildə əks etdirəcək iş təcrübənizi qeyd etməlisiniz.

 

Standart məlumat əlavə etməkdən çəkinin

Word, Excel, PowerPoint kimi demək olar ki, hamının bildiyi məlumatların CV-yə daxil edilməsi standartdır və diqqət çəkməyə bilər. CV-nizdə sizi iş həyatında fərqləndirəcək, biliklərinizi ortaya qoyacaq təcrübələrinizi qeyd etməlisiniz.

 

CV dilinə diqqət edin

Böyük qurumlara və şirkətlərə müraciət edərkən ingilis dilində CV hazırlamaq bəzən üstünlük ola bilər. Lakin dil biliyinin qeyri-adekvatlığı CV dilini səhv əks etdirməyinizə və yanlış məlumat ötürməyinizə səbəb ola bilər. Unutmayın ki, düzgün hazırlanmış azərbaycanca CV, səhv hazırlanmış ingiliscə CV-dən daha dəyərlidir.

 

Orfoqrafiya qaydalarına və durğu işarələrinə diqqət yetirin

CV-də dil ifadə qaydalarına və durğu işarələrinə diqqət yetirməklə ən az səhvlə fayl hazırlamaq biliklərinizi doğru şəkildə əks etdirəcək.

 

Karyera hədəflərimizin bir addımını təşkil edən və peşəkar həyatımız üçün giriş biletini hazırlayan CV konsepsiyasında yer alan məlumatlar qədər məlumatın dəqiqliyi və sadəliyi də vacibdir. CV-nizi hazırlayarkən ən xırda təfərrüatlara qədər diqqətlə işləmək və lazımi bilikləri daxil etmək peşəkar bacarıqlarınızı sübut edəcək ən böyük amildir.

 

Həftənin ilk iş günü iş həyatımızda böyük dəyəri olan CV anlayışından danışdıq. Növbəti yazımızda görüşərik! Sizə sağlam, dinc, xoşbəxt və uğurlu həftə arzulayırıq, əziz Kaizen ailəsi.

 

Unutmayın ki, hər şey gələcəyiniz üçündür!

 

Bu məqalələr də sənə maraqlı ola bilər!

 

Uğurlu Müsahibə üçün Nə Etməlisiniz?

 

İşəgötürənlərin CV-lərdə nəzərə aldıqları 8 şey

 

heart save
Yazar
  • İstifadəçi adı:

    kaizen
  • Ad Soyad:

    Kaizen.az
  • Məqalə sayı:

    111

Əlaqəli məqalələr

paper-1-img
CV hazırlayarkən nələrə diqqət yetirməli

07.03.2021

Fərdi İnkişaf

Günümüzün qlobal problemlərindən biri: - CV göndərirəm lakin heç bir vakansiyadan geri dönüş almıram. Niyə? Bunun əsas səbəblərindən biri CV-nin düzgün hazırlanmaması və əsas məqamlara diqqət yetirilməməsidir. Bu məqalədə sizlər üçün CV-də hansı məsələlərə diqqət yetirməli olduğunuzu addım-addım qeyd etmişik.

paper-1-img
Ən Yaxşı 10 Effektiv Öyrənmə Yolları

07.03.2021

Fərdi İnkişaf

Effektiv öyrənmə yolları hansılardır. Gəlin sizinlə 10 effektiv öyrənmə yollarını öyrənək.

paper-1-img
Xarici Dil Üçün 5 Tətbiqi Proqram

07.03.2021

Fərdi İnkişaf

Günümüzdə xarici dil öyrənmə prosesini asanlaşdırmaq üçün bəzi tətbiqi proqramlardan istifadə edə bilərik. Bəs bu tətbiqi proqramlar hansılardır?