employment.az employment.az

Dərc olunma tarixi

24.02.2022 Texnologiya

Baxış sayı

eye 690

Oxunma müddəti

clock 2 dəq

İş Axtarma Prosesi

Tələbələrin və yeni məzunların qarşılaşdığı ən böyük problemlərdən biri iş axtarma prosesidir. Gəlin bu proses zamanı nələr edə biləcəyiniz ilə bağlı bəzi nüanslara toxunaq:

Fokuslanın: Sizi ümidsizliy
ə sürükləyən şeylərdən şikayət edə bilərsiniz, lakin unutmayın ki, həyat davam edir. Buna görə bilik və bacarıqlarınızı, xəyallarınızı geri plana atmayın. Özünüzü motivasiyada saxlayıb, daima məqsədlərinizə fokuslanın.


Neqativ şeyl
ərdən uzaq durun:

Cv göndərirəm, heç birindən geri dönüş almıram yaxud müsahibəyə çağırıldım sonra bir də zəng etmədilər, tanışları işə aldılar və.s kimi fikirlərdən uzaq durun. Bu düşüncələri bir kənara qoyub hədəflərinizə fokuslanın.

Qarşınıza çıxan h
ər vakansiyaya CV-nizi göndərməyin:

Nə iş olsa edərəm düşüncəsi qarşı tərəfə nə istədiyini bilməyən, tək dərdi iş tapmaq olan bir namizəd olduğunuzu göstərə bilər. Bu əslində 'müraciət edirəm amma geri dönmürlər' şikayətinə bir cavabdır. Bacarıqlarınıza uyğun vakansiyalara CV-nizi göndərməyiniz məsləhətlidir.

Bir neç
ə karyera platformalarını izləyin:

İş axtarma prosesində sadəcə bir səhifə və ya saytı izləməyin. Vakansiyalardan xəbərdar olmaq üçün iş elanlarının olduğu karyera platformaları ilə yanaşı, daima şirkətlərin sosial media hesablarını da izləyə bilərsiniz. Bu zaman “Employment.az” , “Recruitment.az” kimi saytlardan kömək ala bilərsiniz. Həmçinin bu saytları İnstagram, LinkedIn, Facebook kimi sosial şəbəkələrdən izləyə və elanlardan daha tez xəbət tuta bilərsiniz. Aşağıdakı linklər vasitəsilə bu saytlara keçid edə bilərsiniz:

1. https://employment.az/

2. https://recruitment.az/ 


Daima özünüzü inkişaf etdirin:

İş axtarma prosesində boş vaxtlarınızı fürsətə çevirib, dəyərləndirin. İştisaslaşmaq istədiyiniz yöndə seminarlara qatıla, kurslara yazıla bilərsiniz. Ən azından digərlərindən bir addım öndə olacaqsınız. İzlədiyiniz bir videodan bir cümlə belə sizin həyatınızı dəyişə bilər.

Yardım ist
əyin:

İş axtarma prosesində peşəkar bir perspektivə həmişə ehtiyac var. Müxtəlif mentorluq proqramlarına müraciət edə və ya öz sahənizdə təcrübəli bir mütəxəssisdən kömək istəyə bilərsiniz.

heart save
Yazar
  • İstifadəçi adı:

    rahimova03
  • Ad Soyad:

    Rahimova Turkan
  • Məqalə sayı:

    24

Əlaqəli məqalələr

paper-1-img
Aqronomiya Robotları

04.05.2023

Texnologiya

Texnologiyanın durmadan inkişaf etdiyi müasir dövr yenilikləri aqronomiyadan da yan keçməyib. Bu gün sizlərlə aqronomiyada istifadə olunan bir-birindən fərqli və yararlı robotlarla tanış olacağıq.

paper-1-img
Texnoloji İnkişafların İnsan Davranışlarına və Sosial Mediaya Təsiri

28.10.2021

Texnologiya

Texnologiyanın inkişafı ilə insanların texnologiya ilə qarşılıqlı əlaqəsində fərqliliklər yaratdı. Keçmişdə çox evdə kompüter, telefon və planşet, hətta televizor belə yox idi.

paper-1-img
Metaverse: Yeni Virtual Dünya

19.11.2021

Texnologiya

Bildiyiniz kimi, bu yaxınlarda Facebook-un qurucusu və baş direktoru Mark Zukerberq ,Facebook adının şirkətin gələcəyini adekvat şəkildə təsvir etmədiyini və ad dəyişikliyini təsdiqlədi və “Metaverse”haqqında bəzi məlumatlar verdi.İnsanlarda “Metaverse” nədir? ,Hansı xüsusiyyətlələrə malikdir? və s kimi suallar yarandı.Gəlin bu suallara cavab tapmağa çalışaq.